Mektebgushesi

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “1 sual, 1 cavab” rubrikasına start verilib. Təşəbbüsdə əsas məqsəd təhsil işçilərini daha çox düşündürən suallara aydınlıq gətirilməsindən ibarətdir. Sosial şəbəkə vasitəsilə suallarına cavab tapmaq istəyən təhsilverənlər TDM-in “Facebook” (https://www.facebook.com/tdm.edu.az) və “İnstagram” (https://www.instagram.com/tdm.edu.az?igsh=MXc2NGprYmQ1ZjYxNw==) səhifələrində paylaşılan məlumatların altından onları maraqlandıran suallarını qeyd edə bilərlər. Müəllimlərin suallarının […]

Eşqi Bağırov: 345 məktəbdə yoxlama aparılıb, 55 nəfər işdən çıxarılıb

  Bu ilin üç ayında 345 məktəbdə yoxlama aparılıb, 55 nəfər işdən çıxarılıb. Mektebgushesi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, həmin müddətdə 89 nəfərə xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib.

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü – Fotolent

Aprelin 18-də  “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin ikinci günü davam edir. Final mərhələsində riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri üzrə 113  elmi-tədqiqat layihəsi iştirak hüququ qazanıb. Qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

İki qardaş ölkə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyənin təhsil işçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bakı şəhəri 18 nömrəli tam orta məktəb ilə Türkiyənin İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyi arasında “Qardaş məktəblərin əməkdaşlığı müqaviləsi” imzalanıb. Səfər çərçivəsində qonaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, “Türk şəhidliyi” abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi və mədəni-tarixi məkanlarda olublar. Qonaqlar, həmçinin 18 nömrəli tam orta […]

Naxçıvanda ilk dəfə sertifikasiya imtahanı keçiriləcək

  Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, dəqiq tarix məlum olmasa da, Bakıda baş tutacaq imtahanla bir-iki gün fərqi ilə də olsa, baş […]

ADPU-nun əməkdaşları Niderland Krallığında səfərdədirlər

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Keyfiyyətin təminatı şöbəsinin müdiri Qalib Şərifov və Beynəlxalq layihələr və qrantlar şöbəsinin baş mütəxəssisi Gülnar Dəmirova Erasmus+ proqramı çərçivəsində icra olunan Avropa Komissiyasının (AK) maliyyələşdirdiyi  “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təlim, tədris və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsinin Niderlandda […]

Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb

Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, sertifikatlaşdırma iyun ayında keçiriləcək. “Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq”, – E.Bağırov deyib.

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Mektebgushesi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. E.Bağırov bildirib ki, Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək olacaq: “Tədris digər […]

BSU-da  “İnklüziv cəmiyyətdə maneələr və yeni texnologiyalar”  mövzusunda məlumat sessiyası keçirilib

  Aprelin 2-də Bakı Slavyan Universitetində (BSU-da) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində “İnklüziv cəmiyyətdə maneələr və yeni texnologiyalar”  mövzusunda məlumat sessiyası keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu günün Azərbaycan tarixində xüsusi əhəmiyyətli tarix olduğunu xatırladaraq Aprel döyüşlərinin şanlı zəfərimizin başlanğıcı olduğunu […]

ADPU-nun Şəki filialında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər keçirilir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ADPU-nun Şəki filialında dasilsilə tədbirlər təşkil olunur. Aprelin 17-də keçirilən “Yaşıl dünya naminəhəmrəylik” mövzusunda elmi-praktik konfrans da bu qəbildəndir.Konfransı giriş sözü açan filialın direktoru, dosent Vurğun Məmmədov çağdaşdünyanın müasir ekoloji problemləri, onların bəşəriyyətə törətdiyi təhlükələr, butəhlükələri önləmək üçün dünya miqyasında görülən işlər haqqında danışaraq, ölkəbaşçısı, cənab Prezident İlham Əliyevin […]

AzMİU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Polşanın Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib. Elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak etdiyi görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova Azərbaycan – Polşa  əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından, müxtəlif […]

BSU-da “ Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində elmi seminar keçirilib

BSU-da “ Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq “Azərbaycanın yumşaq diplomatiyasında iqlimin qorunmasına dəstək mexanizmləri” mövzusunda elmi seminar keçirilib. Aprelin 17-də Bakı Slavyan Universitetində (BSU) “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq “Azərbaycanın yumşaq diplomatiyasında iqlimin qorunmasına dəstək mexanizmləri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarın moderatoru […]

Lənkəran Regional Elmi Mərkəzində növbəti seminar keçirilib – FOTO

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi seminar keçirilib. Bu barədə mərkəzdən bildirilib. Seminarı giriş sözü ilə Lənkəran REM-nin direktoru Mehman Əliyev açaraq Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını […]

Ceyhun Məmmədov: həm məktəb, həm də kollec direktorları ciddi formada seçilməlidir

Bir müddət bundan əvvəl kolleclər universitetlərə verildi ki, onların fəaliyyətindəki nöqsanlar aradan qalxsın və kolleclərdəki təhsilin keyfiyyəti artsın. Amma təəssüf ki, bu da effekt vermədi. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. Ceyhun Məmmədov bildirib ki, bu gün kolleclərdə hələ də neqativ hallar […]

AzTU-da keçirilən əmək yarmarkası keçirilib -FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Texniki Universiteti (AzTU) və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, AzTU-nun rektoru Vilayət Vəliyev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iştirak edib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən AzTU-nun […]