Mektebgushesi

Azərbaycanlı alim beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini Qoşqar Məmmədov Moldova Respublikasının paytaxtı Kişineuda keçirilən “Şərqi Avropa qaratorpaqları – V.Dokuçayevdən 140 il sonra” beynəlxalq elmi konfransında iştirak edib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın açılış mərasimi və sessiya iclasları Moldova Dövlət Universitetində keçirilib. Q.Məmmədov tədbirdə “Azərbaycan quru subtropiklərində gübrələmə sisteminin tərəvəz bitkilərinin məhsulu ilə qida […]

Turizm və Menecment Universitetində “Qadınlar turizmdə: aşılan sədlər” layihəsinin icrasına başlanılıb

Oktyabrın 7-dən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 15 gənc xanım tələbənin iştirakı ilə “Qadınlar Turizmdə: aşılan sədlər” layihəsi çərçivəsində təlim-təcrübə proqramının icrasına başlanılıb. ATMU-dan AZƏRTAC-a bildirilib ki, layihənin təşkilində əsas məqsəd tələbələrin peşəkar inkişafını və turizm sahəsinə düzgün istiqamətlənməsini təmin etmək, onların iş mühitinə sağlam düşüncə ilə alışmalarına zəmin yaratmaqdır. “Sosial sahibkarlıq”, “Gender məsələləri”, “Otel […]

Azərbaycan tarixçiləri Bolqarıstanda beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Yambol şəhərində keçirilən “Son Antik dövrdə Cənub-Şərqi Avropada xristianlıq” mövzusunda beynəlxalq konfransda iştirak edib. Tarix İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə elmi müəssisənin əməkdaşları – “Azərbaycanın qədim tarixi” şöbəsinin müdiri Allahverdi Əlimirzəyev və böyük elmi işçi Ramin Əlizadə […]

Astarada “Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı tədbir keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Sığaloni kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində rayonun Siyəkü kəndində maarifləndirici tədbir keçirilib. “Gənclər dini radikalizmə qarşıdır” mövzusunda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, DQİDK-nın İctimaiyyətlə […]

Ədəbiyyatı Muzeyinin ekspozisiyası finlandiyalı şairədə xoş təəssürat yaradıb

Bakıda keçirilmiş “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının fəxri qonağı – finlandiyalı şairə, tərcüməçi Olqa Svanberq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib. AMEA-dan AZƏRTAC–a bildirilib ki, muzeyin zalları ilə tanış olan qonaq klassik Azərbaycan ədəbiyyatına heyranlığını bildirib. O, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəllərini rus dilinə […]

AMEA-da coğrafi informasiya sistemləri üzrə təlimlərə başlanılıb

Oktyabrın 7-də AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə başlanılıb. AZƏRTAC xəbər verir ki, 2 həftə davam edəcək təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli aparır. Tədbirdə giriş sözü ilə çıxış edən institutun direktoru, akademik Ramiz Məmmədov CİS texnologiyalarının ölkə ərazisində […]

Aİİ tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir. Bu istiqamətdə davamlı müxtəlif tədbirlər təşkil edilir. Həmçinin Aİİ tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər keçirir. İnstitutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil edilir. Bu məqsədlə, həftənin şənbə günü ali təhsil müəssisəsində tələbələr […]

Müəllimlər günü Lənkəran Dövlət Humanitar Kollecində qeyd edilib

4 oktyabr 2019-cu il tarixində Kollecdə 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçiildi. Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis […]

Kollecdə “MÜƏLLİM ÖMRÜ” adlı bayram konserti keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 5 Oktyabr Beynəlxalq müəllimlər günü münasibətilə “MÜƏLLİM ÖMRÜ”adlı musiqili ədəbi -bədii bayram konserti keçirilib Tədbirdə kollecin direktoru Balamirzə Məmmədov çıxış edərək müəllimləri təbrik edib. Beynəlxalq müəllimlər günü haqqında, müəllim peşəsinin müqəddəsliyindən danışıb. Ümummilli lider Heydər Əliyevin müəllim peşəsi haqqnda fikirlərini səsləndirb. “Mən müəllim adından yüksək ad tanımıram!” Sonra isə, […]

Aİİ-də 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə İnstitutun rəhbər-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər. Aİİ rektoru Ceyhun Məmmədov 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə İnstitutun pedaqoji heyətini təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. C. Məmmədov bu təqvimi həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs […]

Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Bakı Ali Neft Məktəbində (BANM) 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, BANM-in professor-müəllim heyəti, əməkdaşları, tələbələri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Beynəlxalq Müəllimlər Günü” münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi […]

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhəri 3 nömrəli tam orta məktəbin müəlliminə həsr olunub

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhəri 3 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Gülbəniz İsrafilovaya həsr olunub. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Gülbəniz İsrafilova pedaqoji fəaliyyəti dövründə bir neçə təltifə layiq görülüb. Belə ki, 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron təhsil” Respublika müsabiqəsində “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası […]

“Yaxın Şərq ölkələrinin iqtisadiyyatı” dərs vəsaiti çap olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Şəfəq Abdullayevanın “Yaxın Şərq ölkələrinin iqtisadiyyatı” dərs vəsaiti çap olunub. ADU-dan Mektebgushesi.az -a bildirilib ki, Ş.Abdullayeva bundan əvvəl 1 dərslik, 2 dərs vəsaiti, 8 fənn proqramı, 40-a yaxın elmi məqalə və tezisin müəllifidir. Alimin elmi əsərləri Türkiyə, Rusiya, Polşa, Serbiya və […]

Gəncə Dövlət Universitetində psixoloqla tələbələrin görüşü təşkil olunub

Gəncə Dövlət Universitetində psixoloq Zahid Tağıyev ilə tələbələrin görüşü təşkil olunub. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, görüşü Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə […]

ADAU-da xarici mütəxəssislərlə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşları b.ü.f.d., dosent İlhamə Kərimova, b.ü.e.d. Natalya Sneqovaya və Çexiya, Slovakiya, Macarıstan, Gürcüstan və Polşanın tədqiqatçıları Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Mektebgushesi.az – a universitetdən verilən məlumata görə, tədbiri giriş sözüylə açan, ADAU-nun elmi işlər üzrə prorektoru Ramin Məmmədov, universitet əməkdaşlarının biomüxtəliflik mövzusunda […]