Mektebgushesi

Təhsil naziri Fransa Respublikasında səfərdədir

Təhsil naziri Ceyhun Bayramov YUNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində 13 noyabr 2019-cu il tarixində keçiriləcək Təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak etmək məqsədilə Fransa Respublikasının Paris şəhərində rəsmi səfərdədir. Mektebgushesi.az xəbər verir ki, təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə YUNESKO-ya üzv dövlətlərin təhsil üzrə rəhbər şəxsləri, təhsil üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı […]

Bakı Fransız Liseyində yeni imtahan mərkəzi açılıb

Fransa Milli Təhsil və Gənclər Nazirliyi 9-cu sinif şagirdlərinə şəhadətnamə verilməsi üçün Bakı Fransız Liseyində imtahan mərkəzinin açılmasına müsbət rəyini verib. Mektebgushesi.az “report”a istinadən xəbər verir ki. bu günədək Azərbaycanda bu imtahanların keçirilməsi üçün imtahan mərkəzi olmadığından şagirdlər Gürcüstanda fəaliyyət göstərən Qafqaz Fransız Ekoluna (Məktəbinə) üz tuturdular. Bu imtahanların keçirilməsi üçün Qafqaz üzrə mərkəz kimi […]

Bakıda “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Noyabrın 15-də Bakıda “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, konfrans institutun və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. Konfransda xarici ölkələrdən dəvət olunan mütəxəssislərin iştirakı ilə məhkəmə sistemi və digər sahələrdə süni intellektin […]

Qəbul imtahanlarında nisbi bal məhdudiyyəti qoyulurmu

Əvvəllər qəbul imtahanlarında tətbiq olunan fənlər üzrə nisbi bal məhdudiyyəti, eyni zamanda nisbi bal sıfır olduqda müsabiqədə iştirak edə bilməməklə bağlı tələblər hazırda yoxdur. Qəbul qaydalarının ümumi şərtlərinə əsasən, abituriyentin imtahanın birinci (yəni buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci mərhələsində (maksimal 400 bal) topladığı minimal bal 200 olmalıdır. Abituriyentə imtahanın birinci mərhələsi üzrə […]

Bu gün Azərbaycanda Konstitusiya günüdür

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür. Mektebgushesi.az-ın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 24 ildir, Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci […]

Növbəti Diaqnostik Qiymətləndirmə keçiriləcək

“Dekabrın sonunda Təhsil Nazirliyi tərəfindən yenidən orta məktəblərdə çalışanların Diaqnostik Qiymətləndirilməsi keçiriləcək” Mektebgushesi.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında təhsil üzrə ekspert Kamran Əsədov deyib. “Diaqnostik Qiymətləndirmədə orta məktəb psixoloqları, indiyə qədər DQ-dan keçməyən direktor və direktor müavinlərinin iştirakı nəzərdə tutulur. Həmçinin, diaqnostik qiymətləndirmədə indiyə qədər diplom probleminə görə DQ-ya cəlb olunmayan müəllimlərin iştirakı […]

BMT qızların məktəbə hicabla getməsinə icazə verilməsinə çağırdı

Əsas odur ki, qarşı cinsdə şəhvət oyadan, əxlaqsızlıq aşılayan “müasir”, yarıçılpaq geyimlərə yasaq qoyulmasın. Hə?.. Afrika ölkələrindən birində şagird qızların hicabla məktəbə getməsinin qarşısı alındıqdan sonra Birləşmiş Millətlər Təşkilatı dövlətləri dini dözümlülüyə- tolerantlığa  dəvət edib. “ABCNews” nəşrinin yaydığı məlumata görə, olay Malavinin cənubundakı məktəblərdən birində meydana gəlib. Hicab üzündən  müsəlman qızların məktəbə getməsinə icazə verilməyib. […]

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə elektron qeydiyyat prosesi davam edir. Bu günədək 78 şagird müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçib. Müsabiqədə iştirak etmək istəyən şagirdlər dekabrın 21-dək  www.sabahinalimleri.edu.az  internet səhifəsində onlayn qeydiyyatdan keçə bilərlər. Mektebgushesi.az xəbər verir ki, müsabiqənin təşkilində məqsəd yerli ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, […]

Bu gün Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

Hər il noyabrın 10-nu Sülh və İnkişaf Naminə Dünya Elm Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır. Dünya Elm Günü, bütün maraqlı tərəfləri – dövlət adamlarından tutmuş media nümayəndələrinə və məktəb şagirdlərinə qədər […]

Azərbaycan universitetlərindəki bu ixtisaslar gələcəkdə lazım olmayacaq -Ekspert rəyi

Mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı… Bu peşə sahiblərinə gələcəkdə tələbat daha çox olacaq. Rusiyalı tədqiqatçılar bu qənaətə gəliblər. Maraqlıdır bəs, yaxın gələcəkdə sıradan çıxacaq, ehtiyac duyulmayan ixtisaslar hansılardır ? Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bu gün  Texniki Universitetin, Memarlıq və İnşaat Universitetinin, Neft və Sənaye Universitetinin hazırladığı bir çox ixtisaslı kadrlara əmək bazarında […]

İlahiyyat İnstitutunun heyəti Dövlət Bayrağı Günü Cocuq Mərcanlıya səfər edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti 9 noyabr 2019-cu il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib. Mektebgushesi.az xəbər verir ki, Aİİ kollektivini Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, Dini Qurumlarla İş […]

Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur

Mektebgushesi.az -ın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq Muxtar Respublikanın dövlət […]

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub -FOTOLAR

Noyabrın 8-də dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, Tədbirdən əvvəl Təhsil naziri Ceyhun Bayramov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də […]

Paytaxt məktəblərində Dövlət Bayrağı Günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib. Mektebgushesi.azxəbər verir ki, təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfrans, ədəbi-bədii gecə, mühazirə, disput və “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil […]

İmadəddin Nəsiminin 650 illik yubiley tədbiri keçirilib

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycanın Xalq artistləri Rasim Balayev, Azərpaşa Nemət, Hacı İsmayılov, BŞTİ-nin struktur bölmə rəhbərləri, 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev, ziyalılar, məktəb direktorları, müəllimlər, şagirdlər, […]