Mektebgushesi

ADNSU-da “Sosial layihələr” müsabiqəsi ilə bağlı təqdimat görüşü keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi ilə bağlı təqdimat görüşü keçirilib. Tədbirdə çıxış edən “Sosial layihələr” müsabiqəsinin rəhbəri Şahin Seyidzadə  müsabiqənin məqsədi, iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə geniş məlumat […]

Bakı Ali Neft Məktəbinin tələbələri “O olmasın, bu olsun” operettasını səhnələşdirib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası nümayiş olunub. Tamaşada SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, vitse-prezidentlər SOCAR-ın müəssisə rəhbərləri, BANM-in rəhbərliyi, ictimai-siyasi xadimlər, eləcə də BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər. Musiqili komediyanın quruluşçu […]

İnformatika müəllimləri üçün seminarlar keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində informatika müəllimləri üçün seminarlar keçirilir. Təlimə Dəstək Mərkəzi tərəfindən  təşkil olunmuş seminarların əsas məqsədi informatika fənninin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, dərs planlaşdırması, informatika müəllimlərinin bilik və bacarıqlarının artırılması, dərs prosesinin daha yaxşı təşkilinə dair zəruri məlumatların çatdırılmasından ibarətdir. Paytaxtın 12 inzibati rayonu üzrə təşkil […]

Elektron kitabxana resurslarından istifadə haqqında seminar

Oktyabrın 25-də Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr tələbələri üçün növbəti seminar keçiriləcək. Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda Kitabxana-İnformasiya Mərkəzinin rəhbəri Tatyana Zayseva “Kitabxana elektron resurslarına giriş” mövzusunda təqdimatla çıxış edəcək. Seminarda universitetin elektron resursları, elektron kitabxanalara giriş və onlardan necə istifadə etmək haqqında məlumat veriləcək.

AzMİU-da sərgi: Atəşgah sığortada karyera imkanları

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əsas korpusunun foyesində tələbələr üçün “Atəşgah sığortada karyera imkanları” adlı sərgi keçirilib. AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Təcrübə və karyera şöbəsinin dəstəyi ilə təşkil edilən sərgidə tələbələr stendə yaxınlaşaraq şirkət nümayəndələri ilə ünsiyyətdə olub, şirkətin təcrübə və iş elanları ilə maraqlanıblar. Tələbələrin CV (Curriculum Vitae) formaları toplanılıb, şirkətdə təcrübə keçmək istəyən […]

BDU-nun Jurnalistika fakültəsində qrafik-dizayn təlimlərinə start verilib

aBakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tələbələrin peşəkar kadr kimi hazırlanmasını, fərdi inkişaflarını təmin etmək məqsədilə dərsdənkənar qrafik-dizayn təlimlərinə start verilib.BDU-dan bildirilib ki, təlim çoxillik iş təcrübəsi olan peşəkar mütəxəssis Murad Əzizov tərəfindən asan və yaddaqalan metodla keçiləcək. Fakültənin yuxarı kurs tələbələri üçün nəzərdə tutulan dərslərin ilk 3 aylıq mərhələsində “Adobe Photoshop”, “Adobe İllustrator”, “Adobe […]

AzMİU-nun Memarlıq fakültəsində Revit kursları açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsinin tələbələri üçün Revit kompüter kursları açılıb. AzMİU-dan Mektebgushesi.az -a bildirilib ki, kurslarda tələbələrə memarlıq layihələrinin hazırlanmasında olduqca sürətli və dəqiq nəticələr verən proqram öyrədiləcək. Qeyd edək ki, Revit kursları tikinti mühəndisləri üçün Autodesk tərəfindən yaradılan güclü memarlıq, 3D dizayn və datalı proqramdır. Revit Architecture memarlıq dizaynın bütün […]

Simpozium iştirakçıları üçün ziyafət təşkil olunub

İstanbul Universitetinin rektoru, professor Mahmut Ak “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda Simpozium iştirakçıları üçün ziyafət təşkil edib. Ziyafətdə İstanbul Universitetinin rektoru, professor Mahmut Ak çıxış edərək, tarix boyu Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə söykəndiyini, eyni millətə, eyni dilə, eyni […]

Paytaxt məktəbliləri üçün ekskursiyalar təşkil edilir

Paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir. Ekskursiyalar məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdlərə milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaq məqsədlərinə xidmət edir. Heydər Əliyev Mərkəzi, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, “İçərişəhər” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqlarına, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nəriman Nərimanovun […]

“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda Simpoziumun ikinci günü panellərlə davam etdirilir

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işini panellərlə davam […]

“Clarivate Analytics” agentliyinin eksperti Botanika İnstitutunda olub

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi, “Biopolymers and Cell” jurnalının redaksiya heyətinin rəhbəri, “Clarivate Analytics” agentliyinin elmi informasiya resursları üzrə eksperti İrina Tixonkova Botanika İnstitutunda olub. Əvvəlcə qonaq institutun direktoru, akademik Validə Əlizadə və AMEA-nın professoru Dilzarə Ağayeva ilə görüşüb. […]

Azərbaycanlı alim beynəlxalq elmi simpoziumda məruzə edib

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Musa Qasımlı Türk Tarix Qurumu və İğdır Universitetinin Türkiyə, Azərbaycan, ABŞ, İtaliya, Hindistan və Ukrayna tarixçilərinin iştirakı ilə təşkil etdiyi “Türk-erməni münasibətləri” mövzusunda birinci beynəlxalq elmi simpoziumda iştirak edib. Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə azərbaycanlı alimin həm simpoziumun plenar iclasındakı çıxışı, həm də bölmə iclasında “XIX əsrin […]

“Oyun karvanı Azərbaycanda” Lənkəran məktəblərində

Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türkiyənin Uşaq Oyunları İdman Klubları Federasiyasının və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Oyun karvanı Azərbaycanda” layihəsinin proqramına uyğun olaraq uşaqlar üçün əyləncəli idman oyunları keçirilib. AZpress.AZ xəbər verir ki, tədbirdə cənub zonasının 13 rayonundan 8-12 yaşlı 500-dən çox uşaq iştirak edib. Proqram […]

Pedaqoji Universitetin Quba filialında “Kitab klubu” fəaliyyətə başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Kitab klubu” fəaliyyətə başlayıb. ADPU-dan Mektebgushesi.az -a bildirilib ki, “Kitab klubu”nun əsas məqsədi tələbələrdə və filial əməkdaşlarında mütaliəyə marağı artırmaq, onları bədii, elmi və digər üslubda olan nəşrlərlə təmin etməkdir. “Kitab klubu”nun fəaliyyət göstərməsi üçün xüsusi otaq ayrılıb və orada müxtəlif növ kitablar toplanaraq oxuculara təqdim olunacaq.

Qaliblər təcrübəsini bölüşür

Ümumi təhsil müəssisələrində Pedaqoji mühazirələrin qalibləri olan müəllim, məktəb rəhbəri və psixoloqun məktəb daxilində dinlənilməsi keçirilir. Məktəbdaxili dinləmələrin əsas məqsədi pedaqoji mühazirə qaliblərinin-təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl və yüksək nailiyyətlər qazanmış şəxslərin təcrübəsini digər həmkarları ilə bölüşməsini təmin etməkdən ibarətdir. 2019-2020-ci tədris ili ərzində pedaqoji mühazirə qaliblərinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən […]