Mektebgushesi

Test imtahanı keçirilməyəcək orqanların siyahısı

Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişiklik edib. Mektebgushesi.az xəbər verir ki, AzEdu.az-ın məlumatına görə, indiyə qədər bu Qayda yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı […]

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

Yanvarın 17-də Təhsil naziri Ceyhun Bayramov ölkəmizi yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadası və XVI Beynəlxalq Jautikov Olimpiadasında uğurla təmsil edən məktəblilərlə görüşüb. Mektebgushesi.az xəbər verir ki, görüşdə Təhsil naziri Ceyhun Bayramov olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edərək bu uğurların davamlı olacağına əminliyini bildirib. Təhsil naziri müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, həmçinin son […]

Təhsil naziri Latviyanın ölkəmizdəki səfiri ilə görüşüb

Yanvarın 17-də Təhsil naziri Ceyhun Bayramov Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Buraxılış imtahanlarında yeni qaydalar

Məlum olduğu kimi, ötən ildən ümumi (9 illik) orta təhsil bazasında  buraxılış imtahanları yeni qaydalarla keçirilir.   Bu imtahanlarda şagirdlərə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə onların bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə qapalı və açıq tipli 45 tapşırıq təqdim edilir. Bu suallardan 26-sı açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlardır. İmtahanın birinci […]

Növbəti TOEFL imtahanı keçiriləcək

Mektebgushesi.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, 1 fevralda TOEFL imtahanı keçiriləcək. TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi SAT və TOEFL imtahanlarının keçirilməsi üzrə yalnız mərkəz rolunu oynayır.

BŞTİ -də yeni təyinatlar olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni kadr təyinatları aparılıb. Mektebgushesi.az xəbər verir ki, Təhsil nazirinin müvafiq əmrlərinə əsasən, BŞTİ-nin müdir müavini vəzifələrinin icrası Raman Məmmədova və Şahin İsgəndərova həvalə edilib. Qeyd edək ki, Raman Məmmədov hazırda BŞTİ-nin İnsan resursları sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin, Şahin İsgəndərov isə BŞTİ-nin Təminat və təchizat sektorunun […]

Ramiz Mehdiyev: “Maaş artımı ilə bağlı Prezidentə müraciət etmişəm…”

“Maaş artımı ilə bağlı Prezidentə müraciət etmişəm və o müsbət reaksiya verib”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev AMEA-nın Rəyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib. O,Prezidentlə danışıqlar apardığını və onun da AMEA-ya diqqət etdiyini deyib. “Maaşların az olması məni narahat edən məsələlərdən biri idi.Buna görə də prezidentə müraciət etdim […]

Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar

Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi uğurla təmsil edən məktəblilərimiz Vətənə geri dönüblər.  Medalçılarımız olimpiada ilə bağlı təəssüratlarını “Təhsil” televiziyası ilə bölüşüblər. Mektebgushesi.az xəbər verir ki, riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul […]

DİM magistraturaya qəbulun hansı qaydada aparılacağına aydınlıq gətirib

Magistraturaya qəbul bakalavrın bir mərhələli qəbul imtahanından topladığı bal əsasında aparılacaq. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a verilən məlumata görə, bakalavr müsabiqədə imtahandan topladığı bal əsasında iştirak edəcək. Bildirilib ki, ümumi orta müvəffəqiyyət göstəricisindən (ÜOMG) isə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün əlavə göstəricilərdən biri kimi istifadə edilir: “Bir […]

Təhsil naziri psixoloqların maaş artımı haqda əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov psixoloqların əmək haqlarının artırılması haqda əmr imzalayıb.  Mektebgushesi.az  xəbər verir ki, əmrə əsasən, diaqnostik imtahanda iştirak etmiş psixoloqların 7 yanvar 2020-ci ildən etibarən əmək haqları artırılıb və yeni tariflə hesablanır. Xatırladaq ki, 2019-cu il 24-28 dekabr tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilib.

Tanınmış jurnalistin oğlu Beynəlxalq Olimpiadada qızıl medal qazandı

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilər növbəti uğura imza atıblar. 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin […]

Dövlət bayrağı ilə bağlı qaydalarda dəyişikliklər edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklik edib. Mektebgushesi.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərar “Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il […]

Azərbaycan məktəblilərindən ilk – İnformatikadan qızıl medal qazanıldı

2020-ci ilə məktəblilərimizin tarixi uğuru ilə başladıq!Mektebgushesi.az -ın məlumatına görə,   8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar. Qeyd […]

Magistratura imtahanları ilə bağlı mühüm qərar

Nazirlər Kabineti Baş nazir Əli Əsədovun Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərarını şərh edib. Nazirlər Kabinetindən Mektebgushesi.az-a bildirilib ki, dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, qərar magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur. […]

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib

Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati icraçı) aid vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib Müsabiqəyə 36 dövlət orqanında 703 vakant vəzifə çıxarılıb. 2020-ci il 13 yanvar tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B […]