Mektebgushesi

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini təqdim edib

  Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini təqdim edib. DİM-dən  bildirilib ki, 9-cu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində […]

“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib

  Elm və Təhsil Nazirliyində “İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarımilində monitorinq və qiymətləndirilməsinə dair “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə ümumi hesabat müzakirə edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil […]

İşğaldan azad olunmuş ərazilərdə tikinti və təmir işləri aparılan təhsil müəssisələrinin adları açıqlanıb

  2023-2024-cü tədris ilində Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində tikinti və təmir işləri aparılan təhsil müəssisələrinin adları açıqlanıb. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, Şuşa şəhəri 1 nömrəli 960 yerlik tam orta məktəbində son tamamlanma işləri görülür. Zabux kəndində 176 yerlik məktəbdə bərpa-gücləndirmə və əsaslı təmirlə bağlı tamamlanma işləri aparılır. Ağdam şəhəri 960 […]

Müddətli müqavilə ilə işə qəbul olanların müəllimlərin nəzərinə

  Bu gün saat 18:00-dək ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər zəruri sənədləri yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, namizədlər zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və […]

AMEA-nın elmi müəssisə və təşkilatlarında Elektron xidmətlər şöbəsi yaradılıb

  AMEA Rəyasət Heyətinin iclasında akademiyanın elmi müəssisə və təşkilatlarında Elektron xidmətlər şöbəsinin yaradılması haqqında məsələyə baxılıb. Bu barədə AMEA-dan bildirilib. Qeyd olunub ki, akademiyada sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, elektron imza texnologiyasının tətbiqi, onun kompleks olaraq kibertəhlükəsizliyinin təmin edilməsi və s. istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi və […]

Alimlər: Ay Günəşə görə hər gün iki dəfə silkələnir

“Ayın səthi Günəşin təsirinə görə hər gün iki dəfə – səhər və axşam silkələnir. Bu dalğalanmalar o qədər müntəzəm və dəqiqliklə baş verir ki, hətta saatları onlara uyğun qurmaq olar”. Bu barədə ABŞ-nin Kaliforniya Texnologiya İnstitutunun alimlərinin araşdırmasından məlum olub. Onların tədqiqatları “Journal of Geophysical Research: Planets” (“JRG: Planets”) elmi jurnalında dərc olunub. Mütəxəssislər bu […]

Milli Məclis sədrinin müavini Nərimanov rayonunda təhsil ictimaiyyəti ilə görüşüb

  Sentyabrın 11-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Bakının Nərimanov rayonunda yeni tədris ili ərəfəsində təhsil ictimaiyyəti ilə görüş keçirib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Milli […]

11 illik təhsil bazasında kolleclərin plan yerləri 97.26 faiz dolub

  Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 97.26 faiz dolub. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, cəmi 351 yer (2.74 faiz) boş qalıb. Tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

ixtisas seçiminin nəticələri açıqlanıb

  Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbulun nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas […]

Ankara Universitetinin professorları AzTU-da olub

  Türkiyənin Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi bölümünün müdiri professor Harun Tanrivermiş və fakültənin professoru Mustafa Tombul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Mektebgushesi.az xəbər verir ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüş zamanı Ankara Universitetinin Tətbiqi elmlər və AzTU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin bakalavr və magistr hazırlığı […]

ADNSU-da birinci kurs tələbələri ilə görüşlər keçirilir

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji kəşfiyyat və Qaz-neft-mədən fakültəsinin bakalavr pilləsinə qəbul olmuş birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə əvvəlcə tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, həmçinin universitetin maddi-texniki bazası haqqında qısa video-çarx nümayiş olunub. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov birinci kursları ADNSU tələbəsi adını qazanmaları münasibətilə təbrik edib. […]

Təhsil İnstitutu məktəbdə psixoloji xidmətə dəstək məqsədilə metodik vəsait hazırlayıb

  Təhsil İnstitutu “Məktəbdə psixoloji xidmətə dəstək” adlı metodik vəsait hazırlayıb. İnstitutdan  bildirilib ki, kitabda məktəbdə psixoloji xidmətə dəstək məqsədilə şagirdlərin yaradıcılıq, emosional-iradi və fərdi-psixoloji xüsusiyyətləri təhlil olunub. Eyni zamanda, nəşrdə risk qrupuna daxil olan uşaqların psixoloji xüsusiyyətləri tədqiq edilib, təklif və tövsiyələr öz əksini tapıb. Vəsaitdə istedadın mahiyyəti, diaqnostikası, onun ailədə, təlim prosesində təzahür […]

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün ixtisas fənnindən qəbul imtahanları keçirilir. İmtahanlarda BDU-nun doktoranturasına qəbul olmaq üçün müraciət etmiş və 5-6 sentyabr tarixlərində “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarından müvəffəqiyyətlə keçmiş 123 iddiaçı iştirak edir. Sentyabrın 11-də 31 ixtisas üzrə 70 iddiaçı imtahan verib. Sentyabrın 12-də isə 24 ixtisas […]

Təhsil müəssisələrində tədris ilinin başlanması və başa çatması ilə bağlı əmr imzalanıb

2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə yeni tədris ilinin başlanması barədə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib. Əmrdə qeyd olunub ki, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs […]