Mektebgushesi

Dövlət qulluğuna vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 fevral 2019-cu il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.  Bu barədə Dövlət İmtahan Mərkəzindən mektebgushesi.az –a verilən məlumatda bildirilib.   Bildirilib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 fevral 2019-cu il tarixində inzibati dövlət qulluğu vəzifələrinin […]

Azərbaycanın 6 məktəbi beynəlxalq mükafat layiq görülüb

Yanvarın 21-də Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, məktəb direktorları və müəllimlər iştirak edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illər təhsil sahəsinin inkişafı və maddi-texniki təminatı istiqamətində mühüm addımlar atılıb. Nazir müavini təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi […]

Tətil günlərini necə səmərəli keçirmək olar

Artıq bir neçə gündən sonra məktəblərdə I yarımilin sona çatması ilə tətil günləri başlayacaq. Şagirdlərin tətil günlərindən daha səmərəli istifadəsinin vacibliyini nəzərə alaraq onlar üçün faydalı ola biləcək məsləhətləri sizinlə bölüşürük. I yarımili tamamlayan şagirdlərin ən böyük istəyi davamlı dərs çalışmalarına ara verərək, yaxşıca istirahət etməkdir. Mektebgushesi.az saytı təkcə şagirdləri deyil, həm də valideynləri xöşbəxt […]

Abituriyentlərin nəzərinə! -Sınaq imtahanına qeydiyyat başlayıb

2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanına qeydiyyat elan edilib. Dövlət İmtahan Mərkəzi 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə fevralın 10-da sınaq imtahanı keçirəcək. Sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı […]

DİM kurikulumlar üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanmasına uyğun tədbir keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) Şəki şəhərində hazırlıq kursları və elmi-metodiki seminarlar təşkil edib. Əvvəlcə DİM-in əməkdaşları Şəki şəhərində Şəhidlər xiyabanını ziyarət ediblər. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, Şəki şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycan dili, ingilis dili, fizika, kimya, biologiya və tarix fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar […]

Ankara Universitetinin dekanı: Azərbaycan xalqının yanında olmaq mənəvi borcumuzdur

20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Türkiyə xalqı olaraq şad gündə də, dar gündə də Azərbaycanın yanında olmaq mənəvi borcumuzdur. Bu fikirləri AZƏRTAC-a açıqlamasında ifadə edən Ankara Universitetinin Hüquq Fakültəsinin dekanı, professor Muharrem Özen bildirib ki, şəhidlik zirvəsinə ucalan insanlar xalqın ürəyində özlərinə abidə ucaldırlar. Azərbaycan və Türkiyənin tarixin ağır sınaqlarından dəfələrlə üzüağ çıxdığını vurğulayan […]

20 Yanvar – Ümumxalq Hüzn Günüdür

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da […]

BMT yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasında isə dövlətlərin hər bir insan üçün ali təhsil almaq imkanları […]

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək elektron sınaq imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 19-u saat 9-da başa çatacaq. Mərkəzdən Mektebgushesi.az-a  verilən məlumata görə, sınaq imtahanı dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi daşıyır. İmtahan AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 19-u saat 10-da keçiriləcək. […]

Macarıstanda 2019-2020-ci tədris ili üçün daha bir təqaüd proqramı elan edilib

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib. Mektebgushesi.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, proqrama əsasən, magistratura səviyyəsində bitkilərin mühafizəsi, kənd təsərrüfatının inkişafı və aqrobiznes, kənd təsərrüfatı üzrə biotexnologiya ixtisaslarına təqaüdlər təklif olunur. Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, tibbi […]

Xaricdə oxumaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ veriləcək?

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Bütün dünyada olduğu kimi ölkəmizdə də xaricdə təhsil almaq istəyənlər var. Mektebgushesi.az xaricdə təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüquqi barədə zəruri məlumatları təqdim edir: “Gəncliyin Elmi-Mədəni  İnkişafı”  İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə  ekspert  Sərdar Yusifoğlunun sözlərinə görə, 2015-ci […]

 Firudun Cəlilov: “Eyni işlə məşğul olan 40 quruma ehtiyac yoxdur, ”

 Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Təhsil Nazirliyinə tabe olan Akkreditasiya və Nostrifikasiya İdarəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi, Respublika Elmi-Pedaqoji Kitabxanası, “Təhsil”  Respublika İdman Mərkəzi ləğv olunub. Fərmandan çıxarışa əsasən,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Azərbaycan Respublikası Təhsil […]

Təxirə düşən summativ qiymətləndirmə nə zaman keçiriləcək? 

I yarımilin sonuncu KSQ-nin (Kiçik Summativ Qiymətləndirmə) jurnala hansı tarixə yazılması məktəb rəhbərliyi tərəfindən müəyyən edilməlidir. Mektebgushesi.az  xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Məlumatda qeyd olunur ki, bu prosesi məktəblər özləri tənzimləməlidir. Qeyd edək ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb. Yeni təlimatlara […]

Akademik Mehdi Mehdizadənin doğum günüdür

Böyük alim və pedaqoq Mehdi Mehdizadənin işıqlı xatirəsi könüllərdə yaşayır. O, daim sonsuz məhəbbət və sevgi ilə xatırlanır.  Mektebgushesi.az xəbər verir ki, yanvarın 18-i görkəmli alim, pedaqoq, maarifçi, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadənin doğum günüdür. Təhsilimizin, elmimizin inkişafında mühüm rolu olmuş M.Mehdizadə şərəfli ömür yaşayıb. O, 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində doğulub. Cəbrayılda […]

Küləyin ziyan vurduğu məktəblərin siyahısı

Yanvarın 17-si güclü külək nəticəsində paytaxtdakı bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib. Belə ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi güclü külək nəticəsində uçub. Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır. Həmçinin güclü külək nəticəsində 97, 165, 228 nömrəli tam […]