Mektebgushesi

Lisey və gimnaziyalara qəbul imtahanlarına başlanılıb

  İyunun 17-dən ölkə üzrə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib. Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, imtahanlar iyunun 18, 19 və 20-də davam edəcək. Qəbul imtahanlarında 20 minə yaxın şagirdin iştirakı gözlənilir. IV-VIII sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və Şəki şəhərləri, Quba, Şəmkir, Oğuz, […]

Paytaxt təhsili 2021-2022-ci tədris ilində – FOTO

2021-2022-ci tədris ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün tədrisdə keyfiyyət və davamlılığı təmin etmək, yeni dövrün çağırışlarından irəli gələn tələbləri yerinə yetirmək istiqamətində görülən işlər, həmçinin bir sıra nailiyyətlər, yeniliklərlə zəngin təhsil ili kimi yaddaqalan oldu. 2021-2022-ci tədris ili pandemiya səbəbindən distant formada təşkil olunan tədrisdən ənənəvi təhsilə qayıdış dövrü, Zəfər tarixinin Azərbaycan […]

Paytaxt məktəbliləri 2021-2022-ci tədris ilində idman sahəsində 561 medal qazanıb

2021-2022-ci tədris ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 253 qızıl, 112 gümüş, 196 bürünc olmaqla, ümumilikdə 561 medal əldə ediblər. Bu barədə Mektebgushesi.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 82 nömrəli tam orta məktəbin şagirdi Kamran Kazımov Serbiyada keçirilən dünya çempionatında karate idman növü üzrə […]

Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 152 nömrəli tam orta məktəbdən bir abituriyentinin belə ali təhsil müəssisəsinə qəbul olunmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-2022-ci tədris ilindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 152 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb. Belə ki, təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli […]

İctimai Şura üzvləri  “Məktəbdə…” layihəsində

“Məktəbdə…” layihəsi çərçivəsində növbəti görüş paytaxtdakı 12 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonaqları Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, sədr müavini  Gülməmməd Məmmədov, katibi Rüfət Əsədzadə və Şura üzvü Pərvanə Məmmədova olub. Təhsil Nazirliyi […]

“TEKNOFEST Azərbaycan”da Bakı məktəblilərindən maraqlı layihələr

  Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında paytaxt məktəbliləri uğurlu nəticə göstəriblər. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri maraqlı layihələrlə çıxış ediblər. “TEKNOFEST Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində paytaxtdakı 81 nömrəli […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 15 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

  2021-2022-ci tədris ilində paytaxtdakı 15 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, peşə təmayüllü siniflər BŞTİ-nin tabeliyindəki 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərir. Bu siniflərin […]

BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 58 739 şagird bitirir

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 100, XI siniflərini 23 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir. Paytaxtda 46 470 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 470 517 şagird təhsil alıb. BŞTİ-nin […]

Məktəblərin IV siniflərində monitorinq keçiriləcək

  İyunun 7-də Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunacaq. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagird nailiyyətlərinin yaxşılaşdırılması, 4-cü sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil […]

“Təbiəti qoruyanlar” layihəsi davam edir

Ümumi təhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsi davam edir. Layihə çərçivəsində məktəb həyəti yaşıllaşdırılır və kiçik ölçülü oranjereya yaradılır. Həmçinin “Təbiətimizi qoruyaq” adlı maarifləndirici tamaşalar (səhnəciklər) hazırlanır, Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı tədbirlər, ekoloji kurslar təşkil olunur, “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçirilir. Bundan əlavə, ekoloji guşələr, “Məktəbli bostanı” və “Yaşıl sinif”lər  yaradılır. Qeyd edək […]

“İdrak” liseyində “Əziz Şuşa, sən azadsan!” məktəblərarası yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyunun 4-də “İdrak” liseyində “Əziz Şuşa, sən azadsan!” məktəblərarası yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən “İdrak” liseyinin təsisçisi pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu xatırladıb, məktəblərarası yaradıcılıq müsabiqəsinin bu mühüm sənədin icrasına əsasən keçirildiyini söyləyib. Müsabiqənin əhəmiyyətindən […]

Paytaxt məktəblərində “Ailəm və məktəbim” layihəsi davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Ailəm və məktəbim” layihəsi davam edir. Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarlar, “Hər şey övladımız üçün” başlığı altında tədbirlər təşkil olunur. Eyni zamanda “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi, valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüş və sorğular keçirilir. Valideynlərin ixtisaslarına, iş sahələrinə uyğun […]

“Zəfər tarixi” konfransları keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Zəfər tarixi” konfransları keçirilir. Konfranslarda BŞTİ-nin nümayəndələri, şəhid ailələri, ziyalılar, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlər iştirak edirlər. Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfranslarda öncə Qarabağa, Şuşaya həsr olunan […]

BŞTİ Çilov adasındakı 131 nömrəli tam orta məktəbə səfər təşkil edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Çilov adasındakı 131 nömrəli tam orta məktəbə səfər təşkil edib. Səfərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və ölkənin bir qrup KİV-nin təmsilçiləri iştirak ediblər. Səfərin məqsədi 131 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olmaq,  müəllim, şagird və valideynlərlə görüşlərin təşkili, təhsil müəssisəsinin perspektiv inkişaf […]

Xalq yazıçısı  “Məktəbdə…” şagirdlərlə görüşüb

“Məktəbdə…” layihəsi çərçivəsində növbəti görüş paytaxtın Ramana qəsəbəsində yerləşən 198 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin I katibi, publisist Çingiz Abdullayev olub. Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə Ç.Abdullayev məktəb həyatında […]