Mektebgushesi

lisey və gimnaziyalara sənəd qəbulu başlayıb

 Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçirilən lisey və gimnaziyalara sənəd qəbulu başlayıb. Bu barədə  Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, bu mərhələdə lisey seçimi edib qəbul olunan və qəbul olunduğu liseyi təsdiqləyən şagirdlərin sorğusu avtomatik olaraq yaradılacaq. Qeyd edək ki, sənəd qəbulu avqustun 17-dək davam edəcək. Valideynlər “Şəxsi kabinet”də sorğular bölməsinə daxil olaraq prosesin ardıcıllığını […]

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir. İşə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 6 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Həmçinin ötən il direktorların işə qəbulu […]

Şagirdlərin yerdəyişməsinə start verilib

2022-2023-cü tədris ili üzrə II-IX və XI siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib. Elm və Təhsil Nazirliyindən  Mektebgushesi.az -a bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər sentyabrın 9-u saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi […]

Şagird yerdəyişməsinə start verilir

Avqustun 4-dən 2022-2023-cü tədris ili üzrə şagird yerdəyişməsi prosesinə start veriləcək. Bu barədə Təhsil Nazirliyindən xəbər verilib. Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Elektron sistem II-IX və XI siniflər üçün 4 avqust saat 11:00, X siniflər üçün isə 15 avqust saat 11:00-dan etibarən aktivləşdiriləcək. Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi […]

Bu il Azərbaycanda 13 uşaq qərəzli şəkildə təhsildən yayındırılıb

İl ərzində qərəzli şəkildə təhsildən yayındırılan 13 uşaq müəyyən edilib. Mektebgushesi.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova “İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Dövlət Komitəsi həmin məsələləri araşdırıb: “Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq […]

Paytaxt üzrə 69 layihə qalib olub

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində paytaxt üzrə 69 layihə qalib olub. Onlardan 24-ü ümumi təhsil müəssisələri kateqoriyası, 45-i isə fərdi layihələr kateqoriyası üzrə fərqlənib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrindən 143, 232, 271, 37, 53, 96, 194, 82, 302, 72, 214, 158, 229, 7, 27, 61, 182, […]

“Gənc istedadlar” liseyiin 9 şagirdi qızıl və gümüş medala layiq görülüb

Təhsil naziri Emin Əmrullayev Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında əmr imzalayıb. Əmrə əsasən, 136 şagird qızıl, 79 şagird isə gümüş nişana layiq görülüb. Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş medalla təltif olunub. Liseyin şagirdləri Nəriman Şirinli, Rəfsan Həbibullayev, […]

I sinfə qəbulla bağlı 43 931 elektron müraciət daxil olub

İyulun 22-nə (saat 12:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 931 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib. Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən 7 004 elektron müraciət daxil olub. Müraciətlərdən 1 349-u məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 1 358-i onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp”müraciətləri), 4 297-si […]

“Məktəb hesabatları”nın dinlənilməsi başa çatıb – FOTOLAR

2021-2022-ci tədris ili üzrə “Məktəb hesabatları”nın dinlənilməsinin növbəti sessiyaları Xətai, Suraxanı, Nizami, Xəzər, Pirallahı və Sabunçu rayonlarının ümumi təhsil məktəblərini əhatə edib. Dinləmələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ümumi sektorun müdiri […]

“Məktəb hesabatları”nın dinlənilməsinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb hesabatları”nın dinlənilməsinə start verilib. “Məktəb hesabatları”nın dinlənilməsi ilk olaraq Nəsimi, Binəqədi və Nərimanov rayonlarının ümumi təhsil məktəblərini əhatə edib. Dinləmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, […]

Lənkəranda “Yay məktəbi” çərçivəsində festival keçirilib

İyunun 23-də Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Lənkəran məktəblilərinin yay festivalı keçirilib. “Yay məktəbi” layihəsi çərçivəsində baş tutan festival Lənkəran Peşə Liseyinin “Peşə vadisi” və “Carnaval” otelinin ərazisində təşkil edilib. Festivalda Lənkəran və Astara üzrə ümumtəhsil məktəblərindən 1000-ə yaxın  şagird, valideyn və müəllimlər, eyni zamanda […]

Şirvan-Salyan Regional Təhsil İdarəsi 36 məktəb üzrə direktor vəzifəsinə işə qəbul elan edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi məktəb direktoru vəzifəsinə işə qəbul  üzrə müsabiqə elan edib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, iyunun 24-dən Şirvan Salyan Regional Təhsil idarəsi üzrə şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlayır. Müsbiqədə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar, Hacıqabul, Neftçala, […]

Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşavirləri Elnur Nəsibov və Rüstəm Ağayev, BANM-ın rektoru Elmar Qasımov, Təhsil Nazirliyi yanında İctimai Şuranın […]

Bakı üzrə 307 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik akademiya”lar fəaliyyət göstərir. BŞTİ-nin mətbuat xidmətindən  bildirilib ki, 2021-2022-ci tədris ilində Bakı üzrə “Kiçik akademiya”lara 10 mindən artıq şagird cəlb olunub. Həmçinin Bakı şəhəri üzrə “Kiçik akademiya”ların saytı yaradılıb. Qeyd edək ki, “Kiçik akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq […]