Mektebgushesi

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına qeydiyyat davam edir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün qeydiyyat prosesi davam edir. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, Assosiasiyaya üzv olmaq istəyən müəllimlər http://qeydiyyat.agma.az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 2018-ci il noyabrın 28-də keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında bir gənc müəllimin təşəbbüsü ilə yaradılıb. Hazırda Assosiasiya ölkəmizin 17 bölgəsindən olan […]

İnzibati vəzifələr üzrə test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin nəzərinə!

Test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb. İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün oktyabrın 27-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün 28 oktyabr saat 10:00-dan 8 noyabr saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. […]

Məleykə Abbaszadə Ağcabədi rayonunda vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 25-də şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Ağcabədi rayonunda vətəndaşları qəbul edib. mektebgushesi.az xəbər verir ki, qəbulda Ağcabədi rayon sakinləri ilə yanaşı Yevlax, Bərdə, Ağdam, Tərtər, Beyləqan və Füzuli rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər […]

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub

İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Dövlət İmtahan Mərkəzi tərəfindən 27 oktyabr 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB […]

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirir. DİM-dən Mektebgushesi.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 412, BB qrupu üzrə 1438, ümumilikdə […]

Tələbələrin dövlət sifarişi ilə təhsil almaq imkanları genişləndirilir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinə bu il 318 tələbə qəbul olub və onlardan 51 faizi dövlət sifarişi, 49 faizi isə ödənişli əsaslarla təhsil alır. AzMİU-dan Mektebgushesi.az-a bildirilib ki, bunu rektor Gülçöhrə Məmmədova fakültənin I kurs tələbələri ilə görüşündə söyləyib. Tələbələrlə görüşlərə önəm verdiyini söyləyən rektor onların problemlərini, […]

2020-ci il dövlət büdcəsinin zərfində təhsil üçün 3 milyarddan çox vəsait nəzərdə tutulub

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin  zərfində ümumilikdə təhsil üçün 3 milyarddan çox  (3 155 797 681 manat) vəsait nəzərdə tutulub. Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib. Qeyd edilib ki, 2020-ci ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası, “ADA” Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət […]

Azərbaycan və Koreyanın universitetləri əməkdaşlıq edəcək

Oktyabrın 25-də Koreyanın İnha Universitetinin beynəlxalq əlaqələr üzrə dekanı, Dil Hazırlıq Mərkəzinin direktoru, professor Kim Junq Ho Azərbaycan Texniki Universitetində (AzTU) olub. AzTU-dan Mektebgushesi.az -a bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov qonağa təmsil etdiyi ali məktəbin tarixi, fəaliyyəti, fakültələri və beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, AzTU-nun qarşıya qoyduğu əsas […]

Təhsil nazirinin müavini gənc müəllimlərlə görüşüb

Oktyabrın 25-də Təhsil nazirinin müavini Firudin Qurbanov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb. Mektebgushesi.az -ın məlumatına görə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə İmişli və Ağcabədidə fəaliyyət göstərən 40-a yaxın gənc müəllim iştirak edib. Görüş zamanı Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesindən danışıb və […]

Elektron dərslik portalında 39 dərslik yenilənib -VİDEO

Dərsliklərin elektron formatda hazırlanaraq www.e-derslik.edu.az portalına yerləşdirilməsi prosesi davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib. Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və […]

Təhsilin inkişafını əsaslandıran Strategiya

Dövlət Strategiyasının ən uğurlu nəticələrindən biri Azərbaycanın beynəlxalq reytinqlərdə tutduğu mövqedir Ölkəmizdə təhsilin inkişafı hər zaman diqqətdə saxlanılan məsələlərdən biri olub. Büdcədən ayrılan vəsaitin həcmindən tutmuş həyata keçirilən bütün tədbirlərdən bu sahənin inkişafına verilən dəyər görünüb. 6 ildir icra olunan və təhsil sahəsində islahatları, dolayısı ilə inkişafı əsaslandıran “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın […]

Peşə təhsilinə ayrılan xərclər artırıldı

2020-ci il dövlət büdcəsində təhsil üçün nəzərdə tutulan vəsaitin 6,8 milyon manatı dövlət peşə təhsili müəssisələrində “Həyəcan” düyməsinin quraşdırılması və ona xidmətlə bağlı xərclərə ayrılacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə 2020-ci ilin  büdcə zərfində qeyd olunub. Bildirilib ki, büdcədəki təhsil xərclərinin 1,7 %-i (54 milyon manat) peşə təhsili ilə bağlı xərclərə ayrılacaq. Xatırladaq ki, 2019-cu […]

BDU-nun 100 illik yubileyinə həsr olunmuş pul nişanı buraxılıb

Bu il müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü tamam olur. Azərbaycan Mərkəzi Bankından (AMB) Mektebgushesi.az -a verilən məlumata görə, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb.Yubiley […]

Elina Hacıyevanın ölümü ilə bağlı direktora hökm oxundu

Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başa çatıb. Mektebgushesi.az-ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə direktorun vəkili Sadiq Bağırov çıxış edərək ittihamları qəbul etmədikləri bildirib və həmçinin qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib: “Nə istintaq dövründə […]