Mektebgushesi

İranın Kosmik mərkəzində yanğın olub, 3 alim ölüb

İranda Kosmik Araşdırma Mərkəzindəki yanğın nəticəsində 3 alim ölüb. Mektebgushesi.az Reporta istinadən xəbər verir ki, bunu Nəqliyyat və İnformasiya və Texnologiyaları naziri Məhəmmədcavad Azeri-Cehromi bildirib. Onun sözlərinə görə, yanğının səbəbi hələlik məlum deyil. Nazir bildirib ki, yanğın 1979-cu il fevralın11-də baş vermiş inqilabın 40-cı ildönümü ilə bağlı keçirilən tədbirdə baş verib. Qeyd edək ki, yanvarın 15-də İran “Peyam” (“Mesaj”) adlı […]

“Drakon”la məktəb direktorunun istintaqı niyə uzanır?

“Dolu” filmindən tanınan, “Drakon” obrazını canlandıran aktyor Rza Rzayev və məktəb direktoru Tural Mirzəliyev arasında olan insidentə hüquqi qiymət verilməsi üçün aparılan istintaqın vaxtı uzadılıb. Mektebgushesi.az xəbər verir ki, AzEdu.az-ın əldə etdiyi məlumata görə, direktor və aktyor arasındakı hadisə ilə bağlı istintaqın nəticələrinin yanvar ayının ortalarında elan ediləcəyi deyilsə də, bu müddətin bitməsinə baxmayaraq istintaq […]

Bu gün magistraturaya qəbul üçün sınaq imtahanı keçirilir

Bu gün magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçirilir. Mektebgushesi.azxəbər verir ki,imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 5 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 1604 nəfər qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq.  Bildiyiniz kimi, bu ildən […]

BDU-ya Məhəmməd Əmin Rəsulzadənin adının verilməsilə bağlı petisiya yaradıldı

Ümid Partiyasının sədri İqbal Ağazadənin təşəbbüsü ilə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsilə bağlı petisiya yaradılıb.  Petisiyada deyilir:“Bu il – 2019-cu ildə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi qeyd olunacaq. Azərbaycan Xalq Cumhuriyyətinin və şəxsən Məhəmməd Əmin Rəsulzadənin misilsiz xidmətlərindən biri də bu təhsil ocağını yaratmasıdır. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi, […]

Magistraturaya sınaq imtahanı keçiriləcək

Sabah magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki,imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 5 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 1604 nəfər qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq.  Bildiyiniz kimi, bu ildən […]

Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.  Mektebgushesi.az xəbər verir ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. Respublikamızda Gənclər Gününün qeyd olunması  isə 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər […]

Buraxılış imtahanları tam ləğv edilidi – Gürcüstanda

“Gürcüstanda bu il 12-ci sinif şagirdləri üçün buraxılış imtanahları keçirilməyəcək”. Mektebgushesi.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə bildirib. O deyib ki, təhsil sistemində islahatların həyata keçirilməsi hökumətin əsas prioritetlərindən biridir: “Təhsil, Elm, Mədəniyyət və İdman Nazirlyi 2019-cu ildə attestat imtahanlarının yalnız 11-ci sinif şagirdləri üçün ləğv olunması barədə qərar […]

DİM tərəfindən “İAEA 2019” konfransı keçiriləcək

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın idarə heyətinin üzvü Yan Uiqers 22-27 sentyabr tarixlərində DİM tərəfindən Bakıda keçiriləcək “İAEA 2019” konfransının hazırlıq işləri ilə tanış olub DİM-dən Mektebgushesi.az-a verilən məlıumata görə, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) İdarə heyətinin üzvü və qiymətləndirmə üzrə təhsil eksperti Yan Uiqers yanvarın 31-dən fevralın 2-dək Bakıda işgüzar səfərdədir. Səfərin əsas […]

Azərbaycanda işləyən müəllimlərin sayı açıqlanıb

 “Hazırda ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir. Onların da 39 179 nəfəri, yəni 27 faizi 35 yaşa qədər olan müəllimlərdir. Həmin müəllimlərin 6099 nəfəri Bakı şəhərinin payına düşür”. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə deyib. Onun sözlərinə görə, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir: “Ötən il […]

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək Mektebgushesi.az xəbər verir ki,DİM tərəfindən 3 fevral 2019-cu il tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 5 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 1604 nəfər qeydiyyatdan keçib. […]

Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçiriləcək

Fevralın 3-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, olimpiadaların şəhər mərhələsi paytaxtdakı 16 imtahan mərkəzində təşkil ediləcək. Olimpiadalar Binəqədi rayonu üzrə 276, Nərimanov rayonu üzrə 36, Nəsimi rayonu üzrə 46 və 54,  Nizami rayonu üzrə 32 və 229,  Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 310, […]

Uşaq bağçasında yanğın olub

Bakı şəhərinin Xətai rayonunda uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.  Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mektebgushesi.az

Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edildi

2019/2020-ci tədris ili üçün ali təsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə V qrupun dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib. Dövlət İmtahan Mərkəzindən mektebgushesi.azA-a verilən məlumata görə, 2019-cu ildən etibarən dizayn ixtisası yalnız “Təsviri sənət” istiqamətində olacaqdır. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu ixtisas üzrə Qabiliyyət İmtahanı Komissiyaları Bakıda (14) və Gəncədə (87) təşkil olunacaqdır. Komissiyalar […]

Azərbaycanda tələbələrin köçürülməsi başladı

Bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. Mekteebgushesi.azxəbər verir ki, transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın  7-dək davam edəcək. 

DİM magistraturaya qəbul elan edir

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2019-cu il fevralın 1-dən 11-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində […]