Mektebgushesi

“Müəllimlər arasında ixtisas olimpiadası”- nın bakı mərhələsi başa çatıb

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə keçirilən “Müəllimlər arasında ixtisas olimpiadası”-nın Bakı mərhələsi başa çatıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan mərhələdə 1000-dən çox tələbə və müəllim iştirak edib. Səhər saatlarında III […]

“İstedad sorağında” layihəsi Avropa Azərbaycan Məktəbində

Avropa Azərbaycan Məktəbində Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə konsert-müsabiqə keçirilib. “İstedad sorağında” layihəsi əsasında hazırlanmış konsertdə məktəbin şagirdləri öz istedadlarını nümayiş etdirilblər. IX sinif şagirdlərinin biznes layihəsi olan tədbirin təşkilatçıları məhz şagirdlərin özləri idi. Valideynlərin də qatıldığı tədbir böyük coşqu ilə qarşılanıb. Məktəbin müəllimləri və şagirdlərdən ibarət münsiflər heyəti müxtəlif musiqi nömrələri ilə çıxış edən […]

Növbəti TOEFL imtahanı keçiriləcək

Mektebgushesi.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 11 yanvarda TOEFL imtahanı keçiriləcək. TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi SAT və TOEFL imtahanlarının keçirilməsi üzrə yalnız mərkəz rolunu oynayır.

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Mərkəzdən mektebgushesi.az -a bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 22 dekabr 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. İmtahanda iştirak […]

Bakıda işdən çıxarılan məktəb direktorları – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 18 təhsil müəssisəsinin rəhbəri ilə bağlanmış əmək müqaviləsi ləğv edilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev məlumat verib. Onun sözlərinə görə, bu il ərzində təhsil müəssisələrinə 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 13 direktorun iş yeri dəyişdirilib: “111 məktəb direktorunun müddətli əmək müqaviləsinin […]

Yanvarın 18-də TYS imtahanı keçiriləcək

Yanvarın 18-də Türkcə Səviyyə İmtahanı (TYS) keçiriləcək Mektebgushesi.az xəbər verir ki, TYS imtahanında iştirak etmək üçün qeydiyyat tarixləri 2 – 27 dekabrdır. Türkcə Səviyyə İmtahanının nümunə suallarına http://tys.yee.org.tr/  linkinə daxil olaraq baxa bilərsiniz İmtahanda  iştirak etmək üçün qeydiyyatdan keçmək istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər: Qeyd edək ki, TYS imtahanları il ərzində 3 dəfə keçirilir.

Azərbaycana qış fəsli gəlib

Mektebgushesi.az Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, qış fəsli Azərbaycana bu gün saat 08:19 dəqiqədə daxil olub. Həmin vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olur. Bu gün ilin ən qısa gündüzü, ən uzun […]

Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək Mektebgushesi.az xəbər verir ki, bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış […]

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 dekabr 2019-cu il tarixində Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib. İmtahana yazılış noyabrın 18-dən dekabrın 16-dək aparılıb və bu müddət ərzində 252 namizəd qeydiyyatdan keçib. İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini […]

Nazirlər Kabineti rezidenturaya qəbul qaydalarında dəyişiklik edib

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib.  Mektebgushesi.az  xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.  Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilib.  “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib.  3.2-ci bənd aşağıdakı redaksiyada verilib: “3.2. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. […]

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib

Dekabrın 20-də Təhsil naziri Ceyhun Bayramov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Qubadlı rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr […]

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edib

Azərbaycan Universiteti 2020-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edib. Universitetdən mektebgushesi.az -a bildirilib ki, sənəd qəbulu dekabrın 24-ü saat 17.00-dək ali məktəbin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında, Magistratura və doktorantura şöbəsində aparılacaq. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır: Fəlsəfə doktoru proqramı üzrə (doktorantura): İqtisad […]

Bakı məktəbliləri “Olimpiya Hərəkatı – 2019” proqramında

Paytaxt məktəbliləri “Olimpiya Hərəkatı – 2019” (Olympic Moves – 2019) proqramı çərçivəsində təşkil edilən Bakı birinciliyinin final mərhələsində uğurla çıxış ediblər. Belə ki, final mərhələsinin nəticələrinə əsasən, “Olimpiya Hərəkatı – 2019” proqramının üçüncü mövsümünün I, II və III yerlərini müvafiq olaraq velosiped yarışı üzrə 308, 29, 111 nömrəli tam orta məktəblərin, badminton üzrə 286, 260, […]

Səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçiləri təltif edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat görüşü keçirilib. Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Mirzə Cəfərzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin sədri Teymur Əhmədov, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları və […]

Eksternat imtahanlarına sənəd qəbulu bu gün başa çatır

Ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 20-si (saat 12:00) başa çatır.Mektebgushesi.az  xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, idarə tərəfindən sənədləri qəbul edilmiş eksternlər 24-25 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) […]