Mektebgushesi

BDU -da “Eleven Kings” futbol oyunu platformasının yaradıcısı ilə görüş keçirilib

Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, Xəbərlər.az saytının təsisçisi və baş redaktoru Osman Gündüzün dəvəti ilə “Eleven Kings” futbol oyununun platformasının yaradıcısı Orxan Rzayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşü təşkil olunub. Tələbələrin marağına səbəb olan görüşdə Orxan Rzayev “Eleven kings” oyunu haqqında maraqlı məlumatları və “Sosial media”da qazandığı […]

Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinə təşəkkürnamə və sertifikatlar təqdim edilib

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaş və tələbələrinə Vikipediyanın Azərbaycan dili bölməsində yaratdıqları və redaktə etdikləri məqalələrə görə, Mərkəzi Elmi Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib. Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk bildirib ki, hazırda respublikamızda “Vikipediya” hərəkatının genişləndirilməsi istiqamətində müxtəlif işlər həyata keçirilir. Direktor müavini hazırda “Vikipediya” Metodik Mərkəzinin Tədris; Beynəlxalq təcrübənin öyrənilməsi; […]

Müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb

Ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında keçirilən “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb. Məktəblərin II-IV sinif şagirdlərinin iştirakı ilə təşkil olunan müsabiqənin məktəbdaxili mərhələsində komandalar onlara təqdim olunmuş  mövzulardan birini seçməklə tədqiqat işi aparıblar. Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən bir qalib komanda rayon mərhələsində (II mərhələdə) iştirak etmək hüququ qazanıb. II […]

Aİİ-də noyabr ayının yekunları ilə bağlı iclas keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində noyabr ayının yekunlarına həsr olunmuş növbəti iclasını keçirib. İnstitut rəhbərliyi, müəllim heyəti və əməkdaşlarının iştirak etdikləri tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub. Aİİ rektoru Ceyhun Məmmədov çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir. […]

İlham Zəkiyev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, cüdo üzrə ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu, “Bakı-2015” birinci Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar idman ustası, 6-cı dan sahibi, I qrup Qarabağ müharibəsi əlili İlham Zəkiyev 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Azərbaycan Universitetində tələbələrlə görüşüb. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, […]

Şirvan Dövlət Kollecinin tələbələri “Beynəlxalq Könüllülər Günü”nü qeyd ediblər

Bu gün Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri Heydər Əliyev mərkəzində “Beynəlxalq Könüllülər Günü”nə həsr edilmiş  tədbirdə iştirak etdilər. Kollecin Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova ,Sevda Həsənova və Heydər Əliyev mərkəzinin direktoru Aynur Baxşıyevanın birgə təşkilatçılıgı ilə keçirilən tədbirdə Kollec tələbələri ,Gənclər mərkəzinin Könüllüləri ,şəhər gəncləri iştirak edirdilər.Mərkəzin direktoru Aynur xanım çıxış […]

Lənkəran Dövlət Humanitar Kollecində “Azərbaycanda könüllülük institutunun formalaşması və inkişafı” mövzusunda tədbir keçirilib

3 dekabr 2019–cu il tarixdə Lənkəran Dövlət Humanitar Kollecində “Azərbaycan Könüllülük həftəsi” çərçivəsində Kollecin TGT sədri Sumarə Bağırzadə tələbələri salamlayıb və onlara könüllük peşəsi haqqında məlumat verib. Daha sonra TGT sədri məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda […]

Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı olub

Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının imza günü və təqdimatı keçirilib. Təqdimatda “Sirlərin sərgüzəşti” sinkretik romanının mətn və obrazlar aləminin arxitektonikasında, romanın xronotopik, arxetipik xüsusiyyətlərində müşahidə edilən özəlliklər haqda söhbət açılıb. Tədbiri mərkəzin direktoru Günel Anarqızı açaraq bildirib ki, müəlliflə bu növbəti görüşdür. Qeyd edib ki, yazıçının sayca dördüncü romanı olan […]

Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 11 nömrəli xüsusi təhsil məktəbində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib. “Biz cəmiyyətin ayrılmaz hissəsiyik” adlı tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Əməkdar artist Fərqanə Qasımova, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin rəqs ansamblının […]

Ədəbiyyat Muzeyində elmi seminar: ibtidai inanclarda alleqorik ünsürlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən növbəti elmi seminar məşğələsi Azərbaycan mifik təfəkkür tərzinin bir qolu olan totemizm və onun bədii nümunələrdəki tarixi izi məna dəyərlərinə həsr edilib. Muzeydən AZƏRTAC-a bildirilib ki, Ədəbi mərasimlər və nəşrlər şöbəsinin kiçik elmi işçisi Təranə Rüstəmova “İbtidai inanclarda alleqorik ünsürlər” adlı tədqiqat mövzusunda […]

UNEC-də “Açıq qapı” günü keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (UNEC) bu ali məktəbin Zaqatala filialında dekabrın 11-də “Açıq qapı” günü keçirəcək. UNEC-dən Mektebgushesi.az -a bildirilib ki, sualı, təklifi olan hər bir tələbə, valideyn, ümumiyyətlə, istənilən şəxs “Açıq qapı”ya dəvət edilir. Universitetdə tədrisin keyfiyyətinin təkmilləşdirilməsi prosesində rəy və təkliflərin öyrənilməsi hər zaman əsas prinsip olaraq qorunur. Qəbulda iştirak etmək istəyənlər […]

Noyabr ayında BŞTİ-yə 5 919 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin noyabr ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 5 919 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, […]

Məktəb-liseydə “Sağlam qida” sərgisi

Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı şəhəri 246 nömrəli məktəb-liseydə “Sağlam qida” sərgisi təşkil olunub. Nazirlikdən Mektebgushesi.az -a bildiriblər ki, sərgi çərçivəsində “Sağlam təhsil” sinifləri şagirdlərinin hazırladıqları sağlam qidanın təbliğini əks etdirən stendlər təqdim olunub. Həmçinin 4-cü sinif “Sağlam təhsil” şagirdlərinin iştirakı ilə yarış keçirilib. Yarış müddətində komandalar sağlamlığa xeyirli, az kalorili yeməklər […]

ADNSU-nun nümayəndələri Norveçdə beynəlxalq layihənin seminarında iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 26-28 noyabr tarixlərində Norveçin Stavanger Universitetində keçirilən “EduInd 4.0 Project – Eurasia 2019-2021” layihəsinin ilk seminarında iştirak edib. Seminarda ADNSU-nu Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Neft-qaz mədən mühəndisliyi kafedrasının müdiri Tülparxan Salavatov və Beynəlxalq Əməkdaşlıq şöbəsinin layihələr üzrə koordinatoru Leyla Nağıyeva təmsil ediblər. Görüş çərçivəsində nəzərdə […]

Lənkəran Peşə Liseyində maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi ilə birgə 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirmə həftəsi çərçivəsində Lənkəran Peşə Liseyində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov çıxış edərək […]