Mektebgushesi

Növbəti IELTS imtahanı keçiriləcək

Yanvarın 19-da “British Council” da növbəti IELTS imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, imtahan nəticələri 1 fevralda açıqlanacaq. Fevral üzrə növbəti imtahanın ayın 2-də keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, “British Council”də hər ay üç və ya dörd dəfə IELTS imtahanı təşkil olunur.

Təhsil Nazirliyinə tabe olan bir necə qurum ləğv edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.    Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Təhsil Nazirliyinə tabe olan bu qrumlar ləğv edilir: Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsil İnstitutu İstedadlı Uşaqlarla İş Mərkəzi Respublika […]

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb

Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.   Mektebgushesi.az xəbər verir ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.  Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli […]

Hər il martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd olunacaq

Azərbaycanda hər il martın 27-si Elm Günü kimi qeyd olunacaq Mektebgushesi.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında söyləyib. A.Əlizadə bildirib ki, AMEA tərəfindən irəli sürülən bu təklif ölkə rəhbərliyi tərəfindən də təqdir olunub. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə […]

Deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

“Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncamı Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Bu sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük razılıqla qarşılanıb. 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək”. Mektebgushesi.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix […]

Təhsil nazirinin Neftçala şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Mektebgushesi.az -ın məlumatına görə, Təhsil naziri Ceyhun Bayramovun Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərinin 18 yanvar 2019-cu il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.

Milli Məclis kitabxana işi haqqında qanuna dəyişikliklər edəcək

Milli Məclisin 2019-cu il yaz sessiyası ilə bağlı komitə iclasları başlayıb.  Mektebgushei.az xəbər verir ki, İclası Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq bildirib ki,  bu il də 2018-ci il kimi Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrlə zəngin olacaq:  “Bildiyiniz kimi, bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi İli” […]

Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar fevral ayının 1-dən 25-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına  müraciət edə bilərlər.Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin […]

Dərsləri təxirə salan səbəb:- Azərbaycandan siklon keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozunu verib. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə  aşağı enəcək. Respublikanın rayonlarında yağıntılı olacağı,  sulu qar, qar yağacağı, […]

AMEA -da yeni təyinat olub

İqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru təyin edilib. Mektebgushesi.az -in məlumatına görə, bu qərar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında açıqlanıb. Rəyasət Heyətinin digər qərarı ilə Rəqsanə Əzizova AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri vəzifəsinə təyin olunub.

Rektorların vəzifəsi konkretləşdirilib

Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ni təsdiq edib. Nizamnaməyə əsasən, dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir. Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, […]

Respublikanın ali məktəblərində imtahanlar təxirə salındı

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə müvafiq olaraq respublikamızın ali məktəblərində yanvar ayının 17-si və 18-də keçiriləcək imtanlar təxirə salınıb. Artıq ali məktəblərdə tələbələrə bu haqda məlumat verilib. mektebgushesi.az

Təhsil naziri əmr verdi – təhsil müəssisələrinin fəaliyyəti iki günlük dayandırılsın!

Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi […]

Sabah dərs olmayacaq? – Nazirlikdən açıqlama

Yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq orta məktəblərə hər hansı xəbərdarlıq edilməyib. Mektebgushesi.az  axar.az-a istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, hələlik bu barədə qərar verilməyib: “Sabah gözlənilən hava şəraitinə görə şagirdlərin həmin gün məktəbə getməməsi ilə bağlı qərar verilən kimi ictimaiyyətə bildiriləcək. […]

Dövlət və bələdiyyə ali məktəblərinin nümunəvi nizamnaməsi təsdiqləndi

Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi”ni təsdiqləyib. Mektebgushesi.az in məlumatına görə, nizamnaməyə əsasən, ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” qanununa əsasən fundamental, nəzəri-metodoloji, […]