Mektebgushesi

“Düşünən şagird” müsabiqəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Düşünən şagird” müsabiqəsinə start verilib. Müsabiqə təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə keçirilir. Müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin Vlll-Xl […]

BDU əməkdaşı Türkiyədə beynəlxalq konfransda triboelektrik nanogeneratorun hazırlanması haqqında məruzə edib

  Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, Fizika fakültəsinin lll kurs doktorantı Orxan Güləhmədov Türkiyənin Kayseri şəhərinin Erciyes Universitetində təşkil olunan “Gələcək nəsil üçün material elmləri və nanotexnologiyalar” adlı X Beynəlxalq konfransda (10 th International Conference on the Materials Science and Nanotechnology for Next […]

    Bakı Ali Neft Məktəbində “4SİM TALKS” adlı tədbir keçirilib

  Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “4SİM Talks” adlı silsilə tədbirlərin keçirilməsinə start verib. Bu təşəbbüsün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayəndələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü Sənaye İnqilabı texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını […]

Ceyhun Məmmədov – Bir millət, iki dövlət mesajı

  Bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən şanlı və şərəfli günlərini yaşayır: “Bu əlaqələrin inkişafında Türkiyə Prezidenti və Prezident İlham Əliyevin müstəsna xidmətləri var. BMT-nin Baş Assambleyasinda Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mövqeyini dəstəkləyən çıxışı heç şübhəsiz ki, bu dəstəyin ən bariz nümunələrindən biri idi. Türkiyə hər zaman ən həssas dövrlərdə dövlət rəhbəri səviyyəsində Azərbaycanın yanında […]

Məktəbli qızı avtomobilinə mindirmək istəyən şəxs həbs edildi

  Bakıda məktəbli qıza söz atıb, onu məcburi avtomobilinə mindirmək istəyən şəxs həbs edilib. “Qaynarinfo”nun məlumatına görə, hadisə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 183 ünvanının yaxınlığında baş verib. 22 sentyabr 2023-cü il tarixdə saat 7 radələrində 1977-ci il təvəllüdlü Tahir Muxtarov (ad-soyad şərti) H.Əliyev prospekti, 183 ünvanının yaxınlığında idarə etdiyi avtomobillə hərəkətdə olarkən işıqforda […]

Tələbələr “Narkomaniya və tütündən istifadəyə qarşı” maarifləndirildilər

Tibb Kollecində “Narkomaniya və tütündən istifadəyə qarşı” maarifləndirmə tədbiri keçirildi. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən keçirilən və Şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbirdə giriş sözü ilə çıxış edən 2 saylı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, narkomaniyaya qarşı maarifləndirmə tədbirlərinin tələbələr üçün əhəmiyyətini, Ümumdünya Səhiyyə […]

Gələn il ali məktəblərə qəbul imtahanının II mərhələsi üçün proqramlar açıqlanıb

Dövlət İmtahan Mərkəzi gələn il üçün ali məktəblərə qəbul proqramlarını açıqlayıb. DİM-dən verilən məlumata görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olmaq mümkündür. 1. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi) 2. Ali təhsil müəssisələrinə qəbul imtahanının […]

Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir – Fotosessiya

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub. 2023-cü ilin iyul ayında Bakı şəhəri Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib. Yeni istifadəyə verilən 2  uşaq bağçasında ümumilikdə 10 qrup fəaliyyət göstərir. Uşaq bağçalarında 3-6 yaşlı 200 uşağın təlim-tərbiyəsi ilə 46 nəfər […]

AzTU-nun iki məzunu şəhidlik zirvəsinə yüksəlib

  19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin məzunu, leytenant Şəhriyar Əliyev, Metallurgiya və materialşünaslıq fakültəsinin məzunu, leytenant Davud Bayramov şəhidlik zirvəsinə yüksəlib. Bu barədə universitetdən Mektebgushesi.az-a məlumat verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

BDU- da qazilərlə görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Tədbirdə Vətən müharibəsi qaziləri İsmayıl Hacıyev, Elşən Cəbrayılov, Fərid Bağırlı, Cavid Həsənov, Emin Əzimzadə, Şahmurad Baxışəliyev, Təbriz Zöhrablı, Ruslan Şıxıyev, Şahin İbrahimov, Yusif Fərəcov, Səid Kərimov, Namiq Əhmədov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Qazilərdən Şahin İbrahimov, Yusif Fərəcov,  Səid Kərimov Kimya fakültəsinin […]

Pedaqoji Universitetdə QDF rəhbərliyi ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş təşkil edilib  

Sentyabrın 28-də gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib. Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə baş tutan və “#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən görüşdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, eləcə də ADPU-nun professor-müəllim heyəti və 400-ə yaxın tələbəsi iştirak […]

MDU-nun koordinatoru olduğu Erasmus+ layihəsinin növbəti təlimlərinə start verilib

  Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib. 25-29 sentyabr tarixlərini əhatə edən təlimlər İspaniyanın Kataloniya Politexnik Universitetində (UPC) keçirilir. Təlimlərdə ENGAGE layihəsində təmsil olunan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvlərindən […]

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılacaq

  Bu gün Bakıdakı Rus Evində Rusiya ali təhsil müəssisələrinin sərgisi açılacaq. Sərgidə abituriyentlər ali məktəblərin nümayəndələri ilə ünsiyyət qura və birbaşa aktual məlumat əldə edə biləcəklər. Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib. Ziyarətçilər konkret universitetdə təhsil almaq imkanları, qəbul qaydaları, sənədlərin verilməsi vaxtı, universitetlərin ehtiyat imkanları barədə məlumat əldə edəcəklər. Sərgi sentyabrın 30-da […]

AMEA-nın Naxçıvan Bölməsində yeni təyinat olub

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda icraçı direktor vəzifəsinə təyinat olub. “Report” xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Akademiyanın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda icraçı direktor vəzifəsinə təyin olunub. Qeyd edək ki, Vəli Baxşəliyevin müstəqillik dövrü Naxçıvan […]