Mektebgushesi

Azərbaycanlı məktəbli bu uğuruna görə dünya ikincisi oldu

Azərbaycanlı məktəbli dünya ikincisi olub. Mektebgushesi.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi Kənan Arzumanov Yaponiyada “Sənin xəyalının avtomobili-2019” adlı Dünya Uşaq Rəsm Müsabiqəsində bu uğura imza atıb. Müsabiqəyə 86 ölkə üzrə 100 minə yaxın rəsm işi təqdim olunub. Onların arasından 30 ən yaxşı sənət əsəri seçilib.

Dövlət qulluğu vəzifələri üzrə müsahibədə 250 nəfər uğur qazanıb

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 6 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (6 vəzifə) və B (337 vəzifə) növünə aid olan 343 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 1-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir. Mektebgushesi.az DİM-in saytına istinadla xəbər verir ki, müsabiqənin müsahibə mərhələsində […]

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb. Mektebgushesi.az xəbər verir ki, bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizədin iştirakı nəzərdə tutulur. Sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək […]

XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində XIII Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək. Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir. “Caspian Event Organisers (CEO)” şirkətindən AZƏRTAC-a bildirilib ki, sərgiyə, həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəstək göstərir. Sərginin […]

Təhsil Nazirliyi peşə məktəblərində işləmək istəyənlərə müraciət edib

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsinə sənəd qəbulu sentyabrın 20-dək davam edəcək. Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq […]

Liberiyada məktəbdə yanğın olub, 30 şagird ölüb

Liberiyada məktəblərdən birində baş verən yanğın nəticəsində 30 şagird ölüb. “Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. Ölənlərin sayının artacağı istisna olunmur.  Hadisənin səbəbi hələlik məlum deyil. 

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

Bu ilin oktyabr ayından 32 bölgədə daha 250 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyətə başlayacaq. Təhsil Nazirliyindən Mektebgushesi.az -a verilən məlumata görə, 2019-2020-ci tədris ili üzrə icma əsaslı məktəbəqədər təhsil qruplarında 6400 uşağın təlimə cəlbi nəzərdə tutulur. 20 nəfər üçün nəzərdə tutulan qruplarda məşğələlər həftədə 4 dəfə, 2-2.5 saat olmaqla keçirilir. Qruplarda tədrisi aparan təlimçilər […]

Texniki Universitetdə kadr dəyişikliyi olub

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev özünə iki müşavir təyin edib. Mektebgushesi.az Unikal.org-a istinadən məlumat verir ki, V.Vəliyevin əmri ilə, Nigar Sultanova ATU rektorunun Beynəlxalq Əlaqələr üzrə, Malik Mehdiyev isə İqtisadiyyat üzrə müşaviri təyin edilib.  Rektorun digər əmri ilə, Zəkay Şayev Tədris Hissəsinin müdiri vəzifəsindən azad edilərək, Nəqliyyat fakültəsinə müvəqqəti dekan təyin edilib. Onun yerinə […]

Yeni tədris ili üçün yeni dərsliklər nəşr hüququ alıb

Ötən tədris ilində təhsil müəssisələrində istifadə edilmək üçün nəzərdə tutulan tədris vəsaitlərinin yoxlanılması və onlara qrif (nəşr hüququ) verilməsi prosedurları həyata keçirilib.  Mektebgushesi.az xəbər verir ki, qrif  hüququ  verilmiş təhsil vəsaitlərinin təhsil pillələri üzrə ən çox sayı ali təhsil müəssisələrinə düşür. Belə ki, ali təhsil müəssisələrinin 684 tədris vəsaitinə, ümumtəhsil məktəblərinin 238 tədris vəsaitinə, orta ixtisas […]

Azərbaycanda məktəbini dəyişən şagirdlərin sayı açıqlandı

Təhsil Nazirliyinə şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 56462 müraciət daxil olub. Onlardan 53595 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 2086 sorğu hazırda icra edilir, 781 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib. Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 15-dən […]

Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq

Bu ilin yeni dərs ilindən başlanaraq İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin bütün orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi dərs ilinin başlanmasına həsr olunan müşavirədə deyib. O bildirib ki, fars dili İranda milli birliyin simvolu və ümumi ünsiyyət dilidir. Lakin bununla yanaşı, İranın […]

Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? – DOSYE

Təhsil Nazirliyi Bakı şəhəri, Səbail rayonu Etibar Əliyev adına 162 saylı tam orta məktəbə yeni direktor təyin edib. Mektebgushesi.az Modern.az- a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi məlumatında bildirilib. Məlumata görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə 162 saylı tam orta məktəb Arzu Aslan qızı Nəzərovaya tapşırılıb. Digər məlumata əsasən, Tünzalə Mikayılova Əfqan qızı […]

Universitetlərə qəbul olunanların iki mindən coxu oxumaqdan imtina edib

Universitetlərə qəbul olunanların təxminən 5%-i qeydiyyatdan keçməyib.  Mektebgushesi.az xəbər verir ki bu barədə Bizim yol qəzeti məlumat verib. Məlumatda qeyd olunur ki, 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul olunanların 95%-i qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçiblər.  Ali təhsil müəssisələrinə qəbulun I mərhələsi və boş qalan plan yerlərinə qeydiyyatdan keçənlərin sayı 41.500-ə yaxındır. Xatırladaq ki, müəyyən […]

Folklor İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib

AMEA-nın Folklor İnstitutu Azsaylı xalqların folkloru şöbəsində böyük elmi işçi (1 yer) vəzifəsini tutmaq üçün müsabiqə elan edir. Akademiyadan Mektebgushesi.az-a bildirilib ki, müsabiqədə uyğun ixtisas üzrə iş təcrübəsi olan elmlər və fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlər (direktorun adına ərizə, əmək kitabçasının surəti, diplomların surəti, elmi əsərlərin siyahısı, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi, 3×4 ölçüdə […]

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati-icraçı) aid vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir. 578 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir. Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il 17 sentyabr tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 3-7-ci […]