Mektebgushesi

Gənc İqtisadçıların Yay Düşərgəsi keçirilib

6-8 sentyabr tarixində  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənc Mühasiblər Birliyinin təşkilatçılığı ilə Şamaxıda, Vergilər Nazirliyinin Tədris Mərkəzində İqtisadçıların Yay Düşərgəsi təşkil edilmişdir. Açılış mərasimində Gənc Mühasiblər Birliyinin rəhbəri Solmaz Əliyeva təmsil etdiyi birlik haqqında ətraflı məlumat verərək bildirib ki, bugünkü yay düşərgəsinin məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir. […]

Dünya uşaq ədəbiyyatının səsli kitabxanası yaradılır

Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə “Dünya uşaq ədəbiyyatının səsli kitabxanası” layihəsinin təqdimatı keçirilib. Məktəbdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən direktor Elnur Bayramov bu layihənin Təhsil Nazirliyinin həyata keçirdiyi III qrant müsabiqəsində ümumtəhsil məktəbləri kateqoriyasında qalib olduğunu söyləyib. O bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq […]

Coğrafi informasiya sistemləri üzrə təlimlər keçiriləcək

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə oktyabrın 7-18-də coğrafi informasiya sistemləri üzrə təlimlər (ArcGIS-3 proqram təminatı) təşkil olunacaq. İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlim Avstraliyanın Macquarie Universitetinin müəllimi, professor Əli Əkbər Rəsuli tərəfindən keçiriləcək. Sonda iştirakçılara sertifikat veriləcək.

“Horizon 2020” proqramının iştirakçıları Mərkəzi Elmi Kitabxanada olublar

Avropa Komissiyasının “Horizon 2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsinin üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında olublar. MEK-dən Mektebgushesi.az-a bildirilib ki, layihənin ümumi əlaqələndiricisi Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kayzer və […]

Moldovalı alimlər AMEA-nın Dendrologiya İnstitutunda

Moldova Elmlər Akademiyası Genetika Fiziologiya və Bitki Mühafizəsi İnstitutunun alimləri Adebesqo Vasiliski və Jarbe Svetlana Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda olublar. Bu barədə Mekebgushesi.az-a Dendrologiya İnstitutundan bildirilib. Görüşdə qonaqlara institutda aparılan elmi-tədqiqat işləri, əldə olunan nailiyyətlər, burada becərilən endemik və müxtəlif ölkələrdən gətirilmiş ekzotik bitkilər, eləcə də müəssisənin tarixi barədə məlumat verilib. AMEA-nın […]

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçiriləcək

Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçiriləcək. AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda dissertasiya şuralarının yenidən formalaşdırılması, elmi müəssisələr arasında səmərəli koordinasiya sisteminin təmin edilməsi və digər məsələlər müzakirə olunacaq.

Sumqayıtda təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib

Sentyabrın 6-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, Sumqayıt şəhəri, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonları təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər. Tədbirdə qeyd edilən şəhər və rayonların təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib. Təhsil nazirinin […]

“Vikipediya”da tarixi memarlıq abidələri və qədim binalar haqqında məqalələr yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən tarixi memarlıq abidələri, Bakının qədim binaları haqqında məqalələr yaradılır və redaktə olunur. MEK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dilində olan “Vikipediya”da Kərbəlayi İsrafil Hacıyevin evi və Yeni Avropa otelinin binası haqqında məqalə yaradılıb. Məqalədə binaların tarixi, memarlıq xüsusiyyətləri barədə məlumatlar əksini tapıb. Məqalələrlə […]

İsveçrə məktəblilərinə Azərbaycan mədəniyyətinə həsr olunan seminar keçirilib

İsveçrədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Sürix şəhərindəki gimnaziyalardan birində 160 məktəbliyə Azərbaycan mədəniyyətinə həsr olunmuş seminar keçirilib. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Mərkəzin rəhbəri Qasım Nəsirov bu seminarda müəllifi olduğu mədəniyyət və inteqrasiya layihəsini növbəti dəfə təqdim edib. Layihə çərçivəsində şagirdlərə rəqs seminarları keçirilib və bu seminarlardan biri Azərbaycan rəqslərinə həsr […]

Amerikalı ekspertin iştirakı ilə ingilis dili fənni müəllimləri üçün təlimlər davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində DİM-in Şəki regional bölməsində sentyabrın 5-də Şəki şəhəri və ətraf rayonların Mərkəz ilə əməkdaşlıq edən 27 ingilis dili müəllimi üçün təlim təşkil edib. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, təlimə Şəki və ətraf regionlardakı məktəblərdə ingilis dilini tədris edən müəllimlərlə yanaşı, Şəki Pedaqoji Kolleci və Azərbaycan […]

Zakir Fərəcov ali məktəblərə qəbul olan məzunlarla görüşüb

Sumqayıt şəhər Kimyaçı Mədəniyyət Sarayında ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, tələbə adını qazanan məzunlar, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara […]

“Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninqlər təşkil olunub

Azərbaycan Dillər Universitetində (ADU) “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninqlər təşkil olunub. ADU-dan Mektebgushesi.az -a bildirilib ki, bu ali məktəbin Multikulturalizm Mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə keçirilən treninqlərdə ali təhsil müəssisələrindən 85-ə yaxın müəllim iştirak edir. Treninqlərdə BBMM-in mütəxəssisləri Rəşad İlyasov, Asəf Qənbərov, Güney Həsənova, Elnurə Həsənova, Anar […]

Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçiriləcək

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 22-də “Ərtoğrol Cavid-100” mövzusunda respublika elmi konfransı keçiriləcək. Akademiyadan Mektebgushesi.az-a bildirilib ki, Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər. Məruzələrin tərtibinə dair tələblər: […]

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə oktyabrın 11-də türkoloq alim Məhəbbət Mirzəliyevanın 70 illik yubileyinə həsr olunan “Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək. AMEA-dan mektebgushesi.az -a bildirilib ki, konfransda “Məhəbbət Mirzəliyeva şəxsiyyəti və dilçilik görüşləri”, “Müasir Azərbaycan dilinin tədqiqi məsələləri”, “Türk filologiyasının aktual problemləri”, “Ümumi və nəzəri […]

Şair İlham Qəhrəmanın yeni kitabı işıq üzü görüb

Şair İlham Qəhrəmanın yeni şeirlər kitabı çap olunub. Mektebgushesi.az xəbər verir ki, bu haqda Kulis.az a müəllif özü məlumat verib. O, “Qanun” nəşriyyatında çıxan “Şairin vətəni sevgidir” adlı kitabı 60 yaşının tamamında üzvü olduğu qurum tərəfindən ona bir hədiyyə kimi qəbul etdiyini vurğulayıb. Belə ki kitab bütövlükdə AYB-nin maliyyə dəstəyi ilə işıq üzü görüb. Bu […]