Mektebgushesi

İdarə müdiri 20 Yanvara həsr olunmuş xüsusi dərsləri izləyib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva 20 Yanvara həsr olunmuş xüsusi dərsləri izləyib. Xalqımızın azadlıq mübarizəsinin şanlı mərhələsini şagird və müəllimlərlə müzakirə edən BŞTİ müdiri Mehriban Vəliyeva 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. Mektebgushesi.az xəbər verir ki, 20 Yanvar hadisələrinin tarixindən söz açan İdarə müdiri bu […]

Ucqar dağ kəndində 24 ildir çalışan müəllimə – VİDEO

“Ucqar dağ kəndində müəllimə işləmək mənim üçün şərəfdir” Bu sözləri Qaxın ucqar kəndlərindən biri olan Ağçay kəndində Alman dili müəlliməsi kimi çalışan Lalə Şirinova deyib. O, 24 ildir ki rayon mərkəzindən bu kəndə dərs deməyə gəlir. Daha ətraflı Baku TV-nin süjetində:  

Azərbaycanda təhsil ocağında zorakılıq iddiası: Bu dəfə təsdiqlənmədi

  Abşeronda məktəbdə şagirdin döyülməsi barədə iddia təsdiqini tapmayıb. Oxu.Az-ın araşdırması nəticəsində məlum olub ki, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə 2019-cu ildə baş vermiş narazılıq yeni məlumat kimi bu günlərdə gündəmə gətirilib. Məktəbin müəllimi A.Məmmədova açıqlamasında məlumatın yayılmasında məktəb rəhbərliyini günahlandırıb: “Çünki ondan şikayət etmişəm, etdiyi qanunsuzluqlar üzə çıxıb”. Döyüldüyü iddia edilən şagirdin valideyni […]

Məktəblilər arasında şahmat yarışı keçirilib

Paytaxt məktəbliləri arasında şahmat idman növü üzrə yarış keçirilib. Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə keçirilən yarış Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunub. “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə baş tutan yarışda paytaxtdakı 5, 9, 14, 19 və 211 nömrəli tam orta məktəblərin şahmat həvəskarı şagirdləri mübarizə aparıb. I, […]

Cəlilabadda həyat üçün təhlükəli olan məktəbdə dərs keçilir – FOTO

Cəlilabad rayonunun Moranlı kənd sakinləri övladlarının təhsil aldığı məktəbin qəzalı vəziyyətdə olmasından şikayətlənirlər. Bu barədə kənd sakinləri “Report”a məlumat veriblər. Onların bildirdiyinə görə, məktəbdə 100-ə yaxın şagird təhsil alır: “Məktəbin belə qəzalı vəziyyətdə olması isə burada təhsil alan şagirdlərin həyatı üçün təhlükə yaradır. Həmçinin 50-ə yaxın şagird qonşu kəndlərdə təhsil almağa gedir”. Kənd sakinlərinin sözlərinə […]

Cəmi 4 şagirdi olan məktəb: Müəllimlər təhsil verməkdən imtina edir

İsmayıllı rayonunun Qoydan kəndində yerləşən məktəb şəraitsiz vəziyyətdədir. Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, 1 otaqdan ibarət olan məktəbin cəmi 4 şagirdi var. Şagirdlərə dərs keçən müəllim rayondan kəndə gedib-gəlir. Digər müəllimlər isə yolların bərbad vəziyyətdə olmasına görə təhsil ocağına gəlməkdən imtina edib. Payız və qış aylarında isə şagirdlərin vəziyyəti daha da qəlizləşir. Palçıqlı, qarlı […]

Fənn olimpiadaları üçün qeydiyyat davam edir

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi 22 yanvar 2022-ci il tarixində  keçiriləcək. Mektebgushesi.az xəbər verirki, yanvar ayının 10-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün  qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqlərini yükləyə və çap edə biləcəklər. Proses 15 yanvar saat 18:00-a qədər davam edəcək. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik […]

İstedadlı şagirdlər imtahan verib

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş 13 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib. Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. […]

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır  

12 yanvar saat 18:00 tarixindən etibarən  şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır. Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır. Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

BŞTİ: 84 nömrəli məktəbdə yanğınla əlaqədar bu gün dərslər distant formada davam etdiriləcək

Yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib. Mektebgushesi.az xəbər verir ki, yanğın məktəbin ikinci mərtəbəsində baş verib. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bu gün […]

BTF: Cari tədris ili məktəbli formalarına maraq az olub

Bu tədris ili məktəbli formalarına maraq çox az olub. Çox az sayda valideyn övladlarına məktəbli formaları alıblar. Bu barədə Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Trend-ə açıqlamasında yeni məktəbli geyimləri barədə təkliflər irəli sürdüklərini bildirib. S.Babayeva vurğulayıb ki, mağazalarda lazımi sayda məktəb formaları olub. “Məktəbli formalarının satışı çox aşağı olub. Valideynlər çox az maraq göstərdi. […]

Bakıda məktəbdə yanğın: 80 nəfər təxliyə edildi

Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 kvadratmetr olan otağın döşəməsi 4 kvadratmetr sahədə, 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisindəki əşyalar (divan, kreslo, kompüter, kondisioner) yanıb, yüksək temperaturdan yumşaq mebel dəsti qarsalanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş […]

Məktəb Lisey Kompleksi koronavirusa görə yenidən bağlandı

  Bu gündən Bakıda COVID-19 infeksiyası səbəbi ilə məktəb-lisey fəaliyyətini distant formada davam etdirəcək. Oxu.Az-ın məlumatına görə, Bakı Şəhəri Nərimanov rayonu Gigiyena Epidemioloji Mərkəzi təhsil ocağında tədrisin məsafədən davam etməsini məqsədəuyğun hesab edib. Bakı Şəhəri Məktəb Lisey Kompleksində müəllim və şagirdlər arasında xəstəliyin geniş yayılması səbəbindən əyani tədris prosesi 14 gün müddətində distant tədrislə əvəz […]

“Düşünən oxucu” müsabiqəsinə start verilib

Ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında “Düşünən oxucu” adlı müsabiqəyə start verilib. Məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır. Müsabiqə yerli nəşriyyatlarla əməkdaşlıq çərçivəsində təşkil olunacaq. 3 mərhələdən ibarət olan müsabiqənin məktəb mərhələsi 5 – 21 yanvar tarixlərində ümumi təhsil müəssisələrində, rayon […]