Mektebgushesi

Ölkə və beynəlxalq miqyaslı yarışlardan 2 min 847 medal

Ötən il Təhsil Nazirliyinin tabeliyindəki Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2 min 847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıblar. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, bu qurumun tabeliyində 76 Uşaq-Gənclər İdman-Şahmat Məktəbi fəaliyyət göstərir.

Təhsil Nazirliyinin rəsmi “Teleqram” kanalı fəaliyyətə başlayır

Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi “Teleqram” kanalı (@edugovaz) fəaliyyətə başlayır. Təhsil Nazirliyindən  Mektebgushesi.az -a bildiriblər ki, kanalda bu qurumun əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək. “Teleqram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür. Qeyd edək ki, […]

Şagirdi döyən müəllim işdən qovulub

Bakı şəhəri, 169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdən azad olunub. Məktəbdən Mektebgushesi.az -a verilən məlumata görə, İ.Cəfərov 2019-2020-ci dərs ilindən məktəbdə fəaliyyətə başlayıb: “Bu müddət ərzində onun məktəbdə […]

Sabiq rektorun parlament seçkilərinə buraxılmamadı

Beşinci çağırış Milli Məclisin deputatı Şəmsəddin Hacıyev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən danışıb. Mektebgushesi.az xəbər verir ki, Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında yer almamasının müzakirə olunmamasını məqsədəuyğun hesab edib:  “Yeni Azərbaycan Partiyasının qərarına hörmətlə yanaşıram. Hesab edirəm ki, bu cür məsələlər müzakirə olunmamalıdır:  Şəmsəddin Hacıyev YAP-ın namizədlərindən də söz açıb:  “Yeni Azərbaycan […]

İsveçrədə Yeniyetmələrin III Qış Olimpiya Oyunları keçirilir

İsveçrənin Lozanna şəhərində Yeniyetmələrin III Qış Olimpiya Oyunları keçirilir.  Mektebgushesi.az xəbər verir ki, oyunlarda 15-18 yaşlı 1872 idmançının mübarizə aparacağı nəzərdə tutulub. Bu il ilk dəfə olaraq yarışacaq qız və oğlan atletlərin sayı proqrama əsasən, bərabər götürülüb. Azərbaycan, Albaniya, İtaliya, Pakistan, Qətər, Sinqapur və digər ölkələrdən gələn, 79 Olimpiya Komitəsini təmsil edən qonaqları Cenevrə aeroportunda […]

Bu gün keçirilən fənn olimpiadalarında 35 min şagirdin iştirakı nəzərdə tutulur

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi keçirilir. Mektebgushesi.az xəbər verir ki, bilik yarışının ilkin mərhələsində bu il təxminən 35 min şagirdin iştirakı nəzərdə tutulur. Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin […]

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə -Qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi tərəfindən 16 fevralda inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahanda iştirak etmək üçün qeydiyyat 6 fevral saat 18:00-dək aparılacaqdır. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat […]

Bakı Dövlət Peşə Təhsil Mərkəzi qəbul elan edib

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif istiqamətlər üzrə keçiriləcək təlim kurslarına qəbulu açıq elan edir. Təhsil Nazirliyindən Mektebgushesi.az -a verilən məlumata görə, müvafiq sahələr üzrə bilik və bacarıqlarını dərinləşdirmək istəyən namizədlər təlim kurslarına qatıla bilərlər. Təlimlərdə iştirak etmək istəyənlər müvafiq qeydiyyat formasını (Qeydiyyat forması) doldurmalıdırlar. Yanvarın 15-də start veriləcək təlimlərin 3 […]

Bu gün TOEFL imtahanı keçiriləcək

Mektebgushesi.az xəbər verir ki, TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. TOEFL imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün bu linkdən daxil ola bilərsiniz: Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi  TOEFL imtahanının keçirilməsi üzrə yalnız mərkəz rolunu oynayır.

DİM doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elan edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi 2020-ci il yanvarın 10-dan 20-dək 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir. Bu müddət ərzində 2019-cu ilin […]

Qərbi Kaspi Universiteti yanğında ölən tələbələrlə bağlı məlumat yayıb

Qərbi Kaspi Universiteti ötən gecə Bakının Səbail rayonunda baş verən yanğın hadisəsi zamanı ölən Şri-Lanka vətəndaşları olan tələbələrlə bağlı açıqlama yayıb. Mektebgushesi.az xəbər verir ki, universitetdən verilən məlumata görə, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənərək dünyalarını dəyişən 3 Şri-Lanka vətəndaşından ikisi – Malsha Sandeepani və Tharuki Amaya Qərbi Kaspi […]

Bakıda yanğın zamanı ölən tələbə qızların adları məlum oldu – VİDEO

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş bədbəxt hadisə zamanı ölən əcnəbi tələbələrin şəxsiyyəti məlum olub. Mektebgushesi.az  APA-ya istinadla xəbər verir ki, bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir. Şri-Lanka vətəndaşları olan qızların Bakıda fəaliyyət göstərən Qərbi Xəzər Universitetinin tələbələri olduğu bildirilir. Tələbə qızlar iki ay […]

Bakıda dəhşətli yanğında 3 əcnəbi tələbə ölüb

Paytaxtın Səbail rayonunda mənzildə yanğın olub Mektebgushesi.az unikal.org-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsi Mirzə Mustafayev küçəsi 14 ünvanında mənzildə kirayə yaşayan üç Şri-Lanka vətəndaşı dünyasını dəyişib. Ölən şəxslərin tələbə olduğu bildirilir. Onların meyiti həmin ünvanda aşkarlanıb.Əraziyə təcili tibbi yardım briqadası və polislər cəlb olunub

Məktəbəhazırlıq qruplarına maraq artır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2019-cu təqvim ilində məktəbəhazırlıq qruplarının əhatə dairəsi genişlənib. Mektebgushesi.az xəbər verir ki, 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Qruplara 25 832 uşaq məşğələlərə cəlb olunub. Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Bu qruplarda həftədə 4 gün olmaqla, […]

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturaya və dissertanturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib. Mərkəzdən Mektebgushesi.az-a verilən xəbərə görə, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün […]