Mektebgushesi

Paytaxtda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olunub

Martın 30-da paytaxtdakı 102, 248 nömrəli tam orta məktəblərdə və 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub. Bu barədə Mektebgushesi.az –a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Qeyd edək ki, 102 və 248 nömrəli tam […]

Distant təhsilə keçən məktəbdə əyani tədris bərpa olunub

  Bakıda koronavirus infeksiyasına yoluxma halının aşkarlandığına görə fəaliyyətini distant təhsillə davam etdirən 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub. Mektebgushesi.az xəbər verir ki, təhsil müəssisəsinin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) rəyi əsasında müəyyənləşdirilən karantin müddəti bu gündən başa çatıb. Xatırladaq ki, martın 16-da 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin COVID-19 infeksiyasına yoluxmaları […]

“Dərs vaxtı”nın 30 mart cədvəli

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının 30 mart  üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na […]

Paytaxt məktəbində Xarıbülbül yetişdirilir

  Bakı şəhəri 120 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfi Vətən Müharibəsindəki qələbəmizin rəmzinə çevrilmiş Xarıbülbül yetişdirir. Peşə təmayüllü sinfin kənd təsərrüfatı ixtisası üzrə mütəxəssisi Hicran Kərimovanın şagirdlərlə bərabər yetişdirdiyi, əsasən orta dağ qurşağında kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılan Xarıbülbül bitkisi böyük zəhmət hesabına başa gəlib. Çünki Xarıbülbül kök toxumasında müştərək […]

COVID-19-a görə lisey distant təhsilə keçir

Bakıda daha bir təhsil müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçir. Mektebgushesi.az xəbər verir ki, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində oxuyan şagirdlərin valideynlərinə bununla bağlı məlumat verilib. Liseyin direktoru Nasim Abışov isə “Report”a açıqlamasında təhsil ocağında yoluxma faktlarının olduğunu təsdiqləyib: “Hazırda Gigiyena və Epidemiologiya Mərkəzinin karantin müddətinin verilməsi ilə bağlı rəyi gözlənilir”.(Report)

“Dərs vaxtı”nın 29 mart cədvəli

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının 29 mart  üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na […]

Paytaxt məktəbində Xarıbülbül yetişdirilir -FOTO

Bakı şəhəri 120 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfi Vətən Müharibəsindəki qələbəmizin rəmzinə çevrilmiş Xarıbülbül yetişdirib. Mektebgushesi.az xəbər verir ki, bu barədə BŞTİ -nin rəsmisi Başarət Məmmədov Sosial şəbəkədəki hesabinda bildirib: Məktəbin peşə təmayüllü sinfinin şagirdləri və müəllimləri tərəfindən yetişdirilən, əsasən orta dağ qurşağında kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılan Xarıbülbül bitkisi […]

Rusiyada 12 yaşlı məktəbli güllələnib

Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərində fərdi yaşayış evində güllə yarası ilə tapılan 12 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi açılıb. Mektebgushesi.az-ın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında İstintaq Komitəsinin İstintaq Şöbəsinin nümayəndəsi deyib. Onun sözlərinə görə, güllə yarası alan 12 yaşlı oğlan uşağının cəsədi 24 mart, günortadan sonra Oktyabrsk rayonunun […]

Məktəblilərin Novruz sevinci

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlər Novruz bayramı ilə əlaqədar məlumatlandırılıb. Məktəblərdə Novruzun qeyd edilməsinin əsas məqsədi şagirdlərə bayramın tarixi barədə daha dolğun məlumatlar vermək, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına nail olmaqdan ibarətdir. Belə ki, paytaxt məktəblərində “Novruz adətlərimiz”, “Gəl, Novruzum”, “Novruz töhfələri”, “Novruz […]

“Dərs vaxtı”nın 19 mart cədvəli

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının 19 mart  üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na […]

Gələn ildən məktəblərdə monitorinq inspeksiyaları aparılacaq

“Məktəblərdə monitorinq inspeksiyalarının növbəti ildən başlayaraq keçirməyi düşünürük. Hesabatları ictimaiyyətə açıq şəkildə təqdim edəcəyik. Hamı məktəblərdə nə baş verdiyini görməlidir”. Mektebgushesi.az  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. O qeyd edib ki, müşahidələri şəffaf şəkildə paylaşacaqlar. Nazir bildirib ki, direktorlar üçün təlimlərin keçirilməsi də vacib məsələdir.

Nazir X-XI sinif şagirdlərinin məktəbə nə zaman gedəcəyinə aydınlıq gətirib

“X-XI siniflərin dərslərinin məktəbdə əyani formada bərpası pandemiyanın gedişatından asılı olaraq mümkündür. Təbii ki, biz hamının məktəbə getməsini istəyirik”. “Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, Novruz bayramından sonra rəqəmlərə baxılacaq, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləmək lazımdır: “Odur ki, sosial şəbəkələrdə və ya hansısa saytlarda şayiə xarakterli fikirlərə […]

Şəhidlərin övladları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəblərində təhsil alan şəhid övladları ilə onlayn görüş keçirilib. Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, xalq artisti Nurəddin Mehdixanlı, Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları […]

Beyləqan rayonunda orta məktəb binasında yanğın

Beyləqan rayonunda orta məktəb binasında yanğın olub. Bu barədə Mektebgushesi.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon ərazisində yerləşən üçmərtəbəli orta məktəb binasının birinci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paytaxt məktəblərində 196 “Sağlam təhsil” sinfi təşkil edilib

  Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilir. Layihə çərçivəsində 2020-2021-ci tədris ilində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmçinin paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam […]