Mektebgushesi

Qubada fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri keçirilib

Quba rayonu Qam-Qam kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbir Təhsil Nazirliyinin dəstəyi ilə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən təşkil edilib. Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə […]

Çinli alimlər Milli Azərbaycan Tarixi Muzeyində olublar

Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun nümayəndələri Bao Yi və Yan Tszin AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar. Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, akademik Nailə Vəlixanlı iki ölkə arasında elmi əlaqələrin əhəmiyyətindən danışıb. Akademik N.Vəlixanlı muzeyin tarixi və fəaliyyəti, görkəmli xeyriyyəçi Hacı Zeynalabdin […]

Naxçıvanda “Gələcəyə doğru” layihəsi çərçivəsində tələbələrlə görüş

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursunda təhsil alan tələbələrlə “Gələcəyə doğru” layihəsi çərçivəsində görüş olub. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüş Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və YAP Naxçıvan Muxtar Respublika […]

Bakı Ali Neft Məktəbi və Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində yerləşən Yuqorsk Dövlət Universitetinin nümayəndə heyəti ilə görüşüb. Rektor Tatyana Karminskayanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə sözügedən universitetin gənclər siyasəti və xarici əlaqələr üzrə prorektoru Anna Brovina, tədris işləri üzrə prorektor müşaviri Roman Şamileviç və başqaları daxil olub. Görüşdə tərəflər arasında təcrübə mübadiləsi, məqsədyönlü […]

Dini həyat, elm və mədrəsələr” mövzusunda kitab nəşr olunub

“XIX əsr Azərbaycanın Şimal-Qərbində (Qanıx-Həftəran vadisi) dini həyat, elm və mədrəsələr” mövzusunda kitab nəşr olunub Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun “XIX əsr Azərbaycanın Şimal-Qərbində (Qanıx-Həftəran vadisi) dini həyat, elm və mədrəsələr” mövzusunda kitabı çapdan çıxıb. Kitab “Giriş”, “İrfan ənənəsi və mənəviyyat abidələri”, “Elm və mədrəsələr”, “Təsəvvüf həyatı və […]

Tvinninq layihəsi çərçivəsində növbəti seminar

Azərbaycan Texniki Universitetində (AzTU) Tvinninq layihəsinin Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək qrantı çərçivəsində növbəti seminar keçirilib. AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva layihə haqqında məlumat verib. Sonra Latviya Universitetinin Kimya kafedrasının müdiri, Tvinninq layihəsinin eksperti xanım Mara Yurenin “Təlim nəticələrinin yazılmasına və qiymətləndirilməsinə dair” mövzusunda məruzəsi dinlənilib […]

Dəyirmi masa: “Azərbaycan və Çin Böyük İpək Yolunda”

Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masa keçirəcək. İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada AMEA-nın Tarix İnstitutunun alimləri və Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Tədbirdə AMEA-nın Tarix İnstitutu ilə ÇİEA-nın Dünya Tarixi […]

ADNSU XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir -FOTOLAR

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən  XIII Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak edir. Sərgidə ADNSU-da tədris olunan ixtisaslar, startap layihələri, universitetin beynəlxalq əməkdaşlıq əlaqələri, bakalavr, magistratura və doktorantura pilləsi, həmçinin elmi-texniki nailiyyətləri geniş şəkildə təqdim olunur. Mektebgushesi.az xəbər verir ki, ADNSU-nun stendində universitetin professor-müəllim heyətinin müəllifi […]

Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd edilib

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda görkəmli ədəbiyyatşünas və tənqidçi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan tədbir keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, akademik Möhsün Nağısoylu Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi […]

Yazıçı və tərcüməçi Babaxan Şərifin 70 illik yubiley tədbiri keçirilib

Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubiley tədbiri və “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in təqdimatı keçirilib. Tədbir “Kaspi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxış […]

AzMİU-da Memarlar Günü münasibətilə kitab sərgisi təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlar Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib. Universitetin elektron kitabxanasının təşkil etdiyi sərginin açılışında rektor Gülçöhrə Məmmədova, ali məktəbin professor-müəllim heyəti iştirak edib. AzMİU-dan Mektebgushesi.az-a bildirilib ki, sərgiyə tələbələr də böyük maraq göstərib, onlar nümayiş etdirilən nadir kitablarla tanış olublar. Qeyd edək ki, Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının […]

Ədəbiyyat İnstitutunda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in təqdimatı olub

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Akademik deyib […]

“Ailə dəyərlərimiz və müasirləşmə” layihəsi çərçivəsində seminar

Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Ailə dəyərlərimiz və müasirləşmə” layihəsi çərçivəsində seminar keçirilib. ADPU-dan Mektebgushesi.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət […]

“Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” adlı təlim keçirilib

Əli Cəfərov: ”Bu yaş dövründə yeniyetmə gənclərimiz təkcə öz xalqının tarixi, qəhrəmanları, mədəniyyəti, ədəbiyyatı, coğrafiyasını deyil, eyni zamanda digər xalqların da ədəbiyyatı və coğrafiyasını öyrənməyə meyillənirlər”. Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Bakı şəh Suraxanı rayonunda yerləşən Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi […]

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ustad dərsi təşkil olunub

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə təhsil alan tələbələrə Azərbaycan Milli Kulinariya Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ustad dərsi təşkil olunub. Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ustad dərsinin təşkilində məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrdə praktik bacarıqları da inkişaf etdirməkdir. Tələbələrə ustad dərsini Azərbaycan Milli Kulinariya Assosiasiyasının […]