Mektebgushesi

Nazirlər Kabineti xarici ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi qaydalarını təsdiqləyib

Nazirlər Kabieti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nı təsdiq edib. Mektebgushesi.az xəbər verir ki, Nazirlər Kabieti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan […]

İncəsənət və yaradıcılıq üzrə tədris aparan müəllimlərin əməkhaqqı artırılıb

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına musiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib. Qiymətləndirilməsi aparılan heyətin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində […]

Bakıda 14 yaşlı məktəbli qız doğuş edib

Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib. Mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub. Məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı birləşmiş şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O qız uşağı dünyaya gətirib. Faktla bağlı araşdırmalara başlanılıb. Qeyd edək ki, […]

Nazirlik bəzi məktəblərin məsul şəxslərinə cəza verdi -SİYAHI

Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 28 müraciət daxil olub.   Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Saatlı, İsmayıllı, Astara, Ağdaş, Samux, Ağsu, Biləsuvar və Yevlax rayonlarından daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır. Təhsil Nazirliyinin tapşırığına əsasən, […]

BŞTİ -si cəzalandırılan direktor və direktor müavinlərinin sayını açıqlayıb

Dərs ili başlayandan Bakıda cəzalandırılan məktəb direktorları və direktor müavinlərinin sayı açıqlanıb. Mektebgushesi.az-xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-2020-ci tədris ilinin ötən dövrü ərzində İdarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 2 məktəb direktoru və 2 direktor müavini əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə barələrində intizam […]

Erməni tələbələr ayağa qalxdı: Ali məktəbləri etiraz aksiyaları bürüyüb

Ermənistan hökumətinin hazırladığı ali təhsil haqqında yeni qanun layihəsində universitetlərin qeyri-humanitar fakültələrində erməni dili, erməni tarixi və ədəbiyyatı dərslərinin ləğv olunması qərarına etiraz edən tələbələr və professor-müəllim heyəti birgünlük tətil keçiriblər.Mektebgusshesi.az xəbər verir ki, Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, etirazlara rəhbərlik edən Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin professoru Narina Dilbaryan bu mübahisəli qanun layihəsini […]

UNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Bu gün ali təhsilin beynəlmiləlləşməsi qlobalizasiyanın yaratdığı çağırış və ehtiyaclara cavab verir. Milli və ya beynəlxalq səviyyələrdə universitetlərin yeri, eləcə də onların beynəlmiləlləşməsi dərəcəsi təhsilin keyfiyyətində ən vacib amillərdəndir. Beynəlmiləlləşmə təhsilin keyfiyyətini artırır və bənzərsiz səlahiyyətlərə yiyələnmək üçün daha geniş imkanlar açır. AZƏRTAC xəbər verir ki, bu sözləri UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində keçirilən təhsil […]

Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Mektebgushesi.az -in məlumatına görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim […]

Rusiyada kollecdə atışma olub, ölənlər var

Rusiyanın Blaqoveşensk şəhərində yerləşən kollecdə baş verən atışma nəticəsində iki nəfər həlak olub, daha üç nəfər yaralanıb. Mektebgushesi.az Trendə -ə istinadən məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsindən bildirilib. Məlumata əsasən, polisə naməlum şəxs tərəfindən yaxınlıqdakı kollecdə atəş açıldığı çatdırılıb. Hadisə yerinə gələn polislər ikinci mərtəbədə silahla olan bir gənci görüblər. […]

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri beynəlxalq festivalda uğur qazanıblar

Belarus Respublikasının Minsk şəhərində uşaq və gənclərin “Sərhədsiz yaradıcılıq” adlı V Beynəlxalq festival-müsabiqəsi keçirilib. Beynəlxalq festivala qatılan 10 ölkənin uşaq və gəncləri rəqs və vokal nominasiyaları üzrə çıxışlar nümayiş etdiriblər. Mektebgushesi.az xəbər verir ki, festivalda iştirak edən Təhsil Nazirliyinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri  ölkəmizi layiqincə təmsil ediblər. Mərkəzin 5 istedadlı dərnək üzvünün […]

Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırıldı

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu noyabrın 15, 16 və 17-də müvəqqəti olaraq dayandırılır. Buna səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildiriblər ki, təkmilləşdirmə işlərinin aparılmasında məqsəd xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı vətəndaşlara göstərilən […]

Elina işi: Hökmdən apelyasiya şikayəti verildi

Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən zərərçəkmiş tərəf apelyasiya şikayəti verib.Mektebgushesi.az xəbər verir ki, bu barədə APA-ya Elina Hacıyevanın ailəsinin nümayəndəsi Sevinc Əliyeva məlumat verib.O bildirib ki, Səbail rayon Məhkəməsinin hökmündən Bakı Apelyasiya Məhkəməsinə şikayət veriblər.Direktor Sevinc Abbasovanın vəkili Sadiq Bağırov isə APA-ya […]

“Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

Təhsil müəssisələrində “Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib. Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir. Tədris ilinin ilk aksiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 244 nömrəli tam orta məktəbdə təşkil olunub. Aksiya çərçivəsində […]

AMEA -da struktur islahatları aparılıb idarə və şöbələr ləğv olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb. Mektebgushesi.az Reporta istinadən xəbər verir ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı sərəncamla Rəyasət Heyətinin aparatının Mətbuat və informasiya idarəsi ləğv olunub. Onun yerinə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb. Eyni zamanda Mətbuat və informasiya idarəsinin tabeliyində olan şöbələr də ləğv olunaraq onların yerinə sektor yaradılıb. […]

AMEA-da yeni şöbə müdiri təyinatı olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub. AMEA-dan  Mektebgushesi.az-a verilən məlumata görə, Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub. Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb. A.Şükürov bu gün akademiyanın Əsas binasında keçirilən […]