Mektebgushesi

9 illik bazada kolleclərin boş qalan yerlərinə ixtisas seçimi sabahdan başlayacaq

9 illik bazada kolleclərin boş qalan yerlərinə ixtisas seçimi sabahdan start götürəcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Məlumatda qeyd olunur ki, seçim 27 avqust – 2 sentyabr tarixlərində aparılacaq. Xatırladaq ki, ixtisas seçimi elektron formada internet vasitəsilə həyata keçiriləcək.

Bu gündən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan […]

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı başlayıb

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir. Mektebgushesi.az xəbər verir ki, birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək. Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı isə bu gün başlayıb və sentyabrın 2-də bitəcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən […]

Boş qalan yerlərə qəbul olunanların qeydiyyatı davam edir

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək. Mektebgushesi.az xəbər verir ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı isə sentyabrın 2-də bitəcək. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı başa çatıb. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrlar avqustun 15-dən avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil […]

Peşə təhsili müəssisələrinə qeydiyyat davam edir

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər. -Təhsil haqqında sənədin əsli; -Tibbi arayış; -Şəxsiyyət vəsiqəsi (surəti); -3×4 sm. ölçüdə 4 ədəd fotoşəkil; -Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər); Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci […]

Oğuz Rayon Təhsil Şöbəsinə təzə müdir təyin olunub

Mektebgushesi.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bu vəzifəyə Məcidov Anar Rafiq oğlu təyinat alıb. Qeyd edək ki, A.Məcidov 2013-cü ildən Oğuz şəhəri Emin Abdullayev adına 2 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışıb.(oxu.az)

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə avqustun 30-da keçiriləcək imtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında […]

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbul olunanların qeydiyyatı başlanıb

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların müvafiq təhsil müəssisələrinə qeydiyyatı başlanıb. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar avqustun 23-dən sentyabrın 2-dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas […]

Abituriyentlərin nəzərinə!

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Qeydiyyat tarixlərini bir daha təqdim edirik. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək. Ali təhsil […]

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatır. Təhsil Nazirliyindən Mektebgushesi.az-a verilən məlumata görə, avqustun 19-da start verilən müsahibə mərhələsi avqustun 23-dək davam edəcək. Avqustun 19, 20 və 21-də müsahibə mərhələsində 1976 namizəd iştirak edib. Ümumilikdə  müsahibə mərhələsində  vakant yer tutmuş 3728 nəfərin iştirakı nəzərdə tutulub. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji […]

Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilmir

İşğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəblərə şagirdlərin yerdəyişməsi aşağıda qeyd olunan qaydada həyata keçirilir: -Valideyn (digər qanuni nümayəndə) övladının işğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəbə (bundan sonra – məcburi köçkün məktəbi) yerdəyişməsi üçün sorğu yerləşdirərkən elektron sistem vasitəsilə onun məcburi köçkün olması yoxlanılır. Təhsil Nazirliyindən Mektebgushesi.az -a […]

Bakalavrların nəzərinə: Qeydiyyat başa çatır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların müvafiq təhsil müəssisələrində qeydiyyatı davam edir. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, bakalavrlar avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar […]

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Avqustun 21-dən Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb. Müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək. Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək. Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə […]

Müəllimlər üçün müsahibə mərhələsi davam edir

Avqustun 22-də müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində coğrafiya, fizika, fiziki tərbiyə və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edir. Müsahibədə 760 namizədin iştirakı gözlənilir. Ötən gün keçirilən müsahibələrə 641 namizəd qatılıb. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini […]