Mektebgushesi

Rumıniyada təhsil alacaq şəxslərin adları məlum olub

Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə əsasında, 2019-2020-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqənin nəticələri elan edilib. Nəticələrə görə, 2 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib. Mektebgushesi.az – a nazirlikdən verilən məlumata görə, qalib namizədlər Rumıniyanın “University Oil Gas Ploiesti” və […]

DİM-in sədri Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək Mektebgushesi.az xəbər verir ki, Cəlilabad rayonunda keçiriləcək qəbulda Cəlilabad və Yardımlı, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayonlarının  sakinləri iştirak edə bilərlərQəbul 30 sentyabr saat 11.00-da Cəlilabad şəhəri, H.Əliyev Mərkəzində keçiriləcək (ünvan: H.Əliyev prospekti, 242A) Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron […]

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlərin nəzərinə

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə sənəd qəbulu başa çatıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uyğun namizədlər sentyabrın 25-dək müsahibə mərhələsinə dəvət olunacaqlar. Sentyabrın 26-dan 30-dək bu namizədlər üçün müsabiqə mərhələsinin təşkil edilməsi nəzərdə tutulur. Yekun nəticələr oktyabrın 1-də elan ediləcək.

Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara qayğı prioritet təşkil edir

Uşaqlara dövlət qayğısının göstərilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması dövlətin müəyyən etdiyi prioritetlərindən biridir. Mektebgushesi.az – a nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncamı məişət zorakılığından zərər çəkmiş şəxslər üçün də […]

Kolumbiya Universitetinin professoru: “Azərbaycanda İngilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur”

“Azərbaycan iqtisadi inkişaf və beyəlxalq əməkdaşlığın yeni sahələrinin stimullaşdırılması üzərində işləyir. Lakin bununla yanaşı, təhsil sektorunda da xarici dilin öyrədilməsinə xüsusi diqqət yönəldilməlidir”.  APA-nın məlumatına görə, bunu Kolumbiya Universitetinin professoru Amra Sabic-El-Rayess Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci İllik Konfransının iştirakçılarına müraciətində bildirib. Onun sözlərinə görə, Azərbaycanın milli statistikası göstərir ki, ingilis dili müəllimlərinin dörddə […]

Koreya 2020-2021-ci tədris ili üzrə təqaüd proqramını elan edib

Koreya tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib.  Təhsil Nazirliyindən Mektebgushesi.az -a verilən məlumata görə, bakalavriat səviyyəsi üzrə elan olunan təqaüd proqramına 18 oktyabr 2019-cu tarixinədək müraciət edilə bilər. Proqramda iştirak etmək istəyənlər sənədlərini qeyd edilən tarixədək Koreyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Əyani təhsil alan tələbələr barədə məlumatlar məşğul şəxslərin reyestrinə daxil ediləcək

Azərbaycanda xüsusi ali və orta ixtisas təhsil müəssisələri istisna olmaqla, dövlət və özəl ali təhsil müəssisələri, eyni zamanda orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar yeni yaradılacaq məşğul şəxslər barədə reyestrə daxil ediləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Nazirlikdə qeyd ediblər ki, Nazirlər Kabineti 19 sentyabr […]

DİM: Özəl universitetlərə qəbul olunanların biliyi kafidən yuxarı deyil

“Özəl ali təhsil müəssisələri həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsilhaqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər”. Mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. Qeyd olunub ki, özəl ali təhsil müəssisələri, […]

Müddətli müqavilə ilə işə qəbul üzrə II turun nəticələri açıqlanıb

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə ikinci turun nəticələri açıqlanıb. Nazirlikdən Mektebgushesi.az -a verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1575 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabrın 25-dək zəruri sənədləri (şəxsiyyəti […]

Orta bal göstəricilərinə görə fərqlənən universitetlər

Yüksək nəticə göstərən abituriyentlərin Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına marağı böyükdür. Mektebgushesi.az AzEdu.az -a istinadən xəbər verir ki, bu barədə “Abituriyent 12” jurnalında qeyd olunub. Jurnalda eyni zamanda universitetlər üzrə formalaşan orta bal göstəriciləri ( qəbul balı) də yer alıb. […]

Dövlət İmtahan Mərkəzinin məlumatı

Kolumbiya Universitetindən Dr.Amra Sabic-El-Rayessin konfrans iştirakçılarına müraciəti Əziz dostlar, həmkarlar və qonaqlar! Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci İllik Konfransına dəvət edilməkdən, sizi salamlamaqdan və Azərbaycanın iqtisadiyyat və təhsil sahəsindəki transformasiyasının hazırki vəziyyəti barədə fikirlərimi bölüşməkdən məmnunluq və qürur hissi duyuram. Təəssüflə qeyd edirəm ki, digər mühüm öhdəliyim səbəbindən […]

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başa çatıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başa çatıb. Mektebgushesi.az x’b’r verir ki? müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu sentyabrın 21-dən 22-si saat 23:59-dək davam edib. Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanında nəticəsi olan […]

İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanacaq

Bu gündən İranın Şərqi Azərbaycan vilayətinin bəzi orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq. Mektebgushesi.az-ın Trendə istinadən məlumatına görə, bunu İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib. C.Paşayinin sözlərinə görə, bu barədə vilayətin təhsil-təlim şurasında qərar verilib. Direktor əlavə edib ki, qərara əsasən Azərbaycan dilinin tədrisi pilot layihə […]

Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Mektebgushesi.az -a DİM dən verilən məlumata görə, sentyabrın 22-dən 27-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik beynəlxalq konfransı (IAEA 2019) keçirilir. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi […]

18 təhsil müəssisəsi “AzScienceNet” şəbəkəsinə qoşulub

“EaPConnect” layihəsi çərçivəsində 18 təhsil müəssisəsi “AzScienceNet” şəbəkəsinə qoşulub. Bunu AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində cari ildə görülmüş işlərə dair çıxışı zamanı deyib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, direktor müavini AMEA ilə Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. O […]