Mektebgushesi

Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində (DİM) yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair keçiriləcək hazırlıq kurslarına qeydiyyat aparılır. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar […]

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlanır

Bu gündən peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlanır. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər avqustun 22-dən 27-dək təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər. Xatırladaq […]

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən mektebgushesi.az -a bildirilib ki, avqustun 5-dən 20-dək keçirilən birinci mərhələdə 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub. Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə […]

Yeddi ali təhsil müəssisəsində plan yerləri 100 faiz dolub

Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 faiz, 20 ali təhsil müəssisəsində 90 faizdən, 9 ali təhsil müəssisəsində isə 80 faizdən çox dolub. Mektebgushesi.az xəbər verir ki, bu məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bu gün təqdim etdiyi statistik göstəricilərdə (II mərhələdən sonra) yer alıb. Ümumiyyətlə, […]

1232 nəfər subbakalavr boş qalan plan yerlərinə qəbul olub

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1232 nəfər subbakalavr qəbul olub. DİM -in Məlumatında qeyd olunur ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16.515 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  1359 nəfər (o […]

Dövlət qulluğuna iddialılar üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 30 avqust tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi […]

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildiriblər ki, müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək. Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək. Qeyd edək ki, bu il iyulun 13-dən 19-dək dövlət […]

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

Azərbaycan Dillər Universitetinin (ADU) Əlavə təhsil və təcrübə fakültəsi 2019/2020-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə tələbə qəbulu elan edir Tələb olunan sənədlər: · rektorun adına ərizə; · diplom və əlavəsinin surəti; · şəxsiyyət vəsiqəsinin surəti; · 3×4 sm ölçüdə 2 ədəd fotoşəkil; […]

Ali məktəblərin boş qalan yerlərinə 1359 nəfər qəbul olunub

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16515 şəxs ixtisas seçimi edib. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a verilən xəbərə görə, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr), tam orta orta təhsil bazasında […]

Gənc müğənnidən ibratamiz addım -Attestatı əlindən alınan Orxanın təhsilhaqqını ödəyəcək

Müğənni Mehin Hümbətova Orxan Bağırzadənin təhsilhaqqını ödəyəcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə Orxan Bağırzadə AzEdu.az-a açıqlaması zamanı məlumat verib. Orxan  sosial şəbəkələrdə yayılan məlumatı təsdiqləyərək sabah Mehin Hümbətovayla görüşəcəyini bildirib: “Təxminən iki saat əvvəl Mehin xanım mənimlə əlaqə saxlayıb, təhsilhaqqımı ödəmək istədiyini dedi. Bu xəbər məni çox sevindirdi. Onunla sabah görüşəcəyik”. Xatırladaq ki, ötən […]

Paytaxtda məktəbli yarmarkaları açıldı

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.  Yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti  tərəfindən təşkil edilib. Yarmarka çadırları Bakı metropolitenin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb. Yarmarka […]

Boş qalan plan yerlərinə ixtisas seçiminin nəticələri elan olundu

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Mektebgushesi.az xəbər verir ki, abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna “9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər. Nəticələr yaxın zamanda Dövlət İmtahan Mərkəzinin (DİM) saytında da yerləşdiriləcək.

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sualları cavablandırdı

Təhsil Nazirliyi şagirdlərin elektron yerdəyişməsi ilə bağlı suallara aydınlıq gətirib. Mektebgushesi.az sual-cavabı təqdim edir: Şagirdlərin elektron yerdəyişmə prosesi hansı mərhələlərdən ibarətdir? Bu proses valideynin elektron sorğu yerləşdirməsi, sorğunun məktəb tərəfindən təsdiq olunması və valideyn tərəfindən çıxma əmrinin məktəbdən götürülərək yeni məktəbə təqdim olunması mərhələlərindən ibarətdir. Elektron yerdəyişmə üçün hansı sənədlər tələb olunur? Azərbaycan Respublikasının vətəndaşları […]

Gənclər Fondunun dəstəyilə xaricdə təhsil alacaq tələbələrin adları açıqlandı – SİYAHI

Azərbaycan Respublikasının Gənclər Fondu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə 23 may – 23 iyun 2019-cu il tarixlərində Müsabiqə elan edib. Mektebgushesi.az AzEdu.az -a istinadən xəbər verir ki, Fondun müəyyən etdiyi qaydalara uyğun olaraq müraciət edən, qəbul olduğu ali təhsil müəssisəsi Fondun təqdim etdiyi universitet siyahısında və  ixtisası prioritet ixtisaslar […]

Ali təhsil müəssisələrinə və kolleclərə ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. Mektebgushesi.az -ın Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarla yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə biliblər. Ali təhsil […]