Mektebgushesi

Azərbaycan və Koreya arxeoloqları arasında əməkdaşlıq genişlənir

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Seul Milli Universiteti və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi arasında arxeologiya sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində Arxeologiya və Etnoqrafiya İnstitutunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin əməkdaşları, həmçinin Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri cənab Li Jae-vung və Seul […]

İordaniya parlamentinin deputatları Mərkəzi Elmi Kitabxanada

İordaniya parlamentinin üzvləri, hüquq üzrə mütəxəssis və tədqiqatçılardan ibarət nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar. MEK-dən AZƏRTAC-a bildirilib ki, qonaqlar “Heydər Əliyev – 95”, “Azərbaycan Xalq Cümhuriyyəti – 100”, “İlham Əliyev”, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərlə, son həftə ərzində kitabxanaya yeni təqdim edilmiş mənbələrlə tanış olublar. İordaniyalı qonaqlar kitabxananın akademiklər […]

DİM Direktorlar Şurasının sədr müavini Biləsuvarda vətəndaşları qəbul edib

İyulun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev Biləsuvarda şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib. DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbulda Biləsuvar, Cəlilabad, Masallı rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər. DİM Direktorlar Şurasının […]

Bakıda “Ərəbşünaslıq mərkəzi” açılıb

Beynəlxalq konfransda AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin fəaliyyətindən danışılıb Bakı Avrasiya Universitetində (BAU) “Ərəbşünaslıq mərkəzi” açılıb. AZƏRTAC xəbər verir ki, tədbir BAU ilə Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin əməkdaşlığı çərçivəsində baş tutub. Universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova bildirib ki, mərkəzin təsis edilməsi ilə bağlı müqavilə 2019-cu ilin fevralında imzalanıb. […]

Bakı Ali Neft Məktəbinin tələbələri “CanSat Azərbaycan 2019” müsabiqəsində 2-ci yerin qalibi olub

“Azərkosmos” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə tələbələr arasında keçirilən “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak etmiş komandalar final mərhələdə “Peyk modellərinin uçuş sonrası hesabatı”nı təqdim edib. Komandalar yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin meyarlarına uyğun olaraq qiymətləndirilib. Qiymətləndirmənin yekununa əsasən […]

QHT Şurasının dəstəyilə gənclər internetin faydaları haqqında maarifləndirilib

“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında “İnternetdən necə faydalanmalı?” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi başa çatmışdır. Yüksək texnologiyaların sürətli inkişafı nəticəsində internet uşaqdan böyüyə qədər hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Artıq Azərbaycanda internet istifadəçilərinin sayı kifayət qədərdir və onların […]

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları İlahiyyat İnstitutunu ziyarət ediblər

İyulun 10-da “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər. Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, onları ali tədris müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. İnstitut rəhbəri ümummilli lider Heydər Əliyevin ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər haqqında […]

Gəncə Peşə Təhsili və Təlimi Mərkəzində müasir standartlara cavab verən ilk sənaye emalatxanası açılıb

İyulun 10-da Gəncə Peşə Təhsili və Təlimi Mərkəzində müasir standartlara cavab verən ilk sənaye emalatxanasının açılış mərasimi olub. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, emalatxana mərkəzin yeni tədris planına daxil edilən 6 mühüm ixtisasın tədrisi üçün beynəlxalq standartlara cavab verən sənaye və texniki təlim avadanlıqları ilə təchiz edilib. Yeni açılan emalatxanada tələbələrin təhsil aldıqları […]

Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə tələbə qəbuluna başlanılır

İyulun 9-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulunun başlanılmasına dair mətbuat konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, mətbuat konfransında mərkəzin direktoru Rəşad Xanlarov Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək Peşə Təhsil Mərkəzinə qəbul qaydaları, mərkəzin fəaliyyət istiqamətləri barədə geniş danışıb. Bildirilib […]

Beş ölkənin görkəmli alimləri Azərbaycanda torpaq tədqiqatı aparacaqlar

Qazaxıstanda keçirilən beynəlxalq simpoziumda bu barədə razılıq əldə olunub Qazaxıstanın Almatı şəhərində “Orta Asiyada ətraf mühitin, kənd təsərrüfatında torpaq və su ehtiyatları idarəçiliyinin müasir üsullarla tədqiqi və qiymətləndirilməsi” mövzusunda beynəlxalq simpozium keçirilib. Çin, Rusiya, Yaponiya, Koreya Respublikası, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan alimlərinin iştirak etdiyi simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, […]

ADNSU-nun magistrantı Qızıl medalla mükafatlandırılıb

İyulun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-qaz-mədən fakültəsinin magistrantı Nail Məmmədovun mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbirdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Magistatura bölməsinin dekanı, dosent Əzizağa Qurbanobv, “Avropa Nəşr Mətbuat Evi”nin direktoru Şöhrət Səlimbəyli, “Avropa Nəşr Mətbuat Evi”nin əməkdaşı Sahilə Mirzəqızı, universitetin müəllim və tələbə heyəti iştirak edib. […]

Zəngəzurun tarixinə dair elmi-populyar kitabın təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində  “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən nəşr edilən “Zəngəzur: 100 sual, 100 cavab” adlı kitabın və “Zəngəzur” tarixi sənədli filminin disk-albomunun təqdimatı olub. Tədbir iştirakçıları öncə hər iki təşkilatın son vaxtlar nəşr etdirdiyi kitabların sərgisi ilə tanış olublar. Tarixi faktlarla, xəritə və […]

ADAU-da 2-ci Beynəlxalq yay məktəbi başlayıb

2018-ci ilin 16-28 iyul tarixlərində Azərbaycan Dövlət Aqrar Univesitetində (ADAU) keçirilmiş, 11 ölkənin ali təhsil müəssisələrindən 34 tələbənin iştirak etdiyi “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci Beynəlxalq yay məktəbinin universitetin beynəlxalq nüfuzunun artırılması, dövlətimizin aqrar sahəyə və aqrar təhsilə qayğısının təbliğ edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq, təhsil müəssisəsində 2019-cu ilin 9-18 iyul tarixlərində bakalavriat səviyyəsinin tələbələri […]

“Təhsil avtobusu-Nəsimi” yay məktəbi V-IX sinif şagirdlərini əhatə edəcək

İyulun 23-dən 29-dək “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Nəsimi ili”nə həsr olunan “Təhsil avtobusu–Nəsimi” yay məktəbi keçiriləcək. Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, “Təhsil avtobusu–Nəsimi” Bakı şəhərindən yola düşərək Qusar-Astara-Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Yay məktəbi bu bölgələrdəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan V-IX sinif şagirdlərini əhatə edəcək. […]

Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin-Huzhou Universitetinin tələbələri üçün Azərbaycan-Çin linqvistik-mədəni yay düşərgəsinin açılışı olub. Bu ilki ənənəvi hadisə “Bir kəmər – bir yol” – mədəni səyahət şüarı altında keçirilir. Düşərgənin məqsədi xarici dillərin öyrənilməsi, Azərbaycan mədəniyyəti və ənənələri ilə tanışlıqla yanaşı, iki universitetin tələbələrini müxtəlif tədbirlərdə və müsabiqələrdə özünü sınamaq, […]