Mektebgushesi

BŞTİ-də görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Moskva Şəhər Elm və Təhsil Departamentinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdir müavinləri Nərgiz Səfərova, İlhamə Abdullayeva, Moskva Şəhər Elm və Təhsil Departamentinin müdir müavini Alena Şaxova, Moskva Şəhər Elm və Təhsil Departamentinin Texnoloji Modernləşmə Mərkəzinin direktor müavini Aleksandr Dabryakov, Moskva Şəhər Elm və Təhsil Departamentinin İnfrastrukturun İnkişafı […]

“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda “dəyirmi masa” keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə 19 aprel 2019-cu il tarixdə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nı giriş nitqi ilə açan Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli şair və mütəfəkkir İmadəddədin Nəsiminin Azərbaycan dilinin və ədəbiyyatının […]

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası”nın 14-cü ümumi yığıncağı keçirilib

Aprelin 17-də “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” (AVMA) İctimai Birliyinin 14-cü ümumi yığıncağı keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən ictimai birliyin icraçı direktoru Şahin Rəcəbov təşkilatın fəaliyyətindən danışıb. Bildirib ki, AVMA 2005-ci ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış təhsil platformasıdır. Bu platforma ABŞ modelindən götürülüb və bütün inkişaf etmiş dövlətlərdə fəaliyyət göstərir. […]

Azərbaycan İlahiyyat İnstitutu Ağcabədi rayonunda abturiyentlərlə görüş keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Ağcabədi rayonuna olub. Aİİ kollektivi öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə şəhərin mərkəzində ümummilli lider Heydər […]

GDU ilə Mədəniyyət Nazirliyi arasında müqavilə imzalanıb

Müxtəlif sahələrə aid olan metod və potensialların səfərbər olunması, habelə müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkə rəhbərliyinin dövlət idarəetmə siyasətinin əsas xüsusiyyətlərindəndir. Fəaliyyətin səmərəliliyinin artırılması, habelə müxtəlif sahələrin potensiallarının səfərbər olunması məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq öz rəsmi tərəfdaşlıq əlaqələrini genişləndirir. Yerli və xarici elmi, habelə ali təhsil müəssisələri […]

Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün təşkil olunan növbəti xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri tədris planına və proqramına uyğun olaraq, Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetiriblər. Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov və akademiya heyətinin üzvləri təlimdə iştirak ediblər. Təlimdə dinləyicilər təhlükəsizlik qaydaları, atışın şərtləri və digər […]

Pedaqoji Kollec Mətbuat Şurası ilə birgə tədbir keçirib

Azərbaycan Mətbuat Şurasının və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə tədbiri keçirilmişdir. Tədbir Dövlət başçımız Cənab İlham Əliyevin ölkədə aparılan sosial islahatlarla bağlı və bu paketə daxil olan “Vətəndaş məmnunluğunun dərinləşməsinə doğru” mövzusuna həsr olunmuşdur. Mektebgushesi.az xəbər verir ki, tədbirdə mətbuat şurasının sədri, Millət vəkili Əflatun Amaşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri […]

Dövlət Gömrük Komitəsinin Akademiyasında “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi ayrılmış “Gömrük orqanlarının texniki nəzarət vasitələri” fənn xidməti otağında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün “Narkotik vasitələrin, psixator maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib. Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov, Akademiyanın əməkdaşları Şahin Hüseynov […]

ADAU-nun alimləri Qazaxda təlim keçib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı NazirliyininTəhsil və təlim şöbəsi tərəfindən universitetə daxil olan müraciətə əsasən aprel ayı ərzində nəzərdə tutulan təlimlərin keçirilmə qrafikinə uyğun Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və zoomühəndislik fakültəsinin “Epizootologiya, mikrobiologiya və parazitologiya” kafedrasının dosenti Fəxrəddin Mustafayevin, “Heyvandarlıq və balıq məhsualları istehsalının texnologiyası” kafedrasının baş müəllimləri Rafiq Allahverdiyevin, Sənəm İbrahimovanın iştirakı ilə […]

Türkiyəli qonaqlar inklüziv təhsil siniflərində olublar

Ölkəmizdə səfərdə olan Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri paytaxtdakı 138 nömrəli tam orta məktəbdə olub və sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu inklüziv təhsil sahəsi ilə maraqlanıblar. Görüşdə Təhsil nazirinin müşaviri Nigar Bağırlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent […]

İnkişaf və investisiya – gənc sahibkarlar ilk addımını atdı

“Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2012-2019-cu illər ərzində həyata keçirilən “New Generation” layihəsinin III mərhələsi üzrə fəaliyyət davam edir. New Generation Laboratory adlanan bu mərhələdə layihəyə müraciət edərək öncəki mərhələlərdə iştirak edən gənc startapçılar və sahibklardan seçilmiş 40 layihə iştirak edir. Fərqli […]

BSU üzrə YAP Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib

Aprelin 17-də Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) hesabat seçki yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə əklil qoyublar. Əklil qoyma mərasimində BSU-nun rəhbər heyəti ilə bərabər YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, YAP-ın Nəsimi rayon təşkilatının aparat rəhbəri Azər Süleymanlı […]

Milli Məclisin deputatları Səbail rayonundakı 189-190 nömrəli tam orta məktəbdə olublar

Aprelin 16-da Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə və Kamilə Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Səbail rayonunda yerləşən 189-190 nömrəli tam orta məktəbin qonağı olublar. YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, deputatlar məktəbdə mövcud təlim-təhsil şəraiti ilə, yaradılan mənəvi-psixoloji mühitlə tanış olub, sinif otaqlarını gəzib, müxtəlif […]

Gəncə Dövlət Universitetinin müəllimləri məktəblilərlə görüşüb

Gəncə Dövlət Universitetinin ümumtəhsil məktəblərində təbliği məqsədilə professor-müəllim heyəti üzvlərindən yaradılmış işçi qrupunun şəhərin 4, 6, 11, 23, 25, 27, 31,39,və 41nömrəli tam orta məktəblərində yuxarı sinif şagirdləri ilə görüşü keçirilib. Bu barədə işçi qrupun sədri, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev Mətbuat və ictimaiyyətə əlaqələr xidmətinə məlumat verib. Bildirilib ki, universitetin rektoru, […]

ADAU-da “Heydər Əliyev və Müstəqil Azərbaycan Gəncliyi” mövzusunda intellektual yarış keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun əmrininin icrasını təmin etmək məqsədilə Azərbaycan xalqınının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Heydər Əliyev və Müstəqil Azərbaycan Gəncliyi” mövzusunda fakültələrarası intellektual yarış keçirilib. Yarışda 6 fakültə iştirak edib. Finala Aqronomluq, Aqrobiznes və idarəetmə , Aqrar iqtisadiyyat fakültələrinin tələbələri çıxıb, […]