Mektebgushesi

Dövlət peşə məktəblərinə işə qəbul üzrə müsahibə mərhələsi davam edir

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi davam edir. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, müsahibə mərhələsi sentyabrın 30-da başa çatacaq. Yekun nəticələr isə oktyabrın 1-də elan ediləcək. Xatırladaq ki, dövlət peşə təhsili müəssisələrində işə qəbul üçün ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə […]

IAEA 2019 konfransının bağlanış mərasimi olub

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik toplantısının (IAEA 2019) bağlanış mərasimi olub. Mektebgushesi.az xəbər verir ki, konfransın reportyoru Dennis Opposs forum haqqında ümumi qeydlərini diqqətə çatdırıb. Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransda 55 ölkədən 300 ekspertin, 43 ölkədən isə 116 məruzəçinin iştirak etdiyini qeyd edib. O, konfransın qarşısına […]

“Təcili yardımın çağırılmasını istədim, direktor mənə hirsləndi”

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib. Mektebgushesi.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə şahidlər dindirilib. Məktəbin tibb bacısı olmuş Ləman Nuriyeva ifadəsi zamanı deyib ki, hadisə olan vaxt poliklinikaya gedirmiş: “Zəng edib dedilər Elina […]

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun üçüncü turu başlanır

Sentyabrın 28-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura başlanılır. Təhsil Nazirliyindən mektebgushesi.az -a bildiriblər ki, namizədlər sentyabrın 29-dək saat 23.59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak edə bilərlər. Prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il […]

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq konfrans (IAEA 2019) davam edir

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısının (IAEA 2019) sonuncu günündə – sentyabrın 27-də konfransın əsas məruzəçilərindən biri, ABŞ-ın Minnesota Universitetinin professoru Natan R.Kunselin “Təhsilin qiymətləndirilməsində proqnozlaşdırma və qiymətləndirmə prosesi” mövzusunda məruzəsi təqdim edilib. Məruzədə əsas diqqət tələbələrin bilik göstəriciləri və ixtisaslaşmasına yönəldilib. Hər iki məsələ əhəmiyyətli […]

Yeni tədris ilində istedadlı uşaqlar üçün 102 sinif yaradılıb

2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb.  Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı, 47 rayon üzrə 82 məktəbdə, ümumilikdə, 162 xüsusi sinif fəaliyyət göstərir.  4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir. Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlığının […]

425 gəncin təhsil haqqı xərcləri Gənclər Fondu tərəfindən qarşılanacaq

Azərbaycan Respublikasının Prezidentinin  şəxsi təşəbbüsü ilə Azərbaycan Gənclər Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqəsinə yekun vurulub. Bu münasibətlə Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən tədbirdə  universitetin rektoru Saleh Məhərrəmov Azərbaycanda və muxtar respublikada uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. Rektor keçirilən bu müsabiqənin yeni təhsil ilində ödənişli əsaslarla […]

Zəlzələ İstanbulu təşvişə saldı – Məktəblər bağlandı

Türkiyənin İstanbul şəhərində baş vermiş 5,8 bal gücündə zəlzələdən sonra daha 28 afterşok qeydə alınıb. Yeraltı təkanlardan biri 4,1 bal gücündə olub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün şəhər ərazisində hiss edilən zəlzələ əhali arasında təşvişə səbəb olub. İstanbul əhalisi küçələrə axışıb. Şəhərdəki bir çox məktəblərdə dərslər təxirə salınıb. Xəstəxanalar boşaldılıb. Bir çox iş yerlərində […]

Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısı davam edir.

IAEA 2019: Təhsil islahatında ümumi normaların effektiv həyata keçirilməsində standartların rolu Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısı (IAEA 2019) davam edir. Sentyabrın 26-da IAEA 2019 beynəlxalq konfransının əsas məruzəçilərindən biri, “British Council” təşkilatının qiymətləndirmə üzrə tədqiqat qrupundan aparıcı tədqiqatçı və meneceri Cemi Dunli “Təhsil islahatında ümumi […]

АDU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib

Аzərbаycаn Dillər Univеrsitеti bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib. Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. ADU-da boş olan vəzifələr aşağıdakılardır: 1. Təhsil-1 fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı-1 […]

Koreya təhsil standartlarına uyğun peşə təhsili mərkəzinə sənəd qəbulu davam edir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılmış peşə təhsili mərkəzinə sənəd qəbulu davam edir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər oktyabrın 1-dək təhsil müəssisəsində qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, 2019-2020 tədris ilindən fəaliyyətə başlayan təhsil […]

Londonda “Bilik” Azərbaycan məktəbi açılır

Böyük Britaniyanın paytaxtı Londonda “Bilik” Azərbaycan məktəbi fəaliyyətə başlayacaq.  “Report”un yerli bürosu xəbər verir ki, məktəbin açılışı oktyabrın 6-da baş tutacaq.  Londonda fəaliyyət göstərən “Znaniye” əlavə təhsil məktəbləri ilə birgə yaradılan “Bilik” Azərbaycan məktəbində dərslər həftənin bazar günləri keçiriləcək.  Məktəbdə Azərbaycan dili ilə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri də tədris ediləcək. Mektebgushesi.az

Təhsil naziri İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri ilə görüşüb

Sentyabrın 25-də Təhsil naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriyel Peneveyre ilə görüşüb. Görüşdə Azərbaycan və İsveçrə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.   Mektebgushesi.az

AMEA-da direktor vəzifəsi üzrə seçkilərin nəticələri açıqlandı

AMEA-nın Rəyasət Heyətinin iclasında Akademiyanın elmi-tədqiqat müəssisələrinin direktoru vəzifəsinə keçirilmiş seçkilərin nəticələri təsdiqlənib. Mektebgushesi.az xəbər verir ki, akademik Nazim Məmmədov AMEA-nın Fizika İnstitutunun, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Oktay Qasımov Biofizika İnstitutunun, akademik Dilqəm Tağıyev Akademik Murtuza […]

Keçmiş məktəb direktorunun həbs edilməsi ilə bağlı vəsatət qaldırıldı

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib. Mektebgushesi.az “Qafqazinfo”- ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə mərhum E.Hacıyevanın nümayəndəsi Emin İsayev vəsatət verərək Sevinc Abbasovanın həbs edilməsini istəyib: “O, şahidlərə təzyiq edir, prosesdən əvvəl onlarla danışıq aparır. […]