Mektebgushesi

ADU-da Dövlət Bayrağı Günü qeyd olunub

  Noyabrın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri keçirilib. Universitetin rektoru akademik Kamal Abdulla tədbirdəki çıxışında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qəbul olunmuş üçrəngli bayraq hələ sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda bir daha ucaldılıb: “Həqiqətən də “Bir kərə yüksələn bayraq bir daha enməz” […]

Qrant layihə çərçivəsində seminar keçirilib

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisəsində “Veloməktəbli” qrant lahiyəsi çərçivəsində təlim-seminar keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbdə təşkil olunmuş təlim-seminarın əsas məqsədi məktəbliləri idmanın bu növünə həvəsləndirmək, velosiped idmanı üzrə kütləviliyin artırılmasına nail olmaqdan ibarətdir. Təlim-seminarda Respublika Olimpiya Velosiped Məktəbinin və Gənc Velosipedçilər İctimai Birliyinin nümayəndələri, […]

301 saylı məktəbdə “Bir gəncin manifesti” səhnələşdirilib

  Binəqədi rayon Biləcəri qəsəbəsindəki 301 saylı tam orta məktəbdə yazıçı Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Məktəbin direktoru Məmməd Səfərov giriş sözü ilə çıxış edərək, ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Onun əsərlərinin xalqımızın həyatında çox müsbət rol oynadığından danışdı. […]

Əlyazmalar İnstitutu İranın Gilan Universiteti ilə əməkdaşlıq edəcək  

İran İslam Respublikasının Gilan Universitetinin professoru Seyid Haşəm Musəvi və Abbas Pənahi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimovla görüşdə qonaqlara müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, burada qorunub saxlanılan əlyazmalar və aparılan […]

Azərbaycan İlahiyyat İnstitutu tələbələrin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin asudə vaxtının səmərəli təşkili üçün tədbirlər silsiləsini davam etdirir. İnstitutdan Mektebgushesi.az-a bildirilib ki, Aİİ-də müxtəlif sosialyönümlü, maarifləndirici tədbirlərlə yanaşı, əyləncəli proqramların da reallaşdırılmasına başlanılıb. Bu məqsədlə, həftənin şənbə günləri saat 14:00-da Aİİ-nin konfrans zalında film nümayişlərinin təşkili nəzərdə tutulub. İlkin olaraq “Yaşamaq gözəldir” adlı film göstərilib, fasilədə kofe-breyk təşkil edilib, filmin […]

Turizm və Menecment Universitetinin nümayəndələri Bolqarıstanda səfərdə olublar

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tədris işləri üzrə prorektoru İranə Əliyeva və tədris-metodiki şöbənin müdiri Nərminə Abdullayeva Bolqarıstanda səfərdə olublar. ATMU-dan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi universitet tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsinin təşkilinə və keçirilməsinə dair müzakirələr aparmaq, həmçinin sənaye müəssisələrində mövcud şərait, tələb və şərtlərlə tanışlıqdır. Səfərin ilk günü Azərbaycanın Bolqarıstandakı […]

ADU – da Koreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreyaşünaslıq Akademiyasının təşkilatı dəstəyi ilə Koreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilib. Tədbir ADU-nun rektor məsləhətçisi Anar Osmanlının açılış nitqi ilə başlayıb, ardınca Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirinin müşaviri Lee Je Vunq tədbir iştirakçılarını salamlayıb. Tədbirin birinci hissəsində öncədən müsabiqə yolu seçilmiş 6 nəfər tələbənin inşalarının təqdimatı keçirilib.  ADU-nun  Tərcümə […]

“Qızlar futzal kuboku” turnirinin qalibi müəyyənləşib

Quba Olimpiya İdman Kompleksində UEFA-nm və AFFA-nm dəstəyi ilə 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib. AZƏRTAC xəbər verir ki, 12 məktəb komandasının iştirak etdiyi yarışın qalibi Dağlı kənd orta məktəbinin komandası olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Qırmızı qəsəbə 1 nömrəli orta məktəbin və Qaraçay kənd orta məktəbinin komandaları tutublar. […]

“Zabitlər” bağında Xeyriyyə aksiyası təşkil olunub

  Tahir Həsənov adına 23 saylı məktəb və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə xeyriyyə yarmarkası təşkil olunub. Noyabrın 3-də Bakı şəhəri, “Zabitlər” bağı adlanan ərazidə Tahir Həsənov adına 23 saylı məktəb və Nəsimi Rayon İcra Hakimiyyətinin “Uşaq Hüquqları” aylığı çərçivəsində birgə təşkil etdikləri xeyriyyə yarmarkası keçirilib. Tədbir məktəbin direktoru Yuliya Kərimovanın çıxışı ilə başlanıb. […]

Vətənə sevgi vətənpərvərlikdən başlayır

Vətənpərvərliyin mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürur kimi də hallanır. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz doğma torpağına, dilinə və adət ənənələrinə bağlanmış […]

MDU-nun tələbələri nöbəti aksiya keçiriblər

  Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin tələbələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs Uşaq Nevroloji Sanatoriyasının sakinlərini ziyarət ediblər. Tələbələr özləri ilə gətirdikləri ərzaq və geyim ləvazimatlarını balaca sakinlərə hədiyyə ediblər. Uşaqlar tələbələri şadyanalıqla qəbul ediblər. Sevinclərinin həddi-hüdudu olmayan uşaqlar tələbələri qucaqlayır, doğmaları kimi qəbul edirdilər. Tələbələr də onları oxşadır, yeni geyimlərini onlara geyindirir, […]

DİM Gəncədə konfrans keçirib

Gəncə şəhərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda konfrans keçirilib Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən noyabr ayı ərzində Bakı şəhəri və digər regionlarda “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda konfranslar keçiriləcək. Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul […]

90 yaşlı müəllimin kitab təqdimatı – FOTOLAR

Şamaxı rayon quşcu kənd orta məktəbində uzun illər müəllim işləmiş, 90  yaşlı Ağasəlim Ağakərimovun            “Sevindirək könülləri” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə müəllimlər, kəndin  ziyalıları, Ağasəlim müəllimin illərlə yetişdirdiyi tələbələri iştirak etmişlər. Tədbiri açıq elan edən və kitaba ön söz yazmış Zahir Məmmədli kəndin tarixindən, kəndin ziyalılarından danışaraq bildirdi ki, kəndin […]

Müəllim və valideynlərin səyyar qəbulu keçirilib

Noyabrın 2-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, müəllim və valideyn müraciətlərinin yerində dinlənilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq […]

“Atalar sözləri Azərbaycan tarixi və mədəniyyətinin aynası kimi” mövzusunda dəyirmi masa keçirilib

Noyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) “Atalar sözləri Azərbaycan tarixi və mədəniyyətinin aynası kimi” mövzusunda dəyirmi masa keçirilib. Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva atalar sözləri və məsəllərin şifahi xalq ədəbiyyatının bir qolu olduğunu deyib. O, qeyd edib ki, müxtəlif hadisələrlə bağlı yerində deyilmiş bir fikir zamanla atalar sözü kimi hüquq qazana bilir. Müasir dövrdə […]