Mektebgushesi

Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib. Birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir. Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) […]

Goranboyda bilik günündə məktəbin tavanı uçub -Xəsarət alan yoxdur

Mediada Goranboy rayon Bolsulu kənd orta məktəbinin qəzalı vəziyyətdə olması, ilk dərs günündə problem yaşanması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, elə ilk dərs saatında II siniflərin dərs aldığı otağın tavanı uçub. Hadisə xəsarətsiz ötüşsə də, məktəbin qəzalı vəziyyətdə olması müzakirələrə səbəb olub. Mektebgushesi.az xəbər verir ki, AzEdu.az hadisəni dəqiqləşdirmək məqsədilə Goranboy Rayon Təhsil Şöbəsi […]

Dövlət qulluğuna qəbul üzrə müsahibələrin vaxtı açıqlanıb

Avqustun 2-də dövlət qulluğuna elan edilən müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az -a verilən məlumata görə, elan üzrə 42 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 354 (A növündə 50 vakant vəzifə üzrə 51 yer, B növündə 304 vakant vəzifə üzrə 457 yer) vakant vəzifə müsahibəyə çıxarılıb. […]

İncəsənət Universitetində 30 müəllim işdən çıxarıldı -SİYAHI

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən müəllimlər kütləvi şəkildə işdən azad edilir. Mektebgushesi.az BakuPost-a istinadən xəbər verir ki, müəllimlər incidilərək, öz ərizələri ilə universitetdən getməyə məcbur edilib. İşdən çıxarılanların siyahısını təqdim edirik: Xalq artistləri: Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Əməkdar müəllimlər: Ənvər Quliyev, Əzizağa Quliyev, Əməkdar artistlər: Ötkəm İsgəndərov, Nadir Xasıyev, elmlər doktoru, dosent Fərhunə Atakişiyeva. Müəllimlər: […]

Peşə məktəblərində işləmək istəyənlər üçün sənəd qəbulu davam edir

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənəd qəbulu davam edir. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a bildirilib ki, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid […]

Paytaxtın ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub

Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, müəllimlər, sabiq məzunlar, valideynlər, şagirdlər, tanınmış təhsil və incəsənət xadimləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul […]

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi portalında və bu məqsədlə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılıb. meektebgushesi.az xəbər verir ki, sorğuların qəbulu oktyabrın 15-dən davam etdiriləcək.    Bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46 mindən çox müraciət daxil olub.  Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn […]

Bu il 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 525 min 16 şagird təhsil alacaq. Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şagirdlərdən 714 min 259-u qız, 810 min 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 min 234, IX sinfində 122 min 43, […]

Azərbaycanda yeni dərs ili başlayıb

Azərbaycanda 2019/2020-ci tədris ili başlayıb.  Mektebgushesi.az xəbər verir ki, sentyabrın 16-da ölkənin bütün orta və ali məktəblərində dərslərə start verilib. Ümumtəhsil müəssisələrində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə – mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.  Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil […]

Bu il Bakı şəhəri üzrə 14 məzun məktəbi qızıl medalla bitirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 930 müəllim çalışır. İdarədən Mektebgushesi.az -a verilən məlumata görə, Bakı şəhəri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1442 vakansiya təqdim olunub. Bakı şəhəri üzrə 271 məktəbdə 962 Məktəbəhazırlıq qrupu yaradılıb. 24 mindən çox 5 yaşlı uşaq qeydiyyatdan keçib. Bu, proqnozun 60 faizindən […]

Bu gün Azərbaycanda Bilik Günüdür

Mektebgushesi.az  xəbər verir ki, bu ilki Bilik Günü bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-da başlayacaq. 2019-2020-ci tədris ilində orta məktəblərdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird oxuyacaq.  Ölkənin ümumi təhsil müəssisələrinin I sinifində 164 […]

Almaniyada doktorantura səviyyəsində təqaüd proqramı elan olunub

2020-2021-ci tədris ili üzrə Almaniyada doktorantura səviyyəsində Berlin Müsəlman Mədəniyyətləri və Cəmiyyətləri Ali Məktəbinin təqaüd proqramı elan olunub. Təqaüd proqramına sənəd vermək istəyən şəxslər cari ilin oktyabrın 7-dək http://www.bgsmcs.fu-berlin.de/en/announcements/201908_Call-for-Applications-2020.html  səhifəsinə müraciət edə bilərlər. Tədqiqat müddəti 3 ildir.

Bu il universitetə qəbul olunan yüzlərlə gənc ali təhsildən imtina edib – RƏQƏMLƏR

Bu il ali məktəbələrə qəbul olunmuş 1-ci kurs tələbələrinin qeydiyyatı artıq başa çatıb. Heç şübhəsiz ki, bu ildə hansısa səbbələrdən qəbul olunduğu nail məktəbdən imtina edən gənclər olub. Mektebgushesi.az xəbər verir ki, Modern.az saytı ali məktəblərə qəbul olunub, lakin qeydiyyatdan keçməyən – başqa sözlə ali təhsildən imtina edən – tələbələrin sayını öyrənmək üçün univeritetlərlə əlaqə […]

Gənc alimlər III respublika innovasiya müsabiqəsi barədə məlumatlandırılıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə III respublika innovasiya müsabiqəsinin təşviqi məqsədilə maarifləndirici tədbir keçirilib. Müsabiqə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialı […]

Qaxda gürcü dillində yeni məktəb binası istifadəyə verilib

Azərbaycanın Qax rayonunun Əlibəyli kəndində gürcüdilli məktəb üçün inşa olunan yeni bina istifadəyə verilib. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Əlibəyli kənd orta məktəbinin 160 şagirdi yeni 2019-2020-ci tədris ilinə müasir standartlara cavab verən məktəbdə başlayacaq. Məlumatda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət başçısının ehtiyat fondundan məktəb üçün yeni binanın inşası üçün […]