Mektebgushesi

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 10 illik yubileyi qeyd edilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 10 illik fəaliyyəti münasibətilə “Elektra Events Hall”da #10ilimİZ yubiley tədbiri keçirilib. Rəsmi və əyləncəli hissələrdən ibarət yubiley tədbirində 3000-dən çox tələbə, habelə təhsil müəssisələrinin rəhbərliyi, bir sıra dövlət rəsmiləri iştirak edib.  Tədbir ATGTİ-nin 10 illik fəaliyyətini əks etdirən hesabat və ölkədə uğurla həyata keçirilən gənclər siyasəti haqqında video-çarxların nümayişi […]

Üç müsabiqə üzrə qaliblər mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ““Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq”, “Kiçik tədqiqatçılar” və “Gəlin tanış olaq!” müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdiri Rəşad Tağıyev qalib komandaları təbrik edib və […]

Diaqnostik qiymətləndirilmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib

Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dekabrın 24-dən 28-dək dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Ümumilikdə 2 min 757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 min […]

Təhsil Nazirliyi yanında “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” yarandı -FƏRMAN

Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentinin Fərman imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və təhsil sisteminin müasir tələblərə uyğun davamlı inkişafını təmin etmək məqsədilə qərara alıram: Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirmək […]

Dövlət İmtahan Mərkəzində 2019-cu ilin yekunlarına dair tədbir keçirilib

29 dekabr 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzində DİM-in fəaliyyəti ilə əlaqədar ilin yekunlarına dair tədbir keçirilib Mektebgushesi.az xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək il ərzində Mərkəzin qarşısında duran vəzifələrin həyata keçirilməsindən, əldə olunan nailiyyətlərdən, tətbiq olunan yeniliklərdən, qarşıya çıxan çətinliklərdən danışıb. Sədr bildirib ki, 2019-cu il […]

BŞTİ tərəfindən fənn olimpiadaları üçün şagirdlər seçilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarına hazırlıq məqsədilə sınaq yoxlamaları və monitorinqlər keçirilib. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilən sınaq yoxlamalarda VIII-XI sinif şagirdləri iştirak edib. Sınaq yoxlamalarda şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə […]

Nazirlər Kabineti Doktoranturalar yaradılan elmi müəssisələrin siyahısında dəyişiklik edilib

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib. Mektebgushesi.az-ın məlumatına görə, bu dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə doktoranturaların yaradılması ləğv edilib. Artıq Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində fəlsəfə doktoru üzrə kadrlar hazırlanmayacaq. Yeni qərarla Gənclər və İdman […]

Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib. Mektebgushesi.az  xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Əqli Mülkiyyət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Eyni zamanda Nazirlər Kabineti “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say […]

DİM-in strukturuna daxil olan şöbələrin 2019-cu il ərzindəki fəaliyyətinə dair hesabatlar elan olunub

Artıq 2019-cu il yekunlaşmaq üzrədir. Bu il də dövlətin təhsil siyasətini həyata keçirən qurumlardan biri kimi Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramları, verdiyi fərman və sərəncamlardan irəli gələn vəzifələri yerinə yetirmək üçün davamlı və məqsədyönlü iş aparmışdır. Cari ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil […]

AMEA -nın “Fəaliyyət Planı”-nın əsas istiqamətləri açıqlandı

AMEA-nın 2020-2025-ci illər “Fəaliyyət Planı”-na daxil olan əsas müddəalar bizim prioritet istiqamətimizdir. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AMEA-nın akademik katibi Əminağa Sadıqov Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında deyib. O, “Fəaliyyət Planı”-na daxil olan müddəaları diqqətə çatdırıb. “Fəaliyyət Planı-”na daxil olan əsas istiqamətlər- elmi tədqiqatların təkmilləşdirilməsi, struktur inkişafın təmin edilməsi, elmi infrastrukturun genişlənməsi, elmi […]

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb. Qeyd olunan proqram çərçivəsində sənəd qəbulunun müddəti 25 yanvar 2020-ci il tarixinədək uzadılıb. Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Paytaxt məktəbliləri beynəlxalq festivalda yer tutub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) rəqs kollektivi Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq müsabiqə-festivalda iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, 20-dən çox ölkənin qatıldığı “Nevada nağıllar” adlı xoreoqrafik festivalda 5 nömrəli UGİM-in “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri Aylin Əliyeva, Tomiris Hətəmzadə, Kamilə Haşımova, Fidan Əzizova, Nərgiz Məmmədova, Aylin Hüseynli, Səma […]

Dövlət İmtahan Mərkəzində cari ildə görülən işlərlə bağlı yekun hesabatlar

Dövlət İmtahan Mərkəzində cari ildə görülən işlərlə bağlı yekun hesabatlar müzakirə olunur Artıq 2019-cu il yekunlaşmaq üzrədir. Bu il də dövlətin təhsil siyasətini həyata keçirən qurumlardan biri kimi Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramları, verdiyi fərman və sərəncamlardan irəli gələn vəzifələri yerinə yetirmək üçün davamlı və məqsədyönlü iş aparmışdır. Cari ildə […]

Məktəblərdə dərslərin 28 və 29 dekabr istirahət günləri necə əvəzlənəcək – İZAHI

 Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Mektebgushesi.az xəbər verir ki, bu qərar altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə çaşqınlıq yaradıb. Belə ümumtəhsil müəssisələrində 28 dekabr onsuz da dərs günü olduğuna […]

Eksternat imtahanları başa çatıb

Dekabrın 27-də Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb. Mektebgushesi.az -ın məlumatına görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib. Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana hər iki səviyyə üzrə 847 nəfər qatılıb. Tam orta təhsil səviyyəsi üzrə […]