Mektebgushesi

Daha iki məktəb koronavirusa görə bağlandı

Ağsu rayonunun iki kəndində məktəblər koronavirus infeksiyasına görə bağlanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Ağsu rayon Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, rayonun Dilman və Kalva kənd orta məktəblərində koronavirus infeksiyası aşkarlanıb. Nəticədə hər iki məktəbin fəaliyyəti dayandırılıb, distant təhsilə keçilib.

Məktəblərdə “COVİD-19”-la bağlı vəziyyətə dair məlumat

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 22 fevral – 10 mart tarixlərində ölkə ərazisində 4416 məktəb, 89223 sinifdə qismən ənənəvi tədris təşkil […]

Paytaxtda musiqi məktəbi də koronavirusa görə bağlandı

Bakı şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin distant formada keçirilməsi qərara alınıb. Oxu.Az-ın əldə etdiyi məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər iki həftəlik distant formada davam etdiriləcək. Qeyd edək ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən daha beş məktəb COVID-19-a görə bağlanıb.

Daha bir məktəb koronavirusa görə bağlandı

Gəncədə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib. Mektebgushesi.az xəbər verir ki, sözügedən təhsil ocağında 1 müəllim və 1 texniki işçidə COVİD-19 virusu aşkar edilib. Bu səbəbdən məktəbin 2 həftəlik bağlanmasına qərar verilib.

“Dərs vaxtı”nın 10 mart cədvəli

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının 10 mart  üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na […]

Güclü külək nəticəsində dam örtükləri uçan məktəblərlə bağlı RƏSMİ AÇIQLAMA

Güclü külək nəticəsində paytaxtdakı 278 və 319 nömrəli tam orta məktəblərin dam örtüklərində yaranmış fəsadlar aradan qaldırılır. Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Hər iki məktəbin dam örtüyündə təmir, bərpa və gücləndirmə işlərinə başlanılıb. Tədrisə mane olmamaq və kontingentin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Belə ki, təmir işləri aparılan hissədə uyğun məsafədə […]

Paytaxtda koronavirusa görə bağlanan məktəbdə dərslər bərpa olundu

  Martın 9-da paytaxtdakı 106 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunub. Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Qeyd edək ki, 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1  nəfər direktor müavininin COVİD-19 testi pozitiv […]

“Dərs vaxtı”nın 9 mart cədvəli

  “Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının 9 mart  üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs […]

Respublika fənn olimpiadasının informatika üzrə yarımfinal turu keçirilir

Martın 8-də respublika fənn olimpiadasının informatika üzrə yarımfinal turu keçirilir. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, olimpiada ADA, Bakı Mühəndislik universitetləri, Quba rayonu Alekseyevka kəndi və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 4 mərkəzdə təşkil edilib. Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışında ümumilikdə 160 nəfər şagird iştirak edir. Olimpiadada şagirdlərə həll etmək üçün 5 alqoritmik məsələ […]

Qazaxda köhnə məktəb binası yenisi ilə əvəz olunub – VİDEO

Bu gün regionlarda aparılan tikinti-quruculuq işləri təhsildən də yan keçmir. Yeni məktəblər tikilir, köhnələri isə əsaslı təmir olunur. Artıq 2020-ci ilin əvvəllərindən Heydər Əliyev Fondunun hesabına sözügedən Qazax rayon İkinci Şıxlı kəndində Sarıbəyli tam orta məktəbinin həyətində yeni məktəb binasının tam inşası həyata keçirilib. Baku TV-nin mövzu ilə əlaqədar hazırladığı süjeti təqdim edirik:

Eşitmə çətinliyi olan şagirdlər üçün teledərslərə başlanılır

Martın 10-dan “Dərs vaxtı”nda yuxarı siniflər üzrə eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılır. Bu barədə Mektebgushesi.az-ə Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, bu ilin fevral ayından etibarən “Dərs vaxtı”nda ibtidai siniflər üzrə sözügedən dərslər təqdim edilir.

Bədən Tərbiyəsi və İdman Gününə dair görüş

  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) 5 mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş onlayn görüş keçirilib. Onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, fiziki tərbiyə müəllimləri və 2020-ci ildə idman sahəsində uğur va nailiyyətlərinə görə fərqlənən məktəblilər iştirak edib. Görüşdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva ölkəmizdə idman […]

“Dərs vaxtı”nın 05 mart cədvəli

  “Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının 05 mart  üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs […]

Lənkəranlı məktəbli respublika onlayn mahnı müsabiqəsində üçüncü yeri tutub

  Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Vətən yaxşıdır” devizi ilə keçirilən onlayn respublika mahnı müsabiqəsində Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Allahverən Hüseynzadə uğurla çıxış edib. Bir ay davam edən onlayn mahnı müsabiqəsinin keçirilməsində məqsəd, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadə və onun […]

Paytaxtın məktəb direktorları ilə onlayn görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib. BŞTİ-nin tabeliyindəki məktəblərdə tədrisin təşkili vəziyyəti və cari məsələlərə həsr olunmuş onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər. Görüşdə çıxış edən Mehriban Vəliyeva məktəblərdə qiymətləndirmə, kargüzarlıq və digər məsələlər üzrə monitorinqlərin […]