Mektebgushesi

Aİİ-nin tələbələri “Yay məktəbi”ndə növbəti mühazirəni dinlədi

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir. “Yay məktəbi”nin növbəti günü Bursa Uludağ Universiteti İlahiyyat fakültəsinin dosenti, Din psixologiyası müəllimi İbrahim Gürses həyatı gözəlləşdirməyin yolları, problemlərin həlli üsulları haqqında tələbələrə maraqlı söhbət açıb. Qeyd edib ki, dünyanı iki fikir – həqiqətlər və düşüncələr idarə edir. Düşüncələrə fikirlərin və […]

Koreyalı ekspertlər AMEA-nın Yüksək Texnologiyalar Parkınında olublar

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) qrant proqramı çərçivəsində 2020-ci il üçün qrant layihələri və ölkə üzrə “KOICA CIAT” proqramı ilə bağlı seminar keçirilib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunda təşkil olunan təlim proqramına 6 ölkədən müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndələr qatılıblar. “Texnologiya parklarının planlaşdırma və inkişafı siyasəti: Texnologiyanın transferi […]

BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsəri nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun elmi şurasının qərarına əsasən “Bakı Dövlət Universitetinin tarixi” kitabı çap olunub. İnstitutdan Mektebgushesi.az-a bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsərində Azərbaycanın Avropa tipli ilk ali təhsil ocağının yaradılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin atdığı addımlar, Bakıda universitet yaradılması ilə bağlı […]

Peşə liseyi elmi müəssisə ilə əməkdaşlıq edəcək

Lənkəran Peşə Liseyi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Liseydən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən yeni tədris ilindən müəllim və tələbələr institutun layihələrində iştirak edəcəklər. Layihələr çərçivəsində Lənkəran Peşə Liseyi ilk dəfə çay tingçiliyinin inkişafı ilə bağlı dövlət sifarişi yerinə yetirəcək.

“İlahiyyatçı” qəzetinin iyul buraxılışı çapdan çıxıb

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyatçı” qəzetinin iyul sayı çapdan çıxıb. Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına Müraciəti, Azərbaycan Respublikasının Birinci vitre-prezidenti Mehriban xanım Əliyevanın “Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib” başlıqlı yazısı dərc olunub. Nəşrin ikinci və üçüncü səhifələrində […]

AzInTelecom ali təhsil müəssisələrinin İT sistemlərinin mərkəzləşdirilmiş idarəetməsinə şərait yaradacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq edir. “AzInTelecom” MMC “Microsoft”la imzaladığı saziş çərçivəsində operator qismində bu sahədə fəaliyyət göstərir. NRYTN-dən TED.az-a verilən məlumata görə, ilk mərhələdə ali təhsil müəssisələrinə lisenziyaların paylanması nəzərdə tutulur. Bu məqsədlə ali məktəblər üçün təşkil olunan […]

ADU-da “CLS Azərbaycan dili” proqramı uğurla yekunlaşıb

Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin və ABŞ Dövlət Departamentinin Amerika Şurasının birgə layihəsi olan “CLS Azərbaycan dili” proqramı uğurla başa çatıb. ADU-dan Mektebgushesi.az-a bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova amerikalı tələbələrə proqrama qoşulduqları üçün minnətdarlığını bildirib. O deyib: “Ümid edirəm ki, burada vaxtınızı səmərəli […]

Azərbaycan Tibb Universitetinin müəllimi FENS-in üzvü seçilib

Azərbaycan Tibb Universitetinin (ATU) histologiya, embriologiya və sitologiya kafedrasının baş müəllimi Günel Əyyubova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa Sinir Elmləri Cəmiyyətləri Federasiyasının (FENS – Federation of European Neuroscience Societies) regional forumuna qatılıb.  FENS-ə üzv olan Avropa ölkələrinin Sinir Elmləri Cəmiyyətlərinin nümayəndələri də daxil olmaqla dünyanın 60-dan çox ölkəsindən mütəxəssislər, alimlər iştirak edən tədbirdə poster təqdimatı […]

Zoologiya İnstitutunun əməkdaşları Gədəbəydə ekspedisiyada olublar

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları Gədəbəy rayonunun yüksək dağlıq ərazilərində ekspedisiyada olublar. Akademiyadan AZƏRTAC-a bildirilib ki, ekspedisiya zamanı çöl-tədqiqat materialları, eləcə də iqtisadi cəhətdən faydalı növ olan Göl qurbağasına (Pelophylax ridibundus) aid materiallar toplanıb. Həmçinin bu növün yayılmasının molekulyar-genetik və ekoloji xüsusiyyətləri araşdırılıb, kriptik formaların qarşılıqlı əlaqələri, onların ərzaq əhəmiyyəti olan populyasiyaların formalaşmasında rolu […]

ADU müəllimlərinin “Repetition in discourse” adlı kitab işıq üzü görüb

Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədov, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov və Cəmilə Rəsulovanın müəllifi olduqları “Repetition in discourse” adlı kitab işıq üzü görüb. Almaniyanın LINCOM GmbH nəşriyyat evində çap olunan kitab 93 səhifədən və 2 hissədən ibarətdir. Nitqdə təkrar olunmaya həsr olunan kitabın I hissəsində təkrar olunmanın mətn […]

Nəsimi rayon məktəblilərinin yay tətili günləri yaddaqalan keçir

Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam edir. Bu dəfə belə bir tədbir kimi Mehdiabad qəsəbəsindəki “Omar Atçılıq Mərkəzi”nə ekskursiya təşkil edilib.Tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən olan, təhsildə və idmanda fərqlənən məktəblilər iştirak edib. “Omar Atçılıq Mərkəzi”ndə […]

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsi başa çatıb

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsi başa çatıb. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildiriblər ki, iyulun 23-dən başlanan yay məktəbi çərçivəsində “Təhsil avtobusu” 2500 kilometrdən çox məsafəni qət edərək, 5 bölgədən və 40 kənd, 4 qəsəbə, 3 şəhər məktəbindən akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın məktəblini […]

“Narkomaniyaya qarşı birləşək!” devizi altında maarifləndirici tədbirlər keçirilib

“Sivilizasiya” Monitorinq və Araşdırmalar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkomaniyaya qarşı birləşək!” devizi altında maarifləndirici tədbirlərin keşiriləməsi” layihəsi yekunlaşıb. Ümumbəşəri bəla olan narkomaniyanın fəsadları, onun ağır nəticələri haqqında gəncləri məlumatlandırmaq vacib məsələlərdəndir. Məsələnin aktuallığını nəzərə alaraq, Birlik tərəfindən layihə hazırlanmış və QHT Şurasına təqdim  edilmişdir. […]

Gənc sahibkarlar investisiya ilə mükafatlandırıldı

2018-ci ildə start götürən və 2030 gənci əhatə etmiş “New Generation” layihəsinin bağlanış mərasimi keçirilib. “Coca-Cola” Fondunun əsas dəstəyi, Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən “New Generation” layihəsinin bağlanış mərasimi və final mərhləsi olan “pitch day” Innovasiyalar Agentliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib. “Pitch Day” həmçinin müxtəlif […]

Cavid Əhmədovun “Tarixin daş yaddaşı: Göylər” kitabı çapdan cıxıb

“Elm və təhsil” nəşriyyatı Cavid Əhmədovun “Tarixin daş yaddaşı: Göylər” adlı publisistik-araşdırma kitabını çapdan buraxıb. Mektebgushesi.az xəbər verir ki, kitabda Şamaxı rayonunun ən böyük kəndlərindən olan Göylər kəndinin tarixi keçmişi, bu günü, görkəmli insanlarının həyat və fəaliyyəti, qədim yaşayış məskəninin toponimikası, sakinlərinin etnoqrafiyası, dialekt və şivəsi araşdırılıb, eləcə də Birinci Dünya müharibəsində və Qarabağ savaşında […]