Mektebgushesi

Tələbə və valideynləriə müraciət: Məktəb və universitetlərin yanında da cərimələnə bilərsiniz

  Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Mektebgushesi.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, dayanma və durma qaydaları pozulmamalı, nəqliyyat vasitələri ikinci cərgədə saxlanılmamalı və bununla da şagirdlərə nümunə olunmalıdır: “Təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər […]

Bu gündən sertifikatlaşdırmanın müsahibə mərhələsinə başlanılır

  Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin […]

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

  Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir. Mektebgushesi.az UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Savadlılıq Günü “Keçid dövründə dünyada savadlılığın təşviqi: Dayanıqlı və sülhsevər cəmiyyətlər üçün təməlin qurulması” devizi altında qeyd olunur. […]

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə yeni peşə ixtisası yaradılıb

Sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda bacarıqlara və məşğulluğa çıxışın təmin edilməsi” layihəsi çərçivəsində yeni təşəbbüsə start verilib. Mektebgushesi.az  xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev dövlət – özəl sektorların əməkdaşlığı çərçivəsində atılan addımların peşə təhsilinin inkişafı üçün əhəmiyyətli olduğunu bildirib. […]

Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Sentyabrın 7-də Ağdam rayon Muğam Mərkəzində Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. İdarədən Mektebgushesi.az-a bildirilib ki, konfransda Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyinin Ümumi və məktəbəqədər təhsilin idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam rayonu icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, […]

Müəllimlər də vahid formaya keçir ?

Son illər respublikamızda şagirdlərin vahid məktəbli formasına keçidi müvəffəqiyyətlə həyata keçirilib. Hazırda gündəmdə olan məsələlərdən biri isə müəllimlərin vahid formaya keçidi ilə bağlıdır. Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə müəllimlərin xüsusi geyim forması var. Azərbaycanda da müəllimlərin vahid geyim formasına keçidi ilə bağlı tez-tez təkliflər səsləndirilir. Mektebgushesi.az  xəbər verir ki, mövzu ilə bağlı […]

Professoru qovub, yerinə mərsiyəxanı gətirdilər – İran universitetlərində nə baş verir?

  Son günlər İran KİV-ləri İslam Respublikasının ən mühüm universitetlərində müəllimlik vəzifələrinin təbliğatçılara və ekstremistlərə verildiyi ilə bağlı məlumatlar paylaşırlar. İddialara görə, hökümət universitetdən ayrılan müəllimlərin əvəzinə mollaları təhsilə gətirməyə başlayıb. Metbuat.az-a açıqlama verən Azərbaycan Mərkəz Partiyasının üzvü, Güney azərbaycanlı ekspert Elyar Kamrani bildirdi ki, İranda həmişə siyasətdə olanların fikirləri ilə müəllimlərin düşüncələri üst-üstə düşməyəndə, onları təhsil […]

Məktəblərdə telefon probleminə ÇÖZÜM – “Dərsə gələndə alınmalı, çıxanda geri verilməlidir”

Tədris ilinin başlanmasına sayılı günlər qaldığı vaxtda bir sıra problemlər yenidən gündəmə gəlməyə başlayıb. Əsas və həll olunması vacib məsələlərdən biri də şagirdlərin məktəbə mobil telefonla gəlməsidir. Xatırladaq ki, bir müddət əvvəl paytaxt məktəblərinin birində şagirdlərdən biri yoldaşları arasında gedən yumruq davasını telefonla çəkərək, bütün şəbəkələrdə yaydı. Yaxud, bu ilin mayında başqa bir məktəbdə şagirdlə […]

DİM qabiliyyət imtahanından kəsilənlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi Təsviri incəsənət müəllimliyi və Musiqi müəllimliyi komissiyaları üzrə qabiliyyət imtahanlarından müsbət qiymət alan, lakin I mərhələdə ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə müraciət edib. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə Bakı şəhərində yerləşən qabiliyyət imtahanı komissiyaları üzrə məqbul qiymət alan abituriyentlərə […]

Bu qəbul imtahanının nəticələrinə dəyişiklik edildi

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B növü üzrə 13 avqust 2023-cü ildə keçirilmiş test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub. DİM-dən Mektebgushesi.az -a verilən məlumata görə, aparılan araşdırmalar zamanı Qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli […]

DİM dövlət qulluğu vəzifələri üzrə test imtahanı vermiş namizədlərə müraciət edib

  Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B növü üzrə avqustun 13-də keçirilmiş test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub. DİM-dən bildirilib ki, aparılan araşdırmalar zamanı qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli test tapşırığının […]

AMEA ilə AFAD arasında anlaşma memorandumu imzalanıb

  Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. Bu barədə  AMEA-dan məlumat verilib. Görüşdə Azərbaycanla Türkiyənin elmi qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişafından danışan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın AFAD-la […]

AzMİU tələbələri Şuşaya səfər ediblər

  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Şuşa tələbələrin gözü ilə” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 23 tələbəsi Şuşaya səfər edib. AzMİU-dan bildirilib ki, ilk dəfə reallaşan səfərdə tələbələr Şuşa şəhərini gəzib, aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar. Daha sonra “Qarabağın yenidən qurulmasında modern memarlıq […]

BDU sosial xidmətlər sahəsində beynəlxalq konfransın sərgisində təmsil olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir. Konfrans çərçivəsində təşkil edilən sərgidə Bakı Dövlət Universiteti (BDU) də təmsil olunur. Konfrans iştirakçıları tədbir […]

BMU məzununun uğuru

  Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu – Xaqan Abdullazadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibləri sırasında yer alıb. Bununla yanaşı, BMU məzunu BP şirkətindən iş təklifi alıb. Belə ki, X.Abdullazadə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Şefild Universtetində […]