“Məktəbdə…” layihəsi çərçivəsində növbəti görüş paytaxtın Ramana qəsəbəsində yerləşən 198 nömrəli tam orta məktəbdə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin I katibi, publisist Çingiz Abdullayev olub.

Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə Ç.Abdullayev məktəb həyatında yadda qalan hadisələrdən, sevimli müəllimlərindən söz açıb, mütaliənin üstünlükləri, vaxtın düzgün idarə olunması, mənəvi keyfiyyətlərin insan taleyindəki rolundan danışıb. Qonaq məktəblilərə gələcək təhsil pillələri və müstəqil həyat yollarında diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb.

Məktəblilərlə görüş Baku TV onlayn televiziyası və AzEdu Təhsil Portalı tərəfindən də işıqlandırılıb.

Qeyd edək ki, “Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Bənzər yazılar