Mektebgushesi

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Açıq qapı” günü təşkil olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən “Açıq qapı” günündə abituriyentlər və onların valideynləri ilə görüş təşkil edilib. Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov bu ali təhsil ocağının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli müvafiq Sərəncamına əsasən yaradıldığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi […]

“Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Mektebgushesi.az AZƏRTAC-a istinadən bildirir ki, tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq, ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Akademik bu günə qədər ədəbi cərəyanların az tədqiq olunduğunu bildirib və onların əsaslı şəkildə öyrənilməsinin zəruriliyini vurğulayıb. O, […]

Arxeoloji tapıntıların tarixləndirilməsi qrupu yeni nəticələr əldə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Sahib Məmmədovun rəhbərlik etdiyi arxeoloji tapıntıların tarixləndirilməsi qrupu yeni nəticələr əldə edib. İnstitutdan Mektebgushesi.az-a bildiriblər ki, qrupun gənc tədqiqatçısı, kiçik elmi işçi Aybəniz Əhədova Elektron Paramaqnit Rezonans və Termolüminessensiya metodlarından istifadə edərək Neolit dövrünə aid arxeoloji tapıntıların yaşlarını təyin edib. Tədqiqat zamanı o, […]

Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Azadə Musabəylinin tərtib etdiyi dördcildlik “Əlyazmalar İnstitutundakı türkdilli əlyazmaların toplu kataloqu” çapdan çıxıb. İnstitutdan Mektbgushesi.az -a bildiriblər ki, toplu kataloqun elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. Topluya Əlyazmalar İnstitutunda saxlanılan, […]

Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq: təmir-tikinti işləri

Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mektebgushesi.az-a bildirilib ki, hazırda 6 məktəbdə təmir-tikinti işləri aparılır, 1 məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, 6 məktəbdə isə mövcud binaların və köhnə korpusların yenilənməsi, əlavə korpusun tikintisi işləri planlaşdırılır. Hazırda 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir […]

BDU-da ali təhsil müəssisələrində media ilə işin düzgün təşkilinə dair təlim-konfrans keçirilib

Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: Strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib. Mektebgushesi.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev bildirib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə başlayan təlim-konfransın ilk iclası 5 il əvvəl Bakı Dövlət Universitetində keçirilib və ötən müddət ərzində bütün ali təhsil müəssisələrini […]

Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub

Rusiyanın Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Minbar” İslam araşdırmaları jurnalının sonuncu sayında Azərbaycan haqqında məlumatlar dərc olunub. Jurnalın ilk səhifəsində ulu öndər Heydər Əliyevin “İslam Sivilizasiyasi Qafqazda” I Beynəlxalq Simpoziumunun açılış mərasimindəki nitqindən – “Qafqazda İslamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir, eyni zamanda, İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş […]

Mələk Çakmak ADAU-da mühazirə söyləyib

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbində növbəti mühazirə “FAO və aqrar sahənin innovativ inkişafı ” mövzusunda olub. Mühazirə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak tərəfindən aparılıb. M.Çakmak BMT-nin ixtisaslaşmış təşkilatlarından biri kimi, FAO-nun strukturu, fəaliyyət sahələri, strateji […]

Azərbaycan Dillər Universitetinin magistrantı Bolqarıstanda təlim kursunda iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) magistrantı Fatimə Vəliyeva Bolqarıstanın Bansko şəhərində “Gənclər sahəsi üçün onlayn aktivlik” adlı təlim kursunda iştirak edib. ADU-dan Mektebgushesi.az-a bildirilib ki, 10 ölkədən 30 gənci birləşdirən təlim kursunun əsas məqsədi gəncləri və QHT-ləri insan haqları sahəsində məlumatlandırmaq və onların potensialını inkişaf etdirmək olub. Təlimdə gənclər zorakılıq əleyhinə onlayn kampaniyaların həyata keçirilməsi barədə […]

Gənc arxeoloq alim və tələbələr Qəbələdə çöl tədqiqatlarında iştirak ediblər

AMEA-nın İctimai Elmləri Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Qəbələdə gənc arxeoloq alim və tələbələr üçün təşkil olunan beynəlxalq yay məktəbi başa çatıb. Mektebgushesi.az xəbər verir ki, yay məktəbində gənc alimlər respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələri və əhəmiyyət kəsb edən əsas istiqamətlər üzrə müzakirələrə cəlb olunublar. Arxeologiya və Etnoqrafiya İnstitutunun […]

Paytaxt məktəbliləri üçün təşkil olunan “Yay məktəbi” davam edir

“Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbi əhatə edir. “Yay məktəbi” çərçivəsində 2000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, ekskursiyalar, əyləncəli saatlar təşkil olunur. V-VIII sinif şagirdləri üçün təşkil olunan “Yay məktəbi”nin əsas məqsədi məktəblilərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə, intellektual […]

ADAU -nun yeni tədris korpusu bu ilin sonuna qədər istifadəyə veriləcək

“Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu bu ilin sonuna qədər istifadəyə veriləcək”. Mektebgushesi.az-ın “Report”-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Universitetin rektoru İbrahim Cəfərov deyib. Onun sözlərinə görə, korpusun tikintisinə dövlət büdcəsindən ötən il 5 milyon manat, bu il isə 14 milyon manatdan çox vəsait ayrılıb. “Ümumilikdə, son 3 ildə universitetin maddi texniki […]

LDU-da H.Əliyevə həsr olunmuş konfrans keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) Ümummili lider H.Əliyevin Azərbaycana rəhbərliyinin 50 illiyi ilə əlaqədar konfrans keçirilib.Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və ilk növbədə bütün iştirakçıları bu münasibətlə təbrik edərək bildirib ki,Ulu Öndər ölkəmizin hərtərəfli inkişafının təmin edilməsində misilsiz xidmətlər göstərib.Belə ki,H.Əliyevin 1969-u il iyulun 14-də Azərbaycanda rəhbərliyə gəlməsindən az sonra respublikada […]

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları Heydər məscidini ziyarət ediblər

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları Heydər məscidini ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, 2014-cü ilin dekabrında açılışı keçirilən dini ibadət müəssisəsi Qafqazın ən böyük məscididir. Milli-mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahəni əhatə edir. Məscidin […]

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun təşkilatçıları mətbuat konfransı keçiriblər

11-12 iyul 2019-cu il tarixdə ölkəmizin paytaxtında təşkil olunan “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun yekun mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Simpoziumun məqsədləri barədə məlumat verilib. Simpozium Qafqazda İslam sivilizasiyasının yayılması […]