Mektebgushesi

Ankara Universitetinin professorları AzTU-da olub

  Türkiyənin Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi bölümünün müdiri professor Harun Tanrivermiş və fakültənin professoru Mustafa Tombul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüş zamanı Ankara Universitetinin Tətbiqi elmlər və AzTU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin bakalavr və magistr hazırlığı istiqamətində birgə proqramlarda […]

ADNSU-da yeni tədris ilinə hazırlıqla bağlı müzakirələr aparılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun yeni tədris ilinə hazırlıqla bağlı ADNSU-nun professor və müəllimləri ilə görüşü olub. Bu barədə Mektebgushesi.az -a ADNSU-dan məlumat verilib. Görüşdə V.Əskərov ADNSU-da təhsilin inkişafı, müasirləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, qarşıda duran məsələlərdən danışıb, bu il universitetə rekord sayda tələbə qəbul […]

1306 müəllim müddətli müqavilə ilə işə qəbul olunub

5-7 sentyabr tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Vakansiya seçimi mərhələsində uğur qazanan 1 306 namizəd müddətli müqavilə ilə işləmək imkanı əldə edib. Namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən […]

Distant təhsilin təşkili ilə bağlı metodik vəsait hazırlanıb

  Təhsil İnstitutu “Ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji heyəti üçün distant təhsilin təşkili” adlı metodik vəsait hazırlayıb. İnstitutdan  bildirilib ki, metodik vəsaitin hazırlanmasında əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələrində çalışan pedaqoji heyətə öz fənlərini və yeni məzmunu gələcəkdə tədris etmələri üçün yol göstərmək və tövsiyələr verməkdir. Vəsait müəllimlərin hazırlıq səviyyələri, yəni onların […]

Yeni tədris ilində 1,6 milyon şagird təhsil alacaq

  2023-2024-cü tədris ilində 114 min 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb olunacaq. Yeni tədris ilində 1,6 milyon şagird təhsil alacaq. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 135 000 uşaq birinci sinifdə təhsil alacaq, 80 min 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.  

MDU Almaniyada beynəlxalq yay məktəbində təmsil olunub

  2023-ci ilin 21-25 avqust tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) tərəfdaşlıq etdiyi “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar (GEOCLIC)” adlı Erasmus+ layihəsi çərçivəsində Almaniyanın Berlin Texniki Universitetində həyata keçirilmiş yay məktəbində təmsil olunub. Yay məktəbində sözügedən layihənin MDU üzrə koordinatoru Sənan Mehdi, Tədris şöbəsinin əməkdaşı, Lamiyə İbrahimova və “Fizika və ekologiya” […]

ADPU-nun müəllimi və tələbələri “Teknofest 2023”ün finalçısı olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin Kompüter elmləri kafedrasının müəllimi Xumarə Qəhrəmanlı 30 avqust – 3 sentyabr aralığında baş tutan “Teknofest 2023” Ankara Girişim Yarışmasının finalçısı olub. Layihə metadünyada unikal təhsil məkanı və alətləri yaradaraq təhsilə inqilabi yeniliklər gətirməyi hədəfləyən “Google for Startups”, “Microsoft for Startups” kimi müxtəlif proqramların dəstəyi ilə inkişaf etməkdə olan qabaqcıl […]

Bu ildən “Təbiət-6” dərsliyi bütün məktəblərdə tədris olunacaq

Bu ildən məktəblərdə “Təbiət-6” dərslik komplektinin kütləvi tətbiqinə başlanılacaq. Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb. Bildirilib ki, ARTİ-nin təşkilatçılığı ilə hazırlanan VI siniflər üçün “Təbiət” dərslik komplektinin I və II hissəsi 2022/23-cü tədris ilində ümumi təhsil müəssisələrinin 132 sinfində pilot sınağından keçirilib. Bu müddətdə dərslik paralel olaraq Elm və Təhsil Nazirliyinin ekspertləri, AMEA-nın uyğun institutlarının […]

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında 247 iddiaçı iştirak edib

Sentyabrın 5-6-da Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün “Fəlsəfə” fənnindən qəbul imtahanları keçirilib. İmtahanlarda BDU-nun doktoranturasına qəbul olmaq üçün müraciət etmiş 157 iddiaçı, eləcə də ölkənin bir neçə elmi-tədqiqat institutlarının (İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Kataliz və […]

Naxçıvanda polis məktəbinin adı dəyişib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin adı dəyişdirilib. Mektebgushesi.az  xəbər verir ki, Prezident İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb. Fərmanla təhsil müəssisəsi bundan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi adlanacaq.

Elmin Nuri: Azərbaycan hazırda qızların təhsil hüquqlarının tanıdılması istiqamətində o qədər də geridə qalmış ölkələrdən sayılmır

Təhsil alan qız gələcəyin təhsilli ailəsini, formalaşdırır – Ekspert rəyi “Gender bərabərsizliyi dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, bizdə də prioritet olmalıdır” Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qızların təhsillə imtahanı” layihəsi davam edir. Layihənin məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək, aparılan  müsahibə […]

Peşə təhsili üzrə ixtisasların təsnifatına 95 yeni ixtisas əlavə edilib, 24-ü ləğv olunub

  Peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib. Mektebgushesi.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, təsnifata edilən bir sıra dəyişikliklər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda […]

Peşə məktəblərində “Dayə” ixtisası tədris olunacaq

  Peşə təhsili müəssisələrində “Dayə” ixtisası tədris olunacaq. Mektebgushesi.az xəbərinə görə, bu, Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda etdiyi dəyişiklikdə əksini tapıb. Beləliklə, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə “Kommersiya” ixtisas qrupuna “Dayə” istisası əlavə edilib. Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin təklifinə əsasən belə qərar qəbul edib.

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi sona yaxınlaşır

  Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi sentyabrın 9-u saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. […]

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Yeni dərs ilinə nikbin əhvali-ruhiyyə ilə… Yeni dərs ili ərəfəsində ötən dərs ilinə bir daha nəzər salınır, uğurlar, həllini gözləyən məsələlər təhlil olunur, perspektivlər və hədəflər dəqiqləşdirilir. Bu, inkişafın davamlılığı, problemlərin açıq müzakirəsi, gələcək fəaliyyətin konseptual cəhətdən müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Bütün bu məsələlər ənənəvi sentyabr konfransında təhsil ictimaiyyəti nümayəndələri ilə birgə təhlil edilir, qarşıda duran […]