Mektebgushesi

“İdeyadan biznesə” devizi altında innovasiya yay düşərgəsi keçirilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “İdeyadan biznesə” devizi altında innovasiya yay düşərgəsi keçirilib. Düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində təşkil olunmuş startap turlarının finalçıları iştirak ediblər. 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib. Onlara startap […]

Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Şiləvar kənd məktəbində maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin sadıqov, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qulaməli Hüseynov, Şiləvar […]

İlahiyyat İnstitutunda müstəqillik illərində Azərbaycanda din təhsili müzakirə olunacaq

Oktyabrın 15-də Azərbaycan İlahiyyat İnstitutunda 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunan “Müstəqillik illərində Azərbaycanda din təhsili” mövzusunda konfrans keçiriləcək. İnstitutdan Mektebgushesi-a bildirilib ki, konfransa məqalə qəbulu oktyabrın 5-dək davam edəcək. İştirak etmək istəyənlər məqalələrini fidanyusifova@ait.edu.az elektron ünvanına göndərə bilərlər. Konfransın materialları kitab şəklində çap olunacaq. Xatırladaq ki, konfrans Azərbaycanda din təhsilinə […]

İrpendə akademik Zərifə Əliyeva adına orta məktəbin fəaliyyətə başlamasının 25 illiyi qeyd edilib

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyeva adına 12 nömrəli orta məktəbin yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd edilib. Tədbirdə xarici diplomatik nümayəndəliklərin Ukraynadakı təmsilçiləri, İrpen şəhər Dövlət Administrasiyasının rəhbərliyi, ölkənin Təhsil Nazirliyinin nümayəndələri, pedaqoqlar və KİV təmsilçiləri iştirak ediblər. Orta məktəbin direktoru Valentina Antonenko təhsil müəssisəsinin 25 ildə keçdiyi şərəfli […]

“Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Lənkəran şəhər Gənclər və İdman İdarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib. Lənkəran şəhərində yerləşən Lənkəran Gənclər Evində baş tutan […]

Pilot peşə təhsili müəssisələri tələbələrinin yay təcrübəsi başa çatıb

“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində müvafiq rayonlarında peşə təhsili müəssisələrinin I kurs tələbələri üçün təşkil olunan yay təcrübəsi başa çatıb. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin eksperti Fərrux Nəcəfov AZƏRTAC-a bildirib ki, yay təcrübəsi duala bənzər peşə təhsili və təlimi sisteminə […]

“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” başa çatıb

Avqustun 30-da “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nin bağlanış mərasimi keçirilib. “Yay məktəbi”nə şagirdlər arasında keçirilən “Bilik yarışı” ilə yekun vurulub. “Bilik yarışı”nda Bakı şəhəri üzrə “Yay məktəbi”nin II mərhələsinin əhatə etdiyi 27 ümumi təhsil müəsssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət məktəblərin komandaları qalibiyyət uğrunda mübarizə aparıb. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri […]

Çin Elmlər Akademiyasının nümayəndə heyəti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub

Çin Xalq Respublikası Elmlər Akademiyasının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olub. Nümayəndə heyətinə Çin Elmlər Akademiyası Fizika İnstitutunun Məsləhət Şurasının sədri, akademik Enge Vanq, institutun direktor müavini, professor Ya Ven, Fizika və Kimya üzrə Sincan Texniki İnstitutunun direktor müavini, professor Hacı Əkbər Aişa və digərləri daxildir. AMEA-nın Fizika […]

İnternet-kriminalistika sistemlərinin təhlükəsizliyi problemləri araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi problemləri, xüsusən yeni istiqamət olan internet-kriminalistika və kiber-fiziki sistemlərin təhlükəsizliyi problemləri istiqamətində araşdırmalar aparılır. İnstitutdan AZƏRTAC-a bildirilib ki, informasiya təhlükəsizliyinin təmin olunması problemləri istiqamətində “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və modellərinin işlənməsi” mövzusunda araşdırmalar aparılıb, sosial şəbəkə məlumatlarının analizi metodu işlənilib, kompüter şəbəkələrinin monitorinqi üçün vizuallaşdırma modeli və qərar […]

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “HD 207260 (A2Ia) ifratnəhəng ulduzunun atmosferinin tədqiqi” (Z.Səmədov, Ə.Xəlilov, G.Hacıyeva, S.Rəcəbova, S.Quliyeva) mövzusunda astroseminar keçirilib. Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, seminarda ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin böyük elmi işçisi Zahir Səmədov mövzu üzrə məruzəni təqdim edib. Məruzəçi bildirib ki, ŞAR-ın 2 metrlik teleskopunun Kasseqren fokusunda HD207260(A2Ia) ulduzunun yüksək ayırdetməli […]

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə müsahibə keçirilir

Avqustun 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri vəzifəsinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, ümumilikdə, işə qəbul üzrə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, […]

Sosial informatikanın elmi-nəzəri əsasları araşdırılır

İnsanların sosial həyatının informasiya kommunikasiya texnologiyalarından (İKT) asılılığı, bununla əlaqədar yaranan problemlər və sosial dəyişikliklər alimləri düşündürməkdədir. Sosiologiya ilə informasiya texnologiyalarının sintezi əsasında yaranan sosial informatika üzrə tədqiqatlarda əsas məqsəd İKT vasitəsilə insanın sosial-iqtisadi həyatında və cəmiyyətin inkişafında mümkün təhlükə və imkanların qiymətləndirilməsidir. AMEA İnformasiya Texnologiyaları İnstitutunda sosial proseslərin İKT vasitəsilə analizinə başlamaq üçün sosial […]

“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimi keçirilir

Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilir. Təlimlər Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır. İxtisasartırma təlimlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 700-dən çox ibtidai sinif müəlliminin cəlb olunması nəzərdə tutulur. Təlimlər hər qrup üzrə 6 gün davam edəcək. Təlimi uğurla tamamlamış müəllimlər yekun […]

Şamaxı Astrofizika Rəsədxanasında növbəti kosmos yay festivalı keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) IV “Kosmos yay festivalı” keçirilib. Rəsədxanadan Mektebgushesi.az-a bildirilib ki, düşərgə şəraitində təşkil olunan festivala 50-yə yaxın kosmos həvəskarı qatılıb. ŞAR, Tusi-Bohm Planetarium, Astronomiya klubu, GEO klub və Kosmologiyanın birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirin məqsədi iştirakçıların kosmos haqqında nəzəri və praktiki biliklərinin artırılması olub. Əvvəlcə ŞAR-ın Planetlər və kiçik […]

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilir

2019-2020-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinə başlanılıb. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Təlimlərin monitorinqi və qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılır. […]