Mektebgushesi

Tələbəni öldürən şəxsin işi məhkəməyə göndərilib

Bakıda tələbəni döyə-döyə öldürməkdə təqsirləndirilən Cümşüd Balabəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Mektebgushesi.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. Qeyd edək ki, hadisə bu il mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və […]

Dövlət qulluğuna hazırlaşanlar üçün sınaq imtahanlarına qeydiyyat davam edir

DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları* keçiriləcək. Sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 1 və 8 noyabr tarixlərində keçiriləcək. DİM dən Mektebgushesi.az -a verilən məlumata görə, İmtahanlar saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, […]

Universitet rektorları – Ən yaşlısı 92 ən cavanı isə 40 yaşında -SİYAHI

Prezident İlham Əliyev pensiya yaşı ötmüş məmurları istefa mədəniyyəti göstərməyə çağırdıqdan sonra, ölkə gündəmində yaş tendensiyası aktual məsələyə çevrilib. Elə biz də bu məsələdən qaynaqlanaraq, ali təhsil müəssələrindəki rəhbər şəxslərin yaşı ilə maraqlandıq. Baxmayaraq ki, onları məmur hesab etmək olmaz,  elm və təhsil müəssisələri, yaradıcı təşkilatların rəhbərlərinə yaş senzi tətbiq olunmasa da, hər halda ictimaiyyət […]

ADA Rektoru nazir müavini postundan getmək üçün Prezidentə müraciət etdi

Azərbaycanın Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib. XİN-dən verilən məlumata görə, H.Paşayev müraciətində əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər […]

Türkiyədə təhsil almaq istəyənlər uçün təqaüd proqramı elan edilib

Türkiyə Respublikasının 2019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan edir: Mektebgushesi.az xəbər verir ki, təhsil səviyyəsi bakalavriat, magistratura, doktorantura  həmçinin, 1 il dil hazırlığı kursudur. Təqaüd proqramında  tələbələr üçün nəzərdə tutulan bütün xərcləri əhatə edir. Təhsil səviyyəsinə uyğun olaraq aylıq təqaüd  bakalavriat pilləsi üzrə 700 TL, magistratura 950 TL, doktorantura üçün isə 1400 TL-dir. […]

Beynəlxalq məktəb kitabxanaları günü qeyd olunub

Paytaxtın ümumi təhsil müsəsisələrində çalışan kitabxanaçılar üçün «Məktəb kitabxanaçısı pedaqoqdur» adlı elmi-təcrübi konfrans keçirilib. Beynəlxalq məktəb kitabxanaları günü münasibətilə təşkil olunan konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Respublika Elmi Pedaqoji Kitabxanasının (REPK) direktoru Tamilla İsmixanova və məktəb kitabxanaçıları iştirak ediblər. Tədbirdə çıxış edən İdarənin müdir müavini Hüseyn Əsgərov BŞTİ və REPK-nın […]

Prezident Dəniz Akademiyasının rektoruna orden verdi

Heydər Əsədov “Şöhrət” ordeni ilə təltif olunub.  Mektebgushesi.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, Prezidentin 3 aprel 2019-cu sərəncamı ilə Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

ADA Universiteti təcrübəli hüquqşünas namizədləri işə dəvət edir

ADA Universiteti hüquq proqramı üzrə saathesabı müəllim vəzifəsinə müraciət etmək üçün peşəkar təcrübəsi olan və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan hüquqşünas namizədləri dəvət edir. Proqram üzrə “Mülki hüququn əsasları”, “Cinayət hüququ” və “İnzibati hüquq” fənləri tədris olunacaq. ADA-dan  verilən məlumata görə, universitet beynəlxalq mühitdə birgə işləyə bilən, müasir elmi-pedaqoji metodlarla yaxından tanış olan müəllimlərin seçilməsində maraqlıdır. […]

“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri dünya çempionatında uğur qazanıblar

23-27 oktyabr 2019-cu il tarixində Çilinin paytaxtı Santyaqo şəhərində karate idman növü üzrə XI dünya çempionatı keçirilib. Mektebgushesi.az xəbər verir ki, yarışmaya 50-dən artıq ölkədən 1 557 idmançı qatılıb. Azərbaycanı yarışmada təmsil edən “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri uğurla iştirak ediblər. Belə ki, yığma komandanın üzvləri Hüseyn Məmmədli milli komandanın heyətində 61 kq çəki dərəcəsində […]

Qəbul imtahanlarında azərbaycan və rus bölmələrinin abituriyentləri arasında kəskin bilik fərqləri yaranıb

2018-ci ildə keçirilən qəbul imtahanlarında Azərbaycan və rus bölmələrinin abituriyentlərinin bilik və bacarıqlarında kəskin fərqlərin olduğu aşkarlanıb. Mektebgushesi.az AzEdu.az -a istinadən xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. I ixtisas qrupunda Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisası üzrə Azərbaycan bölməsində minimal bal 540, rus bölməsində 249; II ixtisas qrupunda Azərbaycan Respublikası Prezidenti […]

Azərbaycanda saxta diplom hazırlayan bir qrup şəxslər saxlanılıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar, müvafiq məhkəmə qərarları əsasında Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta-ixtisas müəssisələrini qəbul olmaq hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırması, qanunsuz hazırlaması […]

Müəllimlərin qarşılıqlı yerdəyişməsinin qaydaları hazırlanır

Təhsil müəssisələrində  müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən)başqa rayona (şəhərə) yerdəyişməsi  Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı isə  hər il nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Mektebgushesi.az AzEdu.az -a istinadən xəbər verir ki, bu tədris ilində də müəllimlərin qarşılıqlı yerdəyişməsi planlaşdırılır. Lakin prosesin dəqiq vaxtı hələ ki məlum deyil. Əldə […]

Qrup yoldaşlarına və müəlliminə qarşı hücum planlaşdıran tələbə həbs olunub

Moskva vilayətinin Zaraysk şəhər məhkəməsi qrup yoldaşlarına qarşı hücum hazırlayan Luhovidski Aqrar – Sənaye kollecinin tələbəsini həbs edib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Moskva regional məhkəməsinin mətbuat xidməti məlumat yayıb.   Zaraysk  şəhər məhkəməsinin qərarına əsasən, iki və daha artıq şəxsin öldürülməsinə cəhddə şübhəli bilinən Boris Banin dekabrın 23-dək istintaq təcridxanasına göndərilib. […]

BŞİH Bakıda orta məktəbin yaxınlığında bina tikintisini dayandırıb

Bir neçə gün əvvəl müxtəlif kütləvi informasiya vasitələrində Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə çox mərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Mektebgushesi.az xəbər verir ki, BŞİH-dən APA-ya bildirilib […]

DİM buraxılış imtahanı ilə bağlı Xarici dil probleminə aydınlıq gətirdi

Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (əsas xarici dil) fənnindən imtahan verəcəklər. Mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib Məlumatda qeyd olunur ki, I-V ixtisas qrupları üzrə ali […]