İl ərzində qərəzli şəkildə təhsildən yayındırılan 13 uşaq müəyyən edilib.

Mektebgushesi.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova “İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Dövlət Komitəsi həmin məsələləri araşdırıb: “Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür. 2018-ci ildən repatriasiya olunan uşaqlarla bağlı da 3 aydan bir monitorinqlər aparılır. Elə uşaqlar da var ki, əxlaqsız həyat tərzi yaşayır, bəziləri cinsi zorakılığa məruz qalanlardır. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmirlər. Bu, ciddi problemdir”.

Bənzər yazılar