Mektebgushesi

Müsabiqənin final mərhələsi davam edir

“Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin final mərhələsi davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva müəllimlərin növbəti təqdimatını izləyib. Paytaxtdakı 276 nömrəli tam orta məktəbdə təşkil olunmuş final mərhələsində müəllimlər müraciət etdiyi mövzunu Münsiflər heyəti və dinləyicilərə 15 dəqiqəlik interaktiv çıxış formatında təqdim ediblər. Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, yeniliyi, təqdimedilmə forması, istifadə […]

Daha bir məktəb distant tədrisə keçib

  Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Bu barədə Mektebgushesi.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 45 nömrəli tam orta məktəbdə COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 67 nömrəli məktəbdə əyani tədris bərpa olunub

Paytaxtdakı 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mektebgushesi.az-a bildirilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Təhsil Nazirliyi: X sinfə qəbul prosesi sabah yekunlaşır

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi noyabrın 30-u saat 18:00-da yekunlaşacaq. Mektebgushesi.az xəbər verir ki, qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada həyata keçirilir. Əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət […]

“Gələcəyə ümid” layihəsi təqdim olunub

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə “Gələcəyə ümid” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşaviri Elnur Əliyev, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, Səhiyyə Nazirliyinin şöbə müdiri İnara Makayeva, Türkiyə İş Adamları Birliyinin (TÜİB) […]

Xarabalığı xatırladan Cunud kənd məktəbi – VİDEO

Məktəb uşaqların təhsil almaq hüquqlarını təmin edən təhsil ocağı hesab edilir. Amma Şəkinin Cunud kənd tam orta məktəbinin 127 şagirdi bu hüquqdan məhrum olunub. Məktəb binası 1953-cü ildə tikilib və heç vaxt əsaslı təmir olunmayıb. Məktəbin bir korpusu isə 1918-20-ci illərdə inşa edilib. 103 yaşlı bu bina həddindən artıq qəzalı olduğundan ətrafı dəmirlə çəpərlənib. Hazırda […]

Daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda 282 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Mektebgushesi.az xəbər verir ki, məktəbin bir neçə müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Qeyd olunub ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz edilib. Qeyd edək ki, təhsil müəssisələrində […]

Paytaxt məktəblərində Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib. Məktəblilərdə vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, şagirdlərin Vətən Müharibəsində qazandığımız şanlı qələbə və ərazi bütövlüyümüzün bərpası naminə atılmış addımlar haqqında daha geniş məlumatlandırılması, onların azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi məqsədilə Milli Dirçəliş Gününə həsr olunmuş “Dəyirmi masa”, “Açıq […]

Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub

Bakıda koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa edilib. APA-nın xəbərinə görə, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında “Ankara məktəbi” məktəb-liseyi üçün müəyyənləşdirilmiş karantin başa çatıb. Təhsil müəssisəsində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Qeyd edək ki, koronavurusa yoluxan müəllim […]

Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı”

Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir. 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Açıq dərs” və seminarlar təşkil olunur. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının […]

Bakı məktəblərində Dövlət Bayrağı Günü -FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib. Belə ki, təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfrans, ədəbi-bədii gecə, mühazirə, disput və “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də […]

Şagirdlərin öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi məqsədilə məşğələlərə başlanılıb

  Təhsil İnstitutu Təhsil Nazirliyi və UNICEF ilə birgə oktyabr ayından başlayaraq Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy, Beyləqan rayonlarında “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” layihəsi çərçivəsində məşğələlərə start verib. İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, II-VIII sinif şagirdlərinin cəlb olunduğu məşğələlərdə şagirdlər yaş/sinif […]

Paytaxt məktəblərində Zəfər Günü tədbirləri -FOTO

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 8 noyabr-Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunub. Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq […]

Paytaxt məktəbliləri hərbi and içdilər – Zəfər Günü tədbiri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Paytaxtdakı 32 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkili Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Yeni Azərbaycan Partiyasının əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. Hərbi orkestrın ifasında […]

Abşeronda məktəbdə kütləvi yoluxma var?

Abşeron rayonunun Saray qəsəbəsində 1 nömrəli tam orta məktəbdə sanitariya-epidemioloji vəziyyətin sabit olmaması iddia edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Oxu.Az-a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib. Bildirilib ki, məktəbdə koronavirus yayılsa da, dərslər distant formaya keçirilmir. Abşeron Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Saray qəsəbəsi 1 nömrəli tam orta məktəb ilə bağlı iddiaların […]