Mektebgushesi

Məktəblərdə QİÇS-lə Mübarizə Günü qeyd olunub

Paytaxt məktəblərində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirlər keçirilib. Mektebgushesi.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir, konfrans, “Dəyirmi masa” və mühazirələr təşkil edilib. Həmçinin, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, stend və guşələr hazırlanıb. Tədbirlərin təşkilində əsas məqsəd şagirdləri QİÇS, eləcə […]

Lənkəran Dövlət Humanitar Kollecinin TGT–nin könüllüləri şəhid valideynlərini ziyarət etdilər.

1 dekabr 2019-cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin TGT-nin könüllü tələbələri xeyriyyə aksiyasında iştirak ediblər. İlk əvvəl tələbələr Lənkəran şəhərinin mərkəzində ucaldılmış Səhidlər kompleksini ziyarət edib tər gül çiçiəklərini şəhidlərin məzarı üstə düzdülər. Daha sonra Lənkəran rayonunun Boladi, Osaküçə, Girdəni, Hirkan və Mamusta kəndlərindən olan şəhidlərin valideynlərini ziyarət etdilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış […]

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Daşkənddə konfrans təşkil edilib

Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birgə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Mən mülki-cahan, cahan mənəm, mən” adlı konfrans keçirib. AZƏRTAC xəbər verir ki, universitetdəki Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində baş tutan tədbirdə Özbəkistanın şair və yazıçıları, alimlər, […]

Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri “Sitrus Valley” təsərrüfatına ekskurs etdilər

30 noyabr 2019–cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin 2019–2020–ci tədris ilinin sonuncu kurs “Muhasibat uçotu” ixtisasının tələbələri “Strateji yol xəritəsi” ilə bağlı Lənkəran rayonunun İstisu qəsəbəsində sahibkar qadın Rəftarə Şükürovanın “Sitrus Valley” təsərrüfatına gedib yaxından tanış oldular. Təsərrüfatçı xanım ilk öncə sitrus təsərrüfatı haqqında geniş məlumat verdi. Daha sonra təsərrüfatla tanışlıq oldu. Feyxoanın yığımına […]

Ədəbiyyat İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq

Dekabrın 2-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında görkəmli mütəfəkkir, publisist və ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilən elmi sessiya keçiriləcək. AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən reallaşacaq. Elmi sessiyada “Əhməd bəy Ağaoğlu fenomeni”, “Əhməd bəy […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində intellektual bilik yarışması keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində sosial şəbəkədə yaradılmış Kollec İntellektual Oyun Klubunun ( KİOK ) yaradılmasının 2 illiyi münasibətilə Breyn – rinq intellektual bilik yarışması keçirilib. Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədovanın təşkilatçılıgı ilə baş tutan tədbirdə Kollecin 15 komandası iştirak edirdi. Münsiflər heyətində Tədris işləri üzrə direktor müavini Rəvan Məmmədov, Rasim Xəlilov, […]

Müsəlman alimlərinin konfransı panellərlə davam edir

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans panellərlə davam edir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Bakı Yunus Əmrə İnstitutu, Kırıkkale Universiteti və prof. Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondunun “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda birgə keçirdiyi elmi-praktik konfrans öz işini panellərlə davam etdirir. “Dəqiq, təbiət və humanitar elmlərin inkişafında […]

ADNSU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub

Noyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbiri giriş sözü ilə açan ADNSU-nun Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rüstəm Kamal prezident İlham Əliyevin böyük Azərbaycan  şairi Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamını Nəsimi yaradıcılığına […]

Lənkəran Dövlət Humanitar Kollecində Tələbə Gənclər Təşkilatının “Özünü təqdim et” lahiyəsi keçirildi

29 noyabr 2019-cu il tarixində Lənkəran Şəhər Gənclər İdman idarəsinin və Lənkəran Dövlət Humanitar Kollecinin TGT–nın birgə təşkilatçılığı ilə “Özünü təqdim et” lahiyəsi keçirildi. Tədbirdə Kollecin direktoru dos. R.Həmidov, Lənkəran şəhər gənclər və idman idarəsinin məsləhətçiləri M.Əliyev, Ə.Nurullayev, kollecin direktor müavini Ü.Rzayeva, müəllimlər t.ü.f.d. C.Quliyev, F.Salayev, F.Əbilov, T.Abbasov, E.Əsgərov, sayt üzrə mütəxəssis A.Axundzadə LDHK TGT–nın […]

Paytaxt məktəbində təlim keçirilib

Paytaxt məktəbində yanğın zamanı hərəkətlər və təxliyə planına dair təlim keçirilib. Təlimin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti vərdişlərini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirmək, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinə və hadisələrə qarşı məktəbliləri psixoloji cəhətdən hazırlamaqdan ibarətdir. Bakı şəhərindəki 46 nömrəli tam orta məktəbdə […]

Şəkərli diabet xəstəlik deyil, həyat tərzidir

Son illər şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülür. Gəncə Dövlət Universitetində “Şəkərli diabet xəstəliyi və onun müalicəsi” mövzusunda keçirilən tədbirdə universitetin prorektoru Gülsüm Fətəliyeva, 6 nömrəli şəhər poliklinikasının endokrinoloqu, Tibb elmləri namizədi Elya Nəbiyeva, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Universitetin prorektoru Gülsüm Fətəliyeva bildirib ki, […]

Ucqar kənd məktəbində aşıq Mirzə Bilalın anım günü keçirilib

Ağsu rayon A.Cəbiyev adına Bico kənd tam orta məktəbində Azərbaycanın tanınmış aşığı Aşıq Mirzə Bilalın anım günü tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yaşar Qarayev Aşıq Bilalın həyat və yaradıcılığindan geniş məlumat vermişdir. Ağsunun Qəşəd kəndində anadan olan Aşıq Bilal aşıq sənətində sözünü demiş, bütün Azərbaycanda ustad Aşıq, bir el ağsaqqalı kimi […]

ADNSU-da web-seminar keçirilib

Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA (MBA,BBA) proqramlarının təşkilatçılığı ilə web-seminar keçirilib. Müəllim Aqil Vəliyevin moderatorluğu ilə keçirilən “Tədqiqat və inkişaf qrant proqramları çərçivəsində tədqiqat layihələrinin yazılması (Azərbaycan, Ukrayna və Yunanıstan təcrübəsi)” adlı seminarda ADNSU-nun BA proqramlarının direktor müavini, dosent Nailə Həsənova, professor müəllim heyəti və ZU qruplarının tələbələri iştirak edib. […]

Beynəlxalq fransız dili müəllimlərinin peşə günü münasibətilə tədbir keçirilib

Noyabrın 28-də Azərbaycan Dillər Universitetində Beynəlxalq fransız dili müəllimlərinin peşə günü münasibətilə tədbir keçirilib. ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov tədbir iştirakçılarını salamlayıb, Beynəlxalq fransız dili müəllimlərinin peşə günü münasibətilə qonaqları təbrik edib. Qeyd olunub ki, ADU-da təhsil alan tələbələr arasında fransız dilinə maraq olduqca yüksəkdir. Burada fransız dilini tədris edən müəllimlərin bilik […]

BMU-nun tələbələri üçün istehsalat təcrübələri təşkil olunur

2019/2020-ci tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün istehsalat təcrübələrinin təşkilinə başlanılıb. Bununla bağlı universitetdə təhsil alan tələbələrlə müvafiq görüşlər keçirilib və onlara təcrübə haqqında ətraflı məlumatlar verilib. Cari tədris ilinin yaz semestrində Mühəndislik, İqtisadiyyat və idarəetmə, Pedaqoji fakültədən 824 tələbənin təcrübəyə göndərilməsi nəzərdə tutulub. Pedaqoji təcrübə ilə əlaqədar Azərbaycan Britaniya Kolleci, Azərbaycan Finlandiya […]