Mektebgushesi

Masazır kənd 6 nömrəli tam orta məktəbin açılışı olub

  Sentyabrın 14-də Abşeron rayonu Masazır kənd 6 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar yeni tikilmiş məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, sözügedən məktəb […]

Oruc Mustafayev – Məktəbi necə uğurlu edə bilərik…

Məktəb öz PR-nı necə qura bilər? Və yaxud niyə də qurmasın… Müasir dünyamızın başlıca reallıqlarından biri kommunikasiyaların misilsiz dərəcədə inkişafıdır. Cəmiyyətin müxtəlif subyektləri arasında ünsiyyətin getdikcə genişlənməsi, həyatın mənzərəsini dəyişir. Təkcə birgəyaşayış şərtlərində deyil, insanların şüurunda da böyük dəyişikliklər yaranır. Bu isə kommunikasiya proseslərində düzgün, çevik və məqsədyönlü iştirak ehtiyacını aktuallaşdırır. İctimaiyyətlə əlaqələrin peşəkar şəkildə […]

BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 484 731 şagird təhsil alacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 484 731 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 200, IX sinfində 37 987, X sinfində 26 898, XI sinfində 25 551, XII sinfində 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 35 722 uşağın, ümumi təhsil […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbli formalarının alınması barədə açıqlama verib

2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər. Məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına […]

Ümumi təhsil müəssisələrində müsabiqənin müsahibə mərhələsinin vaxtı bəlli olub

Sentyabrın 13-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, müsahibənin vaxtı və yeri barədə namizədlərə sms vasitəsilə məlumat verilib. Müsabiqənin müsahibə mərhələsində namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri yoxlanılacaq. Müsahibə […]

Bu sinfin bütün şagirdləri ali məktəbə qəbul olunub

Bakının Sabunçu rayonunda yerləşən 90 nömrəli məktəbin 11A sinfini bitirən bütün məzunlar bu il ali məktəbə qəbul olunublar. “Qafqazinfo” xəbər verir ki, sinfin 15 məzunu qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb. Qeyd edək ki, bu il sözügedən məktəbin 23 şagirdi qəbul imtahanında 400 baldan yuxarı nəticə göstərib.

Şagirdlərin elektron yerdəyişməsi davam edir  

2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir. mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək. Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, “sy.edu.az” elektron sistemi II-IX […]

I sinfə qəbulla bağlı 45 930 elektron müraciət daxil olub

Avqustun 26-na (saat 17:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 45 930 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib. Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 8 124 elektron müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1 549-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1 258-i onlayn Alternativ qeydiyyat […]

Birinci sinfə qəbul imtahanı ləğv edilə bilərmi?

Elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin birinci sinfinə şagird qəbulu imtahanlarının ləğv edilməsi fikirlərinə münasibət bildirib. Mektebgushesi.az -ın məlumatına görə, o, bu gün keçirdiyi brifinqdə bəzi məktəblərdə ibtidai siniflər üzrə yerlərin az, istəyin isə çox olduğunu söyləyib. Nazir deyib ki, bu səbəbdən həmin məktəblərə qəbul üçün müəyyən şərtlər var: “Əvvəl bir çox məktəblərdə […]

Fazil Mustafa: Təhsilin keyfiyyətinə diqqət yetirmək lazım, formasına deyil

“Bu gün əksər vətəndaşların məktəblə birbaşa əlaqəsi var. Onların da ən yaralı yeri dərsliklər və məktəbli paltarıdır. Heç nəyi gizlətmək lazım deyil, həm dərslik nəşri, həm də məktəbli paltarı ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır. Ona görə də hər vasitə ilə min hoqqa çıxarırlar ki, vətəndaşdan pul qoparsınlar. Dərslik pulsuz verilir, nə olsun? Üzərində on-on beş yardımçı […]

lisey və gimnaziyalara sənəd qəbulu davam edir

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçirilən lisey və gimnaziyalara sənəd qəbulu davam edir. Bu barədə Mektebgushesi.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, bu mərhələdə lisey seçimi edib qəbul olunan və qəbul olunduğu liseyi təsdiqləyən şagirdlərin sorğusu avtomatik olaraq yaradılacaq. Qeyd edək ki, sənəd qəbulu avqustun 17-dək davam edəcək. Valideynlər “Şəxsi kabinet”də sorğular bölməsinə daxil olaraq […]

Şagirdlərin yerdəyişməsi prosesi davam edir

2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək. Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər. Aşağıda adları qeyd edilmiş ümumtəhsil müəssisələrinin II-XI siniflərində yaranmış […]

Sertifikatlaşdırmaya dair görüş keçirilib

  Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib. Paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə Təhsil İnstitutunun Metodiki Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Bakı Avropa Liseyinin ibtidai sinif müəllimləri Pərvinə Qədimova, Ülkər Mirzəyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və ibtidai sinif müəllimləri iştirak ediblər. […]

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 22 namizəd iştirak edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb. İşə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 6 namizəd, həmçinin ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid […]

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır. Təhsil Nazirliyindən Mektebgushesi.az-a verilən xəbərə görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilir. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun […]