Mektebgushesi

ADMİU-nun tələbəsi Beynəlxalq Yay Kino Məktəbində iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino və Televiziya fakültəsinin Operator sənəti ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat Əhmədov S.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun təşkil etdiyi 11-ci Beynəlxalq Yay Kino Məktəbində iştirak edib. 100 yaşlı kino məktəbinin təşkilatçılığı ilə keçirilən yay məktəbinə Azərbaycanla yanaşı, Çin, Özbəkistan, Ekvador, Macarıstan və Belarusdan tələbələr  qatılıb. N.Əhmədov […]

Xəzər Universitetində “Açıq Qapı” günləri

Xəzər Universitetinin Neftçilər kampusunda “Açıq Qapı” günləri başlayıb. M “Açıq Qapı” günlərinin təşkil olunmasında məqsəd Dövlət İmtahan Mərkəzinin iyul ayının 24-dən avqust ayının 6-a kimi elan etdiyi ali təhsil müəssisəsi və ixtisas seçimi prosesində abituriyentlərə əsaslı yardım göstərməkdən ibarətdir. “Açıq qapı” hər gün (həftə sonu istisna olmaqla) səhər 10-dan axşam 5-ə kimi, avqustun 6-na qədər […]

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi “Bakcell” şirkətinin dəstəyi ilə reallaşıb

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində təşkil olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin keçirilməsinə dəstək göstərib.  “Nəsimi ili”nə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin əsas məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların […]

ADMİU-nun tələbəsi beynəlxalq yay kino məktəbində fəal iştirakına görə mükafatlandırılıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino və Televiziya fakültəsinin operator sənəti ixtisası üzrə IV kurs tələbəsi Nicat Əhmədov S.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) XI beynəlxalq yay kino məktəbində iştirak edib. ADMİU-dan Mektebgushesi.az -a bildirilib ki, Nicat Əhmədov beynəlxalq yay məktəbinin animasiya bölməsinə qatılıb. Bölmənin əsas mövzusu Svetloqorsk şəhəri, onun tarixi, mifləri […]

Sosial proseslərin təhlilində informasiya texnologiyalarının tətbiqi perspektivləri araşdırılır

İnternetin cəmiyyət həyatının bütün sahələrinə nüfuz etdiyi qloballaşma dövründə hər bir insan real ölkə ilə yanaşı, virtual məkanın da vətəndaşıdır və o, İKT-nin yaratdığı imkanlardan geniş istifadə edir. AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev növbəti elmi seminarda səsləndirib. Alimin sözlərinə görə, kimya, sosiologiya, arxeologiya və digər elm sahələri üzrə […]

Yaşıl və inklüziv inkişafda İKT-nin tətbiqi istiqamətləri araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaşıl və inklüziv inkişafda İKT-nin tətbiqi istiqamətləri araşdırılıb. İnstitutdan Mektebgushesi.az-a bildirilib ki, bu barədə şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev növbəti elmi seminarda məlumat verib. Şöbə müdiri qeyd edib ki, cəmiyyətdə inkişafın həm ekoloji, həm də inklüzivlik səviyyəsinin qiymətləndirilməsində və yüksəldilməsində bütün vasitələrdən, o cümlədən ən müasir innovativ […]

Xəzər Universitetinin əməkdaşları AESOP layihəsinin yekununa həsr olunmuş görüşdə iştirak ediblər

Xəzər Universitetinin əməkdaşları Gürcüstanın Akaki Tresteli Dövlət Universitetinin koordinatoru olduğu AESOP-“Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsi çərçivəsində Kutaisi şəhərində keçirilmiş yekun görüşdə iştirak ediblər. Universitetdən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən tədbirdə layihə üzrə həyata keçirilmiş fəaliyyətlərin nəticələri təqdim olunub. Xəzər Universitetinin İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva layihənin ümumi fəlsəfəsindən və əldə edilmiş […]

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Milli Yaylaq Festivalında sertifikata layiq görülüblər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi ölkəmizdə ilk dəfə keçirilən Milli Yaylaq Festivalında iştirak edib. ADMİU-dan Mektebgushesi.az-a bildirilib ki, festivala rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzə fəlsəfə doktoru Sevil Kərimova, dekan müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əziz və universitetin tələbələri qatılıblar. Dizayn […]

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

İyulun 29-da “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində təşkil olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində yekunlaşıb. Tədbirdə layihənin təşkilatçıları,  Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın  Şamaxı filialının nümayəndələri, rayon təhsil şöbəsinin rəhbərliyi iştirak ediblər Bildirilib ki, “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına […]

Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı…” kitabı çapdan çıxdı

“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ” SİLSİLƏSİNDƏN OLAN KİTAB İTKİN-ŞƏHİD XƏQANİ ƏKBƏROVUN TALEYİNDƏN BƏHS EDİRPublisist Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı…” adlı növbəti kitabı işıq üzü görüb. Kitab Qarabağ döyüşlərində itkin düşmüş soydaşımız Xəqani Eyvaz oğlu Əkbərovun həyat və döyüş yolu əsasında qələmə alınmış sənədli povestdir.“Azəri” Poliqrafiya nəşriyyatında nəfis tərtibatla çap olunmuş “Gözlər yoldan yığılarmı…” kitabı Azərbaycan Respublikası […]

Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi proqramını bitirən məzunlara sertifikat verilib

2018-2019-cu tədris ilində “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı”nı bitirən məzunlara sertifikatların təqdimat mərasimi keçirilib. Proqram “British Council” təşkilatı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və turizm sektorundan olan əsas tərəfdaşlar tərəfindən həyata keçirilir. Mərasimdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, “British […]

“Məktəb ailəsi” təlim-istirahət düşərgəsinin növbəti səfəri Quba şəhərinə olub

26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İB-nin “Məktəb ailəsi” təlim-istirahət düşərgəsinin təşkili layihəsi çərçivəsində Quba şəhərinə səfəri baş tutub. Valideynlər, uşaqlar, gənclər, qabaqcıl təhsil işçiləri, təhsil ekspertləri, jurnalistlərin iştirak etdiyi 32 nəfərlik nümayəndə heyəti Qubanın Afurca kəndindəki “Qədim Qala” İstirahət Kompleksində düşərgənin açılışını […]

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Qazaxda

İyulun 27-də “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin növbəti tədbiri Qazax rayonunda keçirilib. Mərasimdə layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın Qazax filialının nümayəndələri iştirak edib. Bildirilib ki, “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə […]

Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir. “Yay məktəbi”nin növbəti günü tələbələr Birinci Çələbi Sultan Mehmet və Əmir Sultan türbələrini, həmçinin “Panorama 1326 Bursa” Fatih Muzeyini ziyarət ediblər. Birinci Çələbi Sultan Mehmet Türbəsini ziyarət zamanı tələbələrə tikili haqqında ətraflı məlumat verilib. Türbə İldırım Bəyazidin oğlu Sultan Mehmet Çələbi […]

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 peşə təhsili müəssisəsinin tələbələri üçün yay təcrübə proqramı keçirilir. Avqustun 30-dək davam edəcək pilot layihə çərçivəsində əsas hədəf qrupu I kurs tələbələridir. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aqroservis mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisaslarında təhsil alan tələbələri bölgənin aqroservis müəssisələrində və fermer təsərrüfatında təcrübə keçirlər. […]