Mektebgushesi

2019-cu təqvim ili rəqəmlərdə – məktəblilərimizin uğuru

Cari ildə respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib ki, bu da əvvəlki illərə nisbətən 5 dəfə çoxdur. Təhsil Nazirliyindən Mektebgushei.az -a bildirilib ki, 2019-cu ildə beynəlxalq olimpiadalarda məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib. 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə […]

Bakı Şəhəri üzrə 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub. Mektebgushesi.az -ın məlumatına görə, 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək […]

“Kiçik Akademiya” müsabiqəsinin qalibləri bəlli olub

Paytaxt məktəblərinin “Kiçik Akademiya” üzvləri arasında təşkil olunmuş tədqiqatçılıq müsabiqəsinin qalibləri bəlli olub. Final mərhələsinin nəticələrinə əsasən, 54 nömrəli tam orta məktəbin şagirdi Fərid Hüseynov, 107 nömrəli tam orta məktəbin şagirdi İlyas Zeynaddin I yerin, 7 nömrəli tam orta məktəbin şagirdi Nəcibə Allahverdiyeva, 328 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Təhməzli II yerin, 95 nömrəli […]

DİM -in dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatı

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir İmtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edirik. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 746 nəfər imtahanı müvəffəqiyyətlə vermişdir. İmtahanda iştirak edənlərdən 450 […]

Təhsil Nazirliyi: Bəzi təhsil müəssisələrində 4-6 yanvarda tədris aparılacağına dair məlumatlar əsassızdır

Təhsil Nazirliyi bəzi media orqanlarında altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair məlumatlara münasibət bildirib. Mektebgushesi.az -ın məlumatına görə, nazirliyin xəbərində deyilir: Təhsil Nazirliyi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin […]

“15 yaşlı azərbaycanlı Stanford Universitetinə qəbul olub”

Mektebgushesi.az xəbər verir ki, bu sözləri  sosial şəbəkə hesabında tanınmış iqtisadçı alim, Qubad İbadoğlu bildirib. Qubad İbadoğlu akademik istedadı ilə fərqlənən ABŞ-ın çoxsaylı nəşrlərində haqqında yazılar dərc olunan Kənan Həsənəliyev barəsində söz açıb: “Kənan Həsənəliyev  fitri qabiliyyət sahibidir, onu 5 yaşından tanıyıram. Hələ 2009-cu ildə Çapel Hilldə yerləşən Şimali Karolina Universitetində çalışan zaman Kənanın atası […]

AMEA-nın Ümumi yığıncağının gündəliyi məlum olub, birinci vitse-prezidentlər seçiləcək

AMEA-nın Ümumi yığıncağının gündəliyi məlum olub. Mektebgushesi.az xəbər verir ki, iclasda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq. Yığıncaqda həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.  Bundan başqa, akademiyanın 2 birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək. 

Eksternat imtahanlarına start verilib

Dekabrın 26-da Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib. İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib. Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana hər iki səviyyə üzrə 847 nəfər qatılıb. Tam orta təhsil səviyyəsi üzrə eksternlər hərəsində 10 sual […]

Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə görüş keçirilib.

Dekabrın 26-da Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə ali təhsil müəssisələrinin prorektorları və Orta ixtisas məktəblərinin direktorları ilə görüş keçirilib. Görüşdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, tədbirin məqsədi təhsil müəssisələrində tərbiyə işinin təşkili ilə bağlıdır. Firudin Qurbanov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik […]

Yeni imtahan modelində balların hesablanma qaydası

Abituriyent, müəllim və valideynləri narahat edən suallardan biri də buraxılış imtahanında balların hesablanma qaydasıdır. Mektebgushesi.az AzEdu.az -a istinadən cari ilin məzunları üçün buraxılış imtahanı, əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsində ballarının hesablanma qaydasını təqdim edir.  Məlum olduğu kimi buraxılış imtahanlarında məzunlar üç fənn-azərbaycan dili, riyaziyyat və xarici dil fənnindən imtahan verir. Hər fənn […]

Fransada Azərbaycanlı elmi diasporu yaradıldı – FOTOLAR

Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyi ilə 14 dekabr 2019-cu ildə Paris şəhərində Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Fransadakı Azərbaycanlı elmi diasporu yaradılıb. Oxu.Az xəbər verir ki, diasporla ilk görüş Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində keçirilib. Görüşdə Fransanın bütün regionlarından gələn əlliyə yaxın azərbaycanlı […]

ADU 2019: tələbə-müəllim münasibətləri, beynəlxalq uğurlar

2019-cu il Azərbaycan Dillər Universitetinin (ADU) elmi-pedaqoji istiqamətində, beynəlxalq əlaqələrində, o cümlədən, sosial həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla özünün tələbəyönümlü, eləcə də professor-müəllim heyətinin peşəkarlığının daha da artırılmasına yönələn idarəçilik siyasətindəki ənənəsinə bu il də sadiq qaldı. Universitetin beynəlxalq əlaqələri daha da genişləndi, imtahan prosesinin təkmilləşdirilməsi, […]

Alimlərdən xəbərdarlıq – 2019-cu ilin son Günəş tutulması başlayıb

2019-cu ilin son Günəş tutulması başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən məlumata görə, həlqəvari tutulma saat 06.30-da başlayıb 12:06-da başa çatacaq və Asiya, Avstraliya, Səudiyyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda müşahidə olunacaq. Bakıda isə Günəş tutulmasını 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkündür. 

Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin Respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi keçiriləcək. Bilik yarışının ilkin mərhələsində bu il təxminən 35000 şagirdin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən […]

Təhsil naziri Qəbələdə gənc müəllimlərlə görüşüb

Dekabrın 25-də Təhsil naziri Ceyhun Bayramov Qəbələyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri bildirib ki, son illərdə müəllim peşəsinin nüfuzu daha da yüksəlib, müəllim olmaq istəyənlərin sayı xeyli artıb. Ceyhun […]