Mektebgushesi

Məktəblərdə telefon probleminə ÇÖZÜM – “Dərsə gələndə alınmalı, çıxanda geri verilməlidir”

Tədris ilinin başlanmasına sayılı günlər qaldığı vaxtda bir sıra problemlər yenidən gündəmə gəlməyə başlayıb. Əsas və həll olunması vacib məsələlərdən biri də şagirdlərin məktəbə mobil telefonla gəlməsidir. Xatırladaq ki, bir müddət əvvəl paytaxt məktəblərinin birində şagirdlərdən biri yoldaşları arasında gedən yumruq davasını telefonla çəkərək, bütün şəbəkələrdə yaydı. Yaxud, bu ilin mayında başqa bir məktəbdə şagirdlə […]

DİM qabiliyyət imtahanından kəsilənlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi Təsviri incəsənət müəllimliyi və Musiqi müəllimliyi komissiyaları üzrə qabiliyyət imtahanlarından müsbət qiymət alan, lakin I mərhələdə ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə müraciət edib. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə Bakı şəhərində yerləşən qabiliyyət imtahanı komissiyaları üzrə məqbul qiymət alan abituriyentlərə […]

Bu qəbul imtahanının nəticələrinə dəyişiklik edildi

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B növü üzrə 13 avqust 2023-cü ildə keçirilmiş test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub. DİM-dən Mektebgushesi.az -a verilən məlumata görə, aparılan araşdırmalar zamanı Qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli […]

DİM dövlət qulluğu vəzifələri üzrə test imtahanı vermiş namizədlərə müraciət edib

  Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B növü üzrə avqustun 13-də keçirilmiş test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub. DİM-dən bildirilib ki, aparılan araşdırmalar zamanı qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli test tapşırığının […]

AMEA ilə AFAD arasında anlaşma memorandumu imzalanıb

  Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. Bu barədə  AMEA-dan məlumat verilib. Görüşdə Azərbaycanla Türkiyənin elmi qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişafından danışan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın AFAD-la […]

AzMİU tələbələri Şuşaya səfər ediblər

  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Şuşa tələbələrin gözü ilə” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 23 tələbəsi Şuşaya səfər edib. AzMİU-dan bildirilib ki, ilk dəfə reallaşan səfərdə tələbələr Şuşa şəhərini gəzib, aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar. Daha sonra “Qarabağın yenidən qurulmasında modern memarlıq […]

BDU sosial xidmətlər sahəsində beynəlxalq konfransın sərgisində təmsil olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir. Konfrans çərçivəsində təşkil edilən sərgidə Bakı Dövlət Universiteti (BDU) də təmsil olunur. Konfrans iştirakçıları tədbir […]

BMU məzununun uğuru

  Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu – Xaqan Abdullazadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibləri sırasında yer alıb. Bununla yanaşı, BMU məzunu BP şirkətindən iş təklifi alıb. Belə ki, X.Abdullazadə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Şefild Universtetində […]

“SOCAR Midstream Operations” MMC Azİİ e- Kitab Evinin fonduna kitablar hədiyyə edib

Azİİ e-Kitab Evinin fonduna “SOCAR Midstream Operations” MMC tərəfindən 8 adda 290 nüsxə kitablar hədiyyə olunub. Bu akademik kitabların Azərbaycan dilinə tərcüməsi və nəşri “SOCAR Midstream Operations” MMC və onun Cənubi Qafqaz boru Kəməri layihəsindəki tərəfdaşlarının dəstəyi ilə keçirilib. Kitablar bu sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara “Socar” və onun tərəfdaşlarının hədiyyəsidir. Kitablarlarla maraqlanmaq istəyənlər […]

Rektor 250 min rüşvət verib, yerinə gəlmək istəyən professoru işdən çıxardı

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ümumi Cərrahiyyə-2” kafedrasının müdiri, professor Əliyev Şahin Həşim oğlu vəzifəsindən azad edilib. Qaynarinfo-nun məlumatına görə, institutun rektoru Nazim Qasımov bu barədə əmr imzalayıb. Şahin Əliyevin vəzifəsindən çıxarılmasının səbəbi qalmaqallı məhkəmə işi ilə bağlıdır. Belə ki, həkim Şahin Əliyev Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, […]

Səhiyyə Nazirliyində Pakistanın Rifah Beynəlxalq Universitetinin rəhbərliyi ilə görüş keçirilib – FOTO

  Səhiyyə Nazirliyində Pakistanın Rifah Beynəlxalq Universitetinin (RIU) rektoru Qulam Abbas Miananın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə nazirlikdən məlumat verilib. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb. Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunan Teymur Musayev qeyd edib ki, bu […]

Kolleclərə qəbul olunanların qeydiyyatı başlayır

  Sentyabrın 8-də saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən bildirilib. Qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə […]

BDU-nun Astrofizika kafedrası: Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq 

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.   Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.   Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.   Payız fəslinin uzunluğu 89 gün […]

AzTU əməkdaşları Estoniyanın Tallin Texnologiya Universitetində səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Universitet Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova Estoniyanın Tallin Texnologiya Universitetində (Taltech) səfərdə olub. Mektebgushesi.az xəbər verir ki, “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində təşkil edilən səfərin əsas məqsədi sahibkarlıq təhsilinin inkişaf etdirilməsi və ali təhsildə sahibkarlıq […]

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə başlanılır

  Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start veriləcək. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Qeyd edək ki, müsahibə mərhələsi […]