Mektebgushesi

AzTU-da doktorantlarla görüş keçirilib

Noyabrın 2-də Azərbaycan Texniki Universitetininin (AzTU) rektor əvəzi, professor Xalıq Yahudov universitetin fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsil alan doktrantları və onların elmi rəhbərləri ilə görüşüb. Rektor əvəzi çıxış edərək AzTU-da doktorantura proqramı üzrə təhsil alanlar üçün son illər yaradılan şəraitdən, görülən işlərdən danışıb. Professor Xalıq Yahudov qeyd edib ki, doktorantların elmi fəaliyyəti və […]

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminarlar

Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün seminar-məşğələlər keçirilir. BŞTİ -dən Mektebgushesi.az -a verilən məlumata görə, seminarların keçirilməsində əsas məqsəd məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək və onlara fənnin məzmunu, strategiyası barədə daha geniş məlumat verməkdən ibarətdir. […]

Dillər Universitetində Çin Elmlər Akademiyasının professoru ilə görüş keçirilib

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Elmlər Akademiyasının məşhur tarixçisi professor Chen Wei ilə görüş keçirilib. Çinli alim ADU tələbələri üçün qədim İpək Yolu üzərində elmi və texniki bilik tarixinə aid mühazirə oxuyub. Professor Böyük İpək Yolunun əsrlər boyunca müxtəlif xalqları bir araya gətirərək, fikir və bilik mübadiləsi, dil və mədəniyyətlərin qarışılıqlı zənginləşdirilməsini təmin […]

AzTU-da tələbələr arasında “Red Bull Mind Gamers” yarışı keçirilib

  Azərbaycan Texniki Universitetində (AzTU) Gənclərin Virtual İdarəetməsi və İnkişafı Mərkəzinin (GVİİM) təşkilatçılığı ilə tələbələr arasında “Red Bull Mind Gamers” yarışı keçirilib. Yarışın açılışında iştirak edən AzTU-nun prorektoru, professor İsa Xəlilov “Red Bull Mind Gamers” haqqında tələbələrə məlumat verib. Prorektor bildirib ki, “Red Bull Mind Gamers” ən parlaq və maraqlı zəkalardan ibarət bir topluluq yaratmaq […]

BANM-da Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi

  Noyabrın 1-də Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə baş tutan və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) Məzun Günü keçirildi. Tədbirdə SOCAR və BP şirkətlərinin rəhbər şəxsləri və digər qonaqlar iştirak ediblər. Məzunlarına Corc Vaşinqton Universitetinin Magistr […]

BSU-da leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək aksiyası keçirilib

Oktyabrın 31-də Bakı Slavyan Universitetində “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə “Leykemiya – hökm deyil” adlı xeyriyyə sərgisi keçirilib. Layihənin məqsədi leykemiya xəstəliyi (qan xərçəngi) haqqında tələbələri maarifləndirmək və bu xəstəliklə mübarizə aparan uşaqlara dəstək proqramları üçün vəsait toplamaqdır. “Leykemiya ilə Mübarizə” İctimai Birliyi könüllüsü Fətulla Fətullayev qeyd edib ki, xeyriyyə sərgisinin təşkilatçıları həm […]

Kamal Abdulla Kosta-Rikanın müvəqqəti işlər vəkili ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Kosta-Rika Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Jairo Lopez Bolanosla görüşüb. Qonağı salamlayan akademik Kamal Abdulla ADU-da ispan dili və mədəniyyətinin geniş təbliğ edildiyini bildirib. Kamal Abdulla deyib ki, Kosta-Rikanın ziyalıları, universitetləri ilə geniş əlaqələrin qurulması istiqamətində diplomatın dəstəyinə ehtiyac var. Universitetden Mektebgushesi.az-a bildirilib ki, Rektor […]

Məktəblilərimiz beynəlxalq yarışlardan uğurla qayıdıblar

Paytaxt məktəblilərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı parlaq uğurları davam edir. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 13 nömrəli tam orta məktəbin V sinif şagirdi Orxan Məlikov Gürcüstanda cüdo idman növü üzrə keçirilən beynəlxalq yarışda 40 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Final mərhələdə erməni idmançını […]

ADAU-nun daha 32 tələbəsi sürücülük vəsiqəsi aldı

ADAU-nun daha 30 tələbəsi sürücülük vəsiqəsi alıbAzərbaycan Dövlət Aqrar Universitetin Mühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kurslarını bitirən daha 32 tələbəsi sürücülük vəsiqəsi alıb. Kursu bitirən daha 32 tələbə Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətin “Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək” […]

Paytaxtda məktəblilər üçün “Uğurlu peşə seçimi” mövzusunda təlim keçirilib

“Məktəblinin dostu” layihəsi çərçivəsində 57 nömrəli tam orta məktəbdə təşkil olunan təlimdə məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, təlimin əsas məqsədi məktəblilərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara köməklik göstərilməsi, övladlarını yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltmək barədə valideynlərin məlumatlandırılmasından ibarətdir. Təlimdə şagirdlərə […]

Nəsiman Yaqublu Azərbaycan Universitetində Cümhuriyyət haqqında mühazirə oxuyub

Azərbaycan Universitetində keçirilən ənənəvi “Azərbaycan Xalq Cümhuriyyəti-100” mühazirəsinin növbəti qonağı Cümhuriyyət irsinin araşdırıcısı, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu olub. Universitetdən Mektebgushesi.az-a bildiriblər ki, tədbirdə ali məktəbin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinin dövlət səviyyəsində qeyd olunduğunu söyləyib. Diqqətə çatdırılıb ki, Azərbaycan Universitetində də il ərzində bu istiqamətdə müxtəlif […]

AzTU-da ERASMUS+layihəsi çərçivəsində yaradılmış “Ustadlıq Mərkəzi”nin açlışı olub

Oktyabrın 30-da Azərbaycan Texniki Universitetində (AzTU) “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavırı”-ERASMUS+ layihəsi çərçivəsində yaradılmış “Ustadlıq Mərkəzi”nin açlışı olub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, ədbirin açlışını ilk çıxışı ilə açan AzTU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov “Ustadlıq Mərkəzi”də yerləşən avadanlıqların tədrisin […]

Psixologiya aid yeni kitab nəşr olunub

Psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlının “Koqnitiv Psixologiya: dərketmə fəaliyyətinə müasir yanaşma” adlı yeni kitabı işiq üzü görüb. Kitab 9 fəsildən 53 bölmədən ibarətdir.  I FƏSİL. KOQNİTİV PSİXOLOGİYANIN MÖVZUSU, MƏQ-SƏD VƏ VƏZİFƏLƏRİ, TƏDQİQAT METODLARI 1.1. Koqnitiv psixologiyanın mövzusu, məqsədi və vəzifələri 1.2. Koqnitiv tədqiqatlara verilən tələblər: metodlar, modellər, prinsiplər.  1.2. Əsas koqnitiv anlayışlarII FƏSİL. FƏLSƏFƏ, […]

Gənc müəllimlərlə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüşlər keçirilir. Mektebgushesi.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan görüşlərin əsas məqsədi gənc müəllimlərin məktəb mühitinə uyğunlaşmasına təkan vermək, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması baxımından onları istiqamətləndirmək, tədris prosesində ünsiyyət mədəniyyətini yüksəltmək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdan ibarətdir. Görüşlərdə sağlam […]

Türkiyənin Amasiya şəhərində IV Beynəlxalq Həmzə Nigari Simpoziumu keçirilib

25-27 oktyabr 2018-ci il tarixdə Amasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, AÜSSAM (Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və AZERDER (Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi) tərəfindən Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində IV Beynəlxalq Həmzə Nigari Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan […]