Mektebgushesi

Lerikdə qapısı qıfıllanan məktəblə bağlı araşdırma aparılır – RƏSMİ

Lerik rayonun Loda kəndində tikilmiş modul tipli məktəbin binası podratçı ilə mübahisələrə görə bağlı qaldığı bildirilir. Məlumata görə, uşaqlar artıq ikinci dərs ilidir ki, oxumaq üçün yeni məktəbə gedə bilmirlər. Qeyd olunur ki, dövlət maliyyə dəstəyi ilə 2020-ci ildə kənddə modul tipli orta məktəb binası tikilib. İşlər başa çatdıqdan sonra tikintidə çalışmış işçilərə xeyli borc yığılıb. […]

Bakı məktəblərində rəqəmsal summativ qiymətləndirmələr keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmələr keçirilir. Rəqəmsal summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə aparılır. Sualların tərtib olunması və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən həyata keçirilir. Şagirdlər nəticələri barədə yerində məlumat əldə edirlər. Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə Azərbaycan Respublikası Elm və […]

Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilən məktəb mərhələsində VIII-XI sinif şagirdləri iştirak edib. Məktəb mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınayıblar. İlk turda yaxşı […]

Yaponiya səfiri Astarada məktəb açılışında iştirak edib

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Astara rayonuna səfər edib. “Report”un cənub bürosunun məlumatına görə, səfir Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Deqadi kənd ümumi orta məktəbi üçün inşa edilən əlavə korpusun açılışında iştirak edib. Qeyd olunub ki, layihədə əsas məqsəd kənd məktəbinin ərazisində 144 nəfər şagirdin təhsil […]

“Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. Mektebgushesi.az xəbər verir ki, yeni qaydalara əsasən valideyn-məktəb münasibətləri  aşağıdakı kimi tənzimlənir. Müəyyən olunmuş vaxtda övladının təhlükəsiz şəkildə məktəbə gəlməsini və məktəbdən evə qayıtmasını, övladının məktəbə tam məktəbli formasında və lazımi dərs ləvazimatları ilə gəlməsini təmin etməli Şifahi və […]

Məktəbdə şagirdlərin telefondan istifadə edəcəkləri hal müəyyənləşir

Məktəbdə şagirdlərin telefondan istifadə edəcəkləri hal müəyyənləşir. Mektebgushesi.az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” layihəsində öz əksini tapıb. Qaydalarda bildirilir ki, əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından (telefon, planşet və s. – red.) istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və […]

“Məktəbli kitabçası”nda şagirdlərə qiymət yazılmır? – AÇIQLAMA + FOTO

Sosial şəbəkələrdə şagirdlərin qiymətləndirməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, şagirdin aldığı qiymətlə bağlı “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılmayacaq. Məsələ barədə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumat işçi görüşdə səslənmiş mövcud qaydanın təhrif olunmuş formasıdır: “Bildiririk ki, təhsilalanların məktəbdaxili qiymətləndirilməsi “Ümumi təhsil pilləsində […]

Müəllimlik ixtisasını seçənlərə hansı şərtlər daxilində əlavə 100 manat verilir?

“Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2015-ci ildən etibarən yüksək bal toplayıb müəllimlik ixtisasını seçən abituriyentlərə 100 manat əlavə təqaüd verilir. Lakin bu vəsaitin tələbələrə hansı şərtlər əsasında verildiyi, gələcəkdə müəllimlik peşəsinə yiyələnən şəxslərin müəllim işləmək kimi bir məcburiyyətinin olub-olmadığı bəlli deyil. Bəziləri həmin məbləğin abituriyentləri müəllimliyə həvəsləndirmək məqsədi daşıdığını bildirir”. Elm və Təhsil […]

Məktəbəhazırlıq qruplarında dərs prosesi başlayır

Bu gündən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi başlayır. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd edək ki, oktyabrın 1-i və 2-si şənbə-bazar gününə təsadüf etdiyindən məktəbəhazırlıq qruplarında tədris prosesinin başlamasının tarixi dəyişib.

“Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsinə start verilib. VIII-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların işğaldan azad olunmuş ərazilərimiz haqqında məlumatlılıq səviyyəsinin artırılması, şagirdlərdə araşdırma, təhlil aparmaq bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda təhsil müəssisələrində Vətən Müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə […]

“Məktəb fəaliyyətinin dəyərləndirilməsi və qiymətləndirilməsi: müasir yanaşmalar” mövzusunda görüş

“Məktəb fəaliyyətinin dəyərləndirilməsi və qiymətləndirilməsi: müasir yanaşmalar” mövzusunda görüş keçirilib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki,Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Ümumi və təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev, Corc Vaşinqton Universitetinin professoru Elizabet Qrant, Avropa Azərbaycan Məktəbinin direktoru, Beynəlxalq Məktəblər Şurası […]

Paytaxt məktəblərində Anım Günü tədbirləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub. Ümumi təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “Dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri, intellektual oyunlar, fləşmob və idman yarışları keçirilib. Qalibiyyət və vətənpərvərlik ruhunda təşkil edilən […]

Prezident Zabuxda orta məktəbin əsaslı təmiri və bərpası ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Mektebgushesi.az xəbər verir ki, sərəncamla Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan […]

Bakıda 263 nömrəli tam orta məktəbin açılışı olub – FOTO

Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin əsaslı tikinti-təmirdən sonra açılışı olub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə məktəbin köhnə binası sökülərək yeni kompleks (idman və akt zalı ilə) inşa edilib. Məktəb kompleksinin direktoru Nurqələm Bayramova bildirib ki, əvvəlki bina 1 176 şagirdlik yer idi və məktəbdə 1 700-ə yaxın şagird oxuduğundan sıxlıq yaranmışdı: […]

Modul tipli təhsil müəssisələrinin quraşdırılması haqqında sərəncam imzalanıb -SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb. Mektebgushesi.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait […]