Mektebgushesi

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci Xəmsə yarişmasinda lll olub

Şirvan şəhər gənclər  evində 18 Oktyabr “Dövlət Müstəqilliyi Günü “nün qeyd olunması ilə əlaqədar gənclər arasında “Xəmsə “Milli intellektual oyunu üzrə “Müstəqillik Kuboku -2 ” intellektual bilik yarışması keçirilib. Məqsəd Azərbaycan Respublikası Dövlət Müstəqilliyi gününün qeyd olunması, gənclərin intellektual bilik yarışlarına maragının artırılması və dünyagörüşünün inkişaf etdirilməsi ,yeniyetmə və gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi idi.Yarışmada iştirak […]

DİA-da Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi-praktik konfrans

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi-praktik konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ötən 28 il ərzində Azərbaycanda əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Qeyd edib ki, müstəqil […]

Görkəmli şərqşünas alimin xatirəsi yad edilib

Təhsil müəssisəsində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunmuş şagird elmi-praktik konfransı keçirilib. “Şagirdlər tanıdır” layihəsi çərçivəsində təşkil olunan konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbirdə çıxış edənlər görkəmli şərqşünas alim […]

Lənkəran Dövlət Kollecində müstəqillik gününə həsr edilmiş açıq dərs keçirilib

Artıq Lənkəran Dövlət Humanitar Kollecində əlamətdar günlər və bayramların müxtəlif formatlarda keçirilməsi ənənə halını almışdır. Belə ki, bugün 18 oktyabr “Dövlət müstəqilliyi günü” münasibəti ilə kollecin “Azərbaycan dili və ədəbiyyatı” FBK-nın müəllimi Nuranə Əsgərovanın açıq dərsi keçirildi. “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının II kursunda “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin mövzusu “Nitq metodikliyi” olsada açıq […]

İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır. Yeni yaradılmış mərkəzin könüllüləri MEK “Vikipediya” Metodik Mərkəzinin təlimlərinin iştirakçılarıdır. Onlar “Vikipediya”da dini və digər mövzularda məqalələrin yaradılması və redaktə olunması ilə məşğul olacaqlar. Aİİ rektoru Ceyhun Məmmədov “Vikipediya” könüllüləri ilə görüşərək […]

“Türkologiya” jurnalının 3-cü sayı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 3-cü sayı (2019) çapdan çıxıb. Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov jurnalın yeni sayı haqqında məlumat verib. O bildirib ki, “Türkologiya” jurnalının bu sayına Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Macarıstan türkoloqlarının türkologiyanın müxtəlif sahələrinə həsr etdikləri […]

Bakı Ali Neft Məktəbi ilə “Bahar Enerji Əməliyyat Şirkəti” arasında Anlaşma Memorandumu imzalandı

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Bahar Enerji Əməliyyat Şirkəti”nin prezidenti Con Harkinslə görüşüb. Con Harkinsi təyinatı münasibəti ilə təbrik edən Elmar Qasımov Bakı Ali Neft Məktəbi, təlim-tədris prosesi, həyata keçirilən işlər, əldə olunan uğurlar barədə qonağa ətraflı məlumat verib. Rektor ölkənin ən intellektual və qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclərinin Bakı Ali Neft […]

“SABAH” mərkəzində sillabus tərtibinə dair təlim keçirilib

Bakı Dövlət Universitetinin “SABAH” mərkəzində “Sillabus tərtibi” mövzusunda təlim keçirilib. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimin əsas məqsədi “SABAH” müəllimlərinə sillabusun düzgün tərtibi və istifadə qaydalarını çatdırmaq olub. Bakı Dövlət Universiteti və UNEC “SABAH” mərkəzlərinin rəhbərləri tərəfindən keçirilən təlimə ali təhsil müəssisələrindən ümumilikdə 40 müəllim cəlb olunub. Təlim zamanı iştirakçılara sillabusun strukturu, o cümlədən tədris prosesində […]

Şirvan Dövlət Kollecində”Bir gəncin xəyalları” adlı sərgi keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ailə və ev təhsili fakultəsinin 4-cü kurs tələbəsi Aytac Əsgərovanın əl işlərindən ibarət fərdi sərgisi təşkil olunub. Gənclər üçün Təhsil Mərkəzi, Aran regional ofisinin və Şirvan şəhər Mədəniyyət Mərkəzinin Bayramlı qəsəbə klubunun birgə təşkilatçılıgı ilə keçirilən də Aytac Əsgərovanın muncuqlarla ,yun iplərlə düzəlmiş nəfis əl işləri nümayiş olundu. Tədbirdə […]

VMA “Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq” adlı tədbir keçirib

Beynəlxalq Mətbuat Mərkəzinin böyük teatral zalında Azərbaycan Valideyn –Müəllim Assosiasiyası” İctimai Birliyinin “Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq”- adlı 2018-2019-cu tədris ili üzrə fəalların qiymətləndirməsi toplantısı keçirilmişdir. Toplantıda təhsil ictimaiyyətinin bütün nümayəndələri – Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şurasının üzvləri, təhsil ekspertləri – professor Şahlar Əsgərov, Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə, […]

Astarada “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib

Oktyabrın 16-da Astara rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Astara Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndəsi Mirzə Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Abbasqulu Ağa Bakıxanov […]

Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası səhnələşdirilib. Mektebgushesi.az xəbər verir ki, musiqili komediya bu il dünyada quruda ilk neft platforması olan Neft Daşları yatağının 70 illiyinə həsr olunub. Operetta 23 oktyabr 2019-cu il tarixində saat 18:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılacaqdır. […]

ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunan tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayramın müdrik Fey Çanfanla bağlı mənşəyinin əfsanəsi haqqında danışıb, fəlsəfi məzmunu haqqında ətraflı məlumat verib. Konfutsi İnstitutunun əməkdaşları və ADU-nun tələbələri bildiriblər ki, bayramda əcdadların […]

Çinin Dünya Tarixi İnstitutunun alimləri AMEA-da olublar

Oktyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Azərbaycanla Çin arasında əlaqələrin tarixi köklərindən danışıb. Qeyd edib ki, Böyük İpək Yolunun […]

Şirvan Dövlət kollecində Müstəqilliyin bərpası münasibətilə tədbir keçirib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 28- ci il dönümü münasibətilə “Heydər Əliyev irsi, müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirildi. Tədbirdə  AMEA Fəlsəfə İnstitutun aparıcı elmi işçisi, siyasi elmlər üzrə Fəlsəfə doktoru, dosent YAP Fəlsəfə İnstitutu Təşkilatının sədri Sənan Həsənov, AMEA Fəlsəfə İnstitunun “İdrak nəzəriyyəsi”şöbəsinin müdiri Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Şirvan […]