Mektebgushesi

Ağdam rayonu Baharlı – 1 qəsəbə məktəbinin açılışı olub

Sentyabrın 7-də Ağdam rayonu Baharlı – 1 qəsəbə tam orta məktəb üçün yeni inşa olunan tədris binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov iştirak ediblər. Məlumat verilib […]

STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndirilir

2023–2024-cü tədris ilində STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndiriləcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.  STEAM əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsində məqsəd təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin edilməsi, həmçinin süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi bacarıqlarının formalaşdırılmasıdır. Qeyd edək ki, STEAM təhsil metodu elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 2023-2024-cü tədris ilinə hazırlıq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 318 ümumi təhsil müəssisəsi, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 481 131 şagirdin təlim-tərbiyəsi ilə 28 498 müəllim məşğul olacaq. Məktəbəqədər təhsil müəssisələrində 34 995 uşağın təlim-tərbiyəsi ilə 4 375 tərbiyəçi-müəllimin məşğul olması gözlənilir.

BDU könüllüləri “KOMANDO” hərbi-vətənpərvərlik düşərgəsində

“BDU könüllüləri” təşkilatının üzvləri Gənclər və İdman Nazirliyi tərəfindən Quba Olimpiya İdman Kompleksində təşkil olunan”KOMANDO” hərbi-vətənpərvərlik  düşərgəsində iştirak edirlər. “KOMANDO” hərbi-vətənpərvərlik düşərgəsi ehtiyatda olan xüsusi təyinatlı zabitlər tərəfindən keçirilən hərbi-tibbi təlim, oyun və yarışlardan ibarətdir. Düşərgə sentyabrın 11-dək davam edəcək.

“Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransının materialları çap olunub

  Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilən “Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransının materialları çap olunub. Kitabda filologiya elmləri doktoru, professor Sakit Hüseynovun, ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədovun, fəlsəfə üzrə fəlsəfə doktoru,  dosent Mirniyaz Mürsəlovun, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərovun,  ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlının, […]

BMU-ya yeni qəbul olunan abituriyentlərə kömək məqsədilə işçi qrup yaradılıb

  Bakı Mühəndislik Universitetinə (BMU) 2023-2024-cü tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul olunan abituriyentlərin qeydiyyat prosesi (portal.edu.az) davam edir. Onlayn şəkildə gerçəkləşdirilən prosesdə abituriyentlərə kömək, həmçinin qeydiyyatı uğurla tamamlanan şəxslərlə bağlı müvafiq prosedurların həyata keçirilməsi məqsədilə BMU-da sənəd qəbulu üzrə işçi qrup da fəaliyyət göstərir. İşçi qrup tərəfindən BMU-nu seçmiş abituriyentlərin müraciətləri cavablandırılır, eləcə də […]

ATMU: Ali təhsildə sahibkarlıq mühitinin formalaşdırılması üzrə Estoniya təcrübəsi öyrənilir

  Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda “Erasmus+” layihəsi çərçivəsində Azərbaycanın təhsil idarəçiləri Estoniyanın Tallin Texnologiya Universitetində olublar. Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU)  bildirilib ki, səfərin əsas məqsədi sahibkarlıq təhsilinin inkişaf etdirilməsi və ali təhsildə sahibkarlıq mühitinin formalaşdırılması üzrə […]

Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi elan edilib

  Rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlər üçün ixtisas seçimi elan edilib. Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, ixtisas seçimi bu gün saat 13:00-dan sentyabrın 11-i saat 23:59-dək aparılacaq. Qeyd edək ki, 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 581 (Azərbaycan Tibb […]

Heydər Əliyev adına liseyin məzunlarının hər biri tələbə adını qazanıb

Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin builki məzunları hər il olduğu kimi bu ildə ali məktəbə qəbul imtahanlarında yüksək nəticələr əldə edib. Liseyin direktoru Sevinc Orucovanın verdiyi məlumata görə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Heydər Əliyev adına liseyin buil 78 nəfər məzunu olub. Onlardan 77 nəfəri ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak […]

“Salam məktəb” kampaniyasına başlanılıb

  Elm və Təhsil Nazirliyi “Salam məktəb” kampaniyasına başlayıb. Nazirlikdən bildirilib ki, sosial media hesablarında məktəb, müəllim və övladlara aid foto, video, mətnləri #SalamMəktəb həştəqi ilə paylaşmaq mümkündür. Kampaniya oktyabrın 1-dək davam edəcək.

BDU-nun bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyatı davam edir

Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir. BDU-ya qəbul olan abituriyentlər sentyabrın 5-dən portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçirlər. Bu günə qədər 4343 abituriyent qeydiyyat prosesindən keçib. Məlumat üçün bildiririk ki, elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

“Ekonometrika” fənnini tədris edən müəllimlər üçün UNEC-də təlimlər keçirilir

“Ekonometrika” fənnini tədris edən müəllimlərin təcrübə mübadiləsini təmin etmək və tədrisin keyfiyyətini artırmaq məqsədilə UNEC-də təlimlər təşkil olunacaq. Təlim proqramı 42 saat olmaqla,  8-31 sentyabr tarixlərini əhatə edəcək. Təlimdə  digər universitetlərin əməkdaşları da iştirak edə bilərlər. Proqram üzrə təlimçilər: Prof.Yadulla Həsənli – UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru; Xətai Alıyev – “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiri. […]

DNSU-ya qəbul olunmuş tələbələrlə görüşü olub

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor vəzifəsini icra edən dosent Vazeh Əskərovun 2023-2024-cü tədris ilində təkrar ali təhsil üzrə ADNSU-ya qəbul olunmuş tələbələrlə görüşü olub. Bu barədə Mektebgushesi.az-a ADNSU-dan məlumat verilib. Görüşdə V.Əskərov ADNSU-da tədris prosesi, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Sonra təkrar ali təhsildə tədris planı haqqında […]

Məktəblərdə telefon qadağan edilməlidirmi ?

  Fikirlər birmənalı deyil; ekspert hesab edir ki, birfunksiyalı telefonlardan da istifadə etmək olar, eyni zamanda müəllimlərin də məsuliyyəti artırılmalıdır Neçə illərdir ki, orta məktəblərə telefon gətirilməsinin yasaqlanması müzakirə mövzusudur. Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da keçirdiyi brifinqdə deyib ki, hazırda məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur. O bildirib ki, lakin […]

Təhsil İnstitutunun əməkdaşı Dövlət Proqramının təqaüdçüsü adını qazanıb

  Təhsil İnstitutunun əməkdaşı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təqaüdçüsü adını qazanıb. İnstitutdan  bildirilib ki, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı Türkiyənin İstanbul Universitetinin doktorantura pilləsi üzrə iqtisadiyyat və idarəetmə ixtisasına qəbul olub.